İg E-in allergik patologiyalarda rolu.

İg E əkscisimlərin molekul çəkisi 180 000 D-a bərabərdir.Bunlara başqa adla “reagin” əkscisimlər də deyilir.Sürətli hiperhəssaslıq reaksiyası,yəni anafilaksiya törədirlər.Monomer struktura malikdirlər.Ümumi immunoqlobulinlərin 0,002 %-i təşkil edir.Bir gün ərzində 0,02 mq/kq İgE sintez olunur.Onların zərdabda yaşama müddəti 2-3 gündür.Dəridə isə 9-14 gün ərzində parçalanırlar.

     İg E-in quruluşu Y şəkillidir.Molekul 2 cüt polipeptid zəncirdən təşkil ounub.Bunlardan ikisi L- yüngül (light),ikisi isə H-ağır (heavy) zəncirlərdir.Yüngül zəncirin molekul çəkisi 25 000 D-dur və o,212 amin turşudan təşkil olunmuşdur.Ağır zəncirin isə molekul çəkisi 50 000-77000 D-a  bərabərdir.Bu zəncir isə 450 amin turşu qalığından ibarətdir.Yüngül və ağır zəncirlər də öz növbəsində iki sahədən ibarətdirlər:variabel (V) və constant © hissə.Variabel hissənin amin turşu ardıcıllığı dəyişir.Lakin constant hissənin amin turşu ardıcıllığı sabit qalır.Variabel hissədə hipervariabel adlanan sahə vardır ki,bu hissədə amin turşu ardıcıllığı daha tez-tez dəyişir.Bütün immunoqlobulin molekullarında hər iki yüngül və hər iki ağır zəncirin növü eynidir.

     İg E-in ağır zənciri İg M-də olduğu kimi 4 ədəd constant domendən təşkil olunmuşdur.Onun molekulu 2 ağır (€ zəncir) və 2 yüngül (kappa və lambda) zəncirdən təşkil olunub.Epsilon zəncir 5 domeni özündə birləşdirir:bunlardan biri V epsilon,4-ü isə S epsilondur (s epsilon 1, s epsilon 2, s epsilon 3, s epsilon 4).İnsanlarda İg E-in subsinifləri hələ aşkar olunmayıb.

     İg E-in qanda miqdarı çox azdır.Əsasən 30-50 nq/l arasında dəyişir.Plazmatik hüceyrələrin bir qismi bu immunoqlobulinləri sintez edir.Bu plazmatik hüceyrələr əsasən dalaqda,badamcıqlarda,mədə və bağırsaqlarda,tənəffüs yollarının selikli qişasında yerləşir.Halhazırda yalnız 6 növ mielom İg E-in aşkar olunması da məhz onların az sintez olunması ilə bağlıdır.Plazmatik hüceyrələrdə sintez olunan İgE qanda yalnız 2 gün dövr edir.Daha sonra “şok” orqan və toxumalara keçir.Burada tosqun hüceyrələrin üzərinə fiksə olunur.

     İnsana İg E inyeksiya olunduqda o uzun müddət dəridə ləngiyir.Bu prosesin tosqun hüceyrələrlə əlaqəli olduğu güman olunur. Allergenlə təmasdan sonra “İg E+antigen+Fc İg E” körpüsü yaranır.Bu isə Ca ionlarının hədəf hüceyrəyə daxil olmasına səbəb olur.Əkscismin antigenlə birləşməsi nəticəsində tosqun hüceyrələr deqranulyasiya olunur. Onların daxilində olan vazoaktiv aminlər xaric olur.Bu isə iltihabi reaksiyanın inkişafına səbəb olur.Bronxial astma və allergik xəstələrdə allergenlə təmas zamanı reaksiyanın inkişaf mexanizmi də belədir. Tosqun hüceyrələr tərəfindən ifraz olunan eozinofillərin hemotaksis faktoru helmintlərin destruksiyasına səbəb olur.

     İg E-in qanda miqdarı əsasən bu proseslər zamanı yüksəlir:

1)Atopik ekzema

2)Ekzogen astma

3)Bəzi parazitar xəstəliklər (askaridoz,exinokokkoz)

4)Cobb sindromu

5)Visskot-Oldriv sindromu

6)timusun aplaziyasi (Di-Corc sindromu)

7)qida allergiyaları

8)mieloma

9)Tərkibində Au olan dərman preparatlarının qəbulu da qanda İgE-in miqdarının artmasına səbəb ola bilər.

     Qanda İgE-in azalması:

1)proqressivləşən şişlər

2)ataksiya-teleangiektaziya(Lui-Bar sindromu)

     Tosqun hüceyrələrin və bazofil hüceyrələrin səthində İg E-in Fc fraqmenti ilə birləşmək üçün yüksək affinli reseptorlar yerləşir.Bu reseptorlar müvafiq fraqmentlə birləşdikdə iltihab mediatorları (sereboran,histamin) ifraz olunur.Anafilaktik reaksiyanın əsasını məhz bu mexanizm təşkil edir.

     İgE-in əsas xarakterik xüsusiyyətlərindən biri də odur ki,o,qanda antigenlə immun kompleks yarada bilmir,komplement sisteminə təsir etmir və plasentadan keçmir.

     İg E-in əsas funksiyası orqanizmin selikli qişalarını mühafizə etməkdir.Bu zaman İg E plazma faktorlarının və effektor hüceyrələrin lokal aktivləşməsi baş verir.

     Qanda İgE-in səviyyəsi müxtəlif yaşlarda dəyişir.

                               Yaş

             Konsentrasiya kE/l

1-3 ay

                              0-2

3-6 ay

                             3-10

1 yaş

                             8-20

5 yaş

                            10-50

15 yaş

                            15-60

15 yaşdan yuxarı

                           20-100

 

     IgE-i orqanizmdə allergik proses başladiqdan sonraki  11 həftə ərzində təyin etmək olar.İg E qandakı miqdarı  yenidoğulmuşlarda yetkinlik yaşına qədər artır.Yaşlı insanlarda isə İg E –in miqdarı azala bilər.

     Qanda İg E-i təyin etmək üçün əsasən immunxemilüminessent metoddan istifadə edilir.Bu zaman İgE-in normal miqdarı 1,31-165,3 ME/ml intervalında dəyişir.

 

                                          

 

 

 

0 şərh