Portağalın xeyri və pəhrizi

Vitamin, mineral, mikroelement və digər maddələrlə zəngin olan portağal haqda yəqin ki çox məqalə oxumusunuz.
Amma, bu gün biz sizə onun ən xeyirli tərəflərindən və bu meyvənin köməyi ilə arıqlamaq üçün pəhrizdən söz edəcəyik.

Portağalın orqanizmə xeyri:
1. Xərçəng xəstəliyinin inkişafının qarşısını alır

2. Qan təzyiqini aşağı salır

3. Ürək-damar sisteminin işlək vəziyyətini qoruyub saxlayır

4. İmmun sistemi bərkdir

5. Xolestirinin səviyyəsini aşağı salır

6. İnfeksiyalardan qoruma, sümük və dişlərin sağlamlığını təmin etmək və bir sıra digər xeyirli xüsusiyyətlərini sadalamaq olar.

Bununla bərabər şəkər xəstələri və mədə bağırsaq sistemində problemi (mədə yarası, onikibarmaq bağırsaq,qastrit) olan insanlara ehtiyatlı olmaq məsləhət görülür. Hər bir qidada olduğu kimi, portağalı da qədərində yemək məsləhətdir. Gün ərzində 1 -2 meyvənin orqanizmə ziyanı olmadığını düşünürük.

İndi isə söz verdiyimiz kimi, portağal pəhrizini sizə təqdim edirk.

Həftənin 5 günü 3 həftə ərzində bu xeyirli meyvədən yeyəcəyik. Portağal sevənlər təsdiq edirlər ki, bu yolla 10 kq azaltmaq mümkündür. Həmçinin bilin ki, portağal orqanizmi təmizləyərək vitamin c tərkibli olduğu üçün onu müxtəlif xəstəliklərdən qoruyur. Bu menyu həftənin 5 günü üçün nəzərdə tutulub.


6 və 7-cü günlər isə şəxsi menyu tərtib edin. Çox yeməyərək, kiçik porsiyalarla gündə 5 dəfə olmaqla əsasən meyvə tərəvəz, buxarda bişirilmiş ət və ya balıq məsləhət görülür. Un məmulatları və yağlı yeməkləri mümkün dərəcədə istifadə etməyin.

Amma unutmayın allergiyalı insanlara və mədə-bağırsaq sitemində problemi olanlara bu pəhriz qadağandır!

saglamolun.az 
 

5 şərh

kurdamir
Apollon Siz əsasən mənbə qeyd etmirsiniz.Bu Məqalələr Sizə aiddir? Müəllifi sizsiziz yəni
Tuki
Salam Zəhmət olmasa deyərdizdə bu yazını yazan müəllif kimdi və bu dəqiq məlumatdı xeyri olacaq bu pəhrizin?
beautiful
xəbərin altında yazılıb.. Apollon
kurdamir
Böyük Ehtimal Düzdür.Xeyiri olacaq
azadmamedov90
Mən apollonun topikdən başqa nəsə yazdığını görməmişəm. Bu səbəbdən də alınmayacaq cavaba sual verməyin.