Kök pəhrizi

Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma effekti verən tərəvəzdir. Üstəlik, onun kalorisi başqa tərəvəzlərdən daha azdir. Kök pəhrizinə riayət etməklə, həftə ərzində 4-5 kq. ariqlamaq mümkündür.

Hər gün
Səhər: 1 stəkan süd, 1 dilim qara çörək, 1 stəkan kök şirəsi

I gün:
Günorta: Köklə qovurulmuş düyü, 100 qr. ağ pendir, bir pay brokkoli
Axşam: Tərəvəz şorbası, közdə bişmiş toyuq, kök salatı

II gün:
Günorta: Pomidorlu düyü, salat, suda bişmiş bir pay toyuğun döş əti
Axşam: Kök qovurması, 1 tost çörək, 1 ədəd közdə bişmiş badımcan

III gün:
Günorta: Köklə bişmiş düyü, salat, 1 ədəd alma
Axşam: 150 qr. közdə bişmiş balıq, 2 dilim tost çörək, kök püresi

IV gün:
Günorta: Köklə bişmiş düyü, 2 pomidor, 1 qab meyvə salatı
Axşam: Toyuqlu kök qovurması, bir pay salat, 1 tost çörək

V gün:
Günorta: Pomidorlu düyü, salat, 1 dilim ananas
Axşam: Toyuğun döş ətinə sarılmış kök, 2 dilim tost, salat

VI gün:
Günorta: Kök şorbası, 100 qr. ağ pendir və tərəvəz xörəyi
Axşam: Göyərtili — pomidorlu düyü, toyuq salatı, 1 kasa meyvə salatı

VII gün:
Günorta: Sobada dəm almış tərəvəzli düyü, közdə bişmiş badımcan, 1 kasa meyvə salatı
Axşam: Kök qovurması, 1 dilim tost çörək, 1 kasa salat 

 

0 şərh