Cəfəri çayı

Arıqlamada böyük effekti olan cəfəri çayı limonla qarışdırıldıqda möhtəşəm dad ortaya çıxır. Mineral və vitamin tərkibi saymaqla bitməz. Hər fəsildə yetişən cəfərinin çayı hazırlanaraq arıqlama məqsədilə istifadə oluna bilər.

Şişkinliyin çəkilməsində, qaraciyərin təmizlənməsində, ifrazat sistemindəki iltihabların yaxşılaşmasında istifadə edilə bilər.

Tərkibi:
1 st su
2-3 sap cəfəri
limon
bal.

Hazırlanması:
Suya cəfərini əlavə edirik 5 dəqiqə qaynadırıq; 
Qaynadıqdan sonra 2-3 dəqiqə dəm almağını gözləyirik; 
Üzərinə bir neçə damcı limon və ya bal əlavə edirik; 
Acı dadını azaltmaq üçün dəmləmə müddətinin 3 dəqiqə olması məsləhət görülür.
 

0 şərh