Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Corab

Çox varlı bir adam ölmünün yaxınlaşdığını hiss edib oğlunu yanına çağırdı və " Öləndə məni corablarımla basdırın ", — deyə vəsiyyət etdi. Oğlu səbəbini bilməsə də, razılaşdı. Sonra adam oğluna bir məktub verib, " Mən öləndən sonra bir çətinə düşsən, bu məktubu açarsan ", — dedi.

Vaxt gəldi və adam ruhunu tapşırdı. Qohum — əqrəba yığışdılar. Oğlu isə, " İndi mən onu corabları ilə necə basdırım ", — deyə fikirləşməyə başladı. Bir molla tapıb dərdini ona danışdı. Ancaq molla bu işə heç cür razılıq vermədi. Başqa bir molladan soruşdu. O da " Yox, bu heç cür mümkün deyil ", — deyə etiraz etdi. Oğlü çarəsiz qaldı. Birdən ağlına atasının verdiyi məktub düşdü. Məktubu açıb bu sözləri oxudu: " Oğlum,görürsən ki, bu qədər var-dövlətim olsa da, yanımda bir corab apara bilmirəm. Artıq qalanını sən özün fikirləş " .

Davamı →

Şükürsüz günümüz olmasin!

Qarlı, çovğunlu bir qış günündə evimizin qapısı döyüldü. Qapını açanda qarşımda nimdaş paltarlı, cırıq paltolu iki uşaq vardı. Evdə köhnə qəzet olub olmadığını soruşdular. İşim çox idi. Əvvəl yox demək istədim. Gözüm ayaqlarına sataşdı və susdum. İkisinin də ayağında köhnə ayaqqabı vardı və ayaqları islaqdı. “İçəri girin sizə isti kakao verim!” – dedim. Heç danışmırdılar.
Ardı →

Uşaq

Yeni maşn alıb evinə gəlmiş ata pəncərədən baxdığında 3 yaşlı oğlunun maşının kapotunu gülə-gülə çəkiclə dağıtdığını görür. Çox əsəbi bir şəkildə çölə çıxır və çəkici uşaqdan alıb əsəbindən çəkici oğlunun əllərinə vurmağa başlayır.Bir mÜddət sonra özünə gələn ata uşağı xəstəxanaya catdırır. Həkimlər əllərindən gələni etmələrinə baxmayaraq bir şey edə bilmirler. 3 yaslı oğlan uşağının hər iki əl barmaqlarını kəsməli olurlar.
Komadan ayılıb sarğılı əllərini görən uşaq atasına baxıb gülümsəyərək:
-Ata yeni maşınıi bərbad vəziyətə saldığım üçün məni bağışla və ardıindan «Barmaqlarım nə vaxt yenidən çıxacaq?» deyə bir sual verir.Öz Övladinin dilindən bu cümləni eşiden ata evə gəlir və intihar edir...
Davamı →

Gümüş (pritça)

— Mən bir şeyi başa düşmürəm: kasıbın yanına kömək üçün gedirsən, o xoşhallıqla səni qarşılayır və bacardığı qədər kömək edir. Varlının yanına gedirsən — o sanki heç kimi görmür. Sənin dərdlərini eşitmək belə istəmir. Doğrudandamı, bütün bunlar ancaq pulun təsirindəndir?
— Pəncərədən bax, sən orada nə görürsən?
— Uşaqlı bir qadın yolu keçməyə çalışır, maşınlar imkan vermir.
— Lap yaxşı. İndi isə güzgüyə bax. Bəs güzgüdə nə görürsən?
— Eh, orda nə görə bilərəm ki?! Əlbəttə yalnız özümü!
— Bax məsələ də bundadır. Pəncərə də, güzgü də şüşədən hazırlanıb. Lakin şüşəyə bir az gümüş əlavə etmək kifayətdir ki, sən ancaq özünü görəsən.

Davamı →

Doğum günü hədiyyəsi

Gənc adam bir küçə boyunca irəliləyərkən, ruhunu oxşayan bir qoxuyla diksindi. Payız çoxdan bitmiş, fəsil qışa dönmüşdü. Buna görə də ağaclardan bir qoxu yüksələ bilməzdi. Əlbəttə ki, aylar əvvəl ölən çiçəklərdən də...
Adam, yaddaşının ən dərin künclərindən gələn bir siqnalla, özünü bir anda uşaqlıq illərinə çevirən bu əsintini daha yaxşı hiss edə bilmək üçün, dərin bir nəfəs aldı. Eşitdiyi şey, kiçik ikən top oynadıqları çayırın əzildikcə xoş iy verən reyhanlarını, ya da bacısının gəlinliyinə bənzətdiyi albalı çiçəklərinin qoxusunu xatırlatmasına baxmayaraq, onlardan çox gözəl idi.
Ardı →

Həbsxanada qılınan namaz

Xorasan hakimi Abdullah ibn Tahir çox ədalətli adam idi. Adamları bir çox oğrunu tutmuşdu. Yolda quldurlardan biri qaçdı. O vaxt da heratlı bir dəmirçi Nişapura gəlmişdi. Dəmirçini gecə evə gedərkən yolda səhvən tutdular və digər oğrulara qatıb birlikdə Xorasan hakiminin yanına apardılar. Xorasan hakimi də hamısının zindana atılmasını əmr etdi.
Heç bir günahı olmayan dəmirçi həbsxanada dəstəmazalıb namaz qıldı. Əllərini qaldırıb: " Ey Rəbbim, günahsız olduğumu ancaq  Sən bilirsən. Məni bu zindandan ancaq Sən xilas edə bilərsən," -deyə dua etdi.
Ardı →

Qocanın Allahdan son diləyi…

Gəlmişəm yenə səcdənə — sənin dərgahına, sənə ən yaxın ola biləcəyim yerə. Günahlarla, peşmançılıqlarla, dərdlərlə dolu bir vəziyyətdəyəm… Yenə! Sənə gəlmişəm. Çünki gedəcəyim başqa heç yerim, məni başa düşəcək, mənə çarə olacaq başqa heç kimsəm yoxdur. Yalnız sənsən məni məndən də artıq duyan, məni bütün günahlarımla, ən əyri yollarda belə, ən haqsız, ədalətsiz olduğum anlarımda belə sevən, bir şans daha verən, hər zaman mənim üçün qapısı açıq olan. Hər kəsin üz döndərdiyi, atdığı, hesablaşmadığı zamanlarda hər zaman məni dinlədin, bir an belə üz çevirmədin. Baxmayaraq ki, mən özüm də səni zaman-zaman atdım, unutdum. Çünki arxayın idim, sən həmişə varsan, burdasan, hər zaman mənimləsən, mənim üçün ən yaxşısını edəcəksən.
Ardı →

2 düşündürücü hekayə

— Mən bir şeyi başa düşmürəm: kasıbın yanına kömək üçün gedirsən, o xoşhallıqla səni qarşılayır və bacardığı qədər kömək edir. Varlının yanına gedirsən — o sanki heç kimi görmür. Doğrudandamı, bütün bunlar ancaq pulun təsirindəndir?
— Pəncərədən bax, sən orada nə görürsən?
— Uşaqlı bir qadın, bazara doğru gedən avtobus…
Ardı →

Stanford universitetinin hekayəsi

Kobud və solğun görünüşlü yaşlılar Boston qatarından enib utancaq bir şəkildə rektor olan binanın dəhlizinə çatdılar. Katibə masadan cəld qalxaraq onların qarşısını kəsdi. Əzilmiş geyimdə və yöndəmsiz halda olan bu kəndlilərin Harvard kimi universitetdə nə işləri ola bilərdi?


Qoca astaca rektoru görmək istədiklərini söylədi. Lakin bu mümkün deyildi. Rektorun o gün onlara sərf edəcək saniyəsi belə yox idi. Yaşlı qadın çəkinərək gözləyəcəklərini söylədi. Katibə bir söz demədən masasına geri döndü. Necə olsa da bir müddət sonra səbrləri tükənib gedəcəklərdi. Saatlar keçdi, yaşlılar gözləməyə davam edirdi. Katibə vəziyyəti belə görərək rektora müraciət etməli oldu. «Bir neçə dəqiqə görüşəsiniz bəlkə, yoxsa getmək niyyətləri yoxdur.» — deyərək rektoru razı salmağa çalışdı.


Ardı →

Sevginin nifrətə döndüyü an nələr olur?

Onlar beş il evli idilər. Allah iki gözəl fidan bəxş etmişdi onlara. Hər şey öz yolunda kimi idi elə bil. Lakin son vaxtlar nəsə soyuqluq hiss etmişdi Aynur. Yoldaşı evə gec gəlir, bəhanə axtarırmış kimi hər şeyi problemə çevirib, söz- söhbət salırdı. O, səbr edib hər şeyə dözürdü. Düşünürdü ki, yəqin işləri düz getmir, axır vaxtlar stress, gərginlik bütün bunlarla əlaqəlidir. O, yoldaşına dəstək olmalı, ona arxa olmalıdır. Çalışırdı ki, ailə daxili əsayişi qorusun, yoldaşı ilə üz- üzə gəlməsin, pərdə götürülməsn. Qəfil zəng hər şeyi dəyişdi. Heç vaxt ağlına gətirmədiyi hadisə onun başına gəlmişdi. Yoldaşının həyatında başqası var idi.Qəfil, anonim zəng qısa və konkret şəkildə " Yoldaşının həyatında başqa qadın var, inanmırsan yoxla" demişdi. Əvvəl inanmadı, düşündü yəqin səhv düşüblər, bu zəng ona ünvanlanmayıb.
Davamı →