Рейтинг
+50.73

Ədəbiyyat

78 üzv, 567 topik

Mehmet Altunbay Gültəkin haqqında

Azərbaycan istiqlal ədəbiyyatının parlaq simalarından biri Gültəkinin (Əhmədov Əmin Mütəllib oğlu (1898-1937) ədəbi irsini vaxtilə Türkiyədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əhməd Cəfəroğlu, Hüseyn Baykara, Yakub Kadri Osmanoğlu… kimi görkəmli ədəbiyyat və dövlət xadimləri layiqincə dəyərləndirmiş, mücahid şairin ədəbiyyat tariximizdəki yeri və rolundan məhəbbətlə bəhs etmişlər...

Davamı →

Xan Qızı Azərbaycan qadını silsiləsindən

Artur Şopenhauerə görə, dünya kosmik prinsipcə öz nizamındadır. Həyat isə xaosdur və o, ağla tabe olmadan şüursuz, kor-koranə şəkildə öz mahiyyətində davam edir. Tale anlayışı kimi. Filosofun fikrincə, təbiəti özündən asılı hala gətirən insan, özü mahiyyətcə əzab çəkən varlıqdır. Bu əzaba mübtəla olmağın səbəbi isə insanın içində boy atan istəkləridir.
Bəzən taleyimizin öz yolunda getmədiyini hiss etsək də və bu gedişat Sizif əməyinə bənzəsə də bacardığımız qədər onu qaldırmağa çalışırıq. Bu bizə əziyyət versə də, inadına bu yükü daşımağa qərar veririk. Əslində, əzabı elə özümüz yaradırıq. Sonra «taledir» deyib şikayətlənirik də. Halbuki seçim olduğu halda — it hürən tərəfə yox, işıq gələn tərəfə getmişik.

Davamı →

Siyavuş Məmmədzadə | Azərbaycan nəsrində hadisə

İmkan daxilində, həm də tərcüməçi peşəmlə əlaqədar olaraq, 90-cı illərin əvvəllərindən Elçin Hüseynbəylinin yaradıcılığını izləyirəm. Artıq ötən əsrdə qalmış həmin illərdə Elçinin hekayələrini “Literaturnı Azerbaydjan” jurnalı üçün tərcümə edirdim və onlardakı səmimilik, düşüncə prosesi, detallarla işləmək bacarığı xoşuma gəlirdi. Bütün bunlar isə peşəkar nəsr üçün vacibdir.

Davamı →

Nəvainin türkçülüyü

XIX yüzilin yetmişinci illərində — ümmətçilikdən millətçiliyə keçid dövrümüzdə Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadə «cağatay şivəsində ən böyük şair» adlandırdığı Əlişir Nəvainin müxtəsər bioqrafiyasını hazırlayıb. Sonra 1904-1908-ci illərdə Şeyxülislamın nəvəsi Əli bəy Hüseynzadə diqqəti Nəvainin türklüyünə yönəldib, 1904-cü ildə Misirdə çap olunmuş «Məktubu məxsus» yazısında Osmanlı və Azərbaycan da daxil olmaqla bütün türk ədəbi camiəsini qınayıb: "İranın Qaanilərinə (Mirzə Həbib Şiraziyə) varıncaya qədər məktəb şagirdanına şeirlərini əzbərlətmək; fəqət Mirzə Əli Şir Nəvaidən iki sətir olsun düz oxuya bilməmək… iştə utanılacaq hallardır". 1906-cı ildə Hüseynzadə bu dəfə artıq sırf Azərbaycan mühitinə səslənirdi: «Farabini, Əbu Əli Sinanı ərəb; Rumini, Mir Əlişir Nəvaini fars zənn ediriz. Türk oğlu türk olduqlarından xəbərimiz yoxdur…

Davamı →

Şəbəkə ədəbiyyatımızın ilk nümunəsi

Son iki əsrin qovuşağında izlənən texnogen qloballaşma insanların fərdi və ictimai şüurunu, həyat tərzi və fəaliyyətini, o cümlədən kommunikasiya proseslərini və estetik şüuru dərindən ehtiva etdi. Min illərlə müəyyən zümrənin fərdi refleksiyası kimi aktuallaşan bədii yaradıcılıq kütləviləşərək demokratikləşdi, klassik ədəbi meyarlardan uzaqlaşdı. Ərəstudan bəri sənətin təməl anlayışlarından olan mimesis — təqlidi sənət və katarsis — sənətin insanı dəyişdirməsi və yeni dünya yaratması müddəaları arxa plana keçdi. Sənayeləşmə dövrünün burjua əxlaqına asi olan modernizm də geridə qaldı, postindustrial mərhələnin normalarını aşan postmodernizmlə əvəzləndi.

Davamı →

Məhəmməd İqbal - Böyük Moğollar dönəminin son yadigarı

Allamə Məhəmməd İqbal (1887-1938) Pakistanın mənəvi atası sayılır, amma bu dövlət onun ölümündən sonra, 1947-ci ildə bu böyük insanın arzularının fiziki təzahürü kimi meydana gəlib. Onun yaşadığı dövrdə Böyük Moğolların səltənəti Hindistan Britaniya imperiyasına daxil idi və islami düşüncədə böyük rekonstruksiyalar aparmağa çalışan M.İqbal bu ərazidə ayrıca müsəlman dövlətinin yaranmasını arzulayırdı. «Mən istərdim ki, Pəncəb, Şimal-Qərb vilayəti, Sind və Belucistan vahid dövlət halında birləşsinlər». O, arzuladığı dövləti — «istər padişahlıq parıltısı olsun, istər respublika görüntüsü, dinsiz siyasət tiranlığa aparır» şəklində formullaşdırırdı. Onun ad günü hər il Pakistanda "İqbal günü" kimi qeyd olunur.

Davamı →

Nizami Gəncəvinin qəsidələri

XII yü­zil ədə­biy­ya­tın­da mədh müx­tə­lif li­rik janr­la­rın baş­lı­ca möv­zu ob­yek­ti ol­sa da, əsas eti­ba­rı ilə qə­si­də­lər­də da­ha qa­ba­rıq ifa­də olun­muş­dur. Məd­hə əs­ri­nin par­laq zə­ka­sı, hu­ma­nist sə­nət­kar da­hi Ni­za­mi Gən­cə­vi də mü­ra­ci­ət et­miş­dir. Mə­lum­dur ki, da­hi şai­ri məhz sa­ray­da ol­ma­dı­ğı­na gö­rə, məd­hiy­yə qə­si­də­lə­rə az mü­ra­ciə­ti ba­xı­mın­dan əsr­lər uzu­nu çağ­da­şı ol­du­ğu şa­ir­lər­dən «ayır­mış­lar”. Ni­za­mi Gən­cə­vi­nin di­va­nın­da və „Xəm­sə”si bo­yu məd­hin ma­raq­lı ifa­də­si ilə rast­la­şı­rıq. Təd­qi­qat­çı­la­rın ək­sə­riy­yə­ti Ni­za­mi ya­ra­dı­cı­lı­ğın­dan bəhs edər­kən da­hi şai­rin mədh möv­zu­su­na bi­ga­nə ol­du­ğu­nu xü­su­si vur­ğu­la­mış­lar. Ni­za­mi­nin qə­si­də­lə­ri V.Fey­zul­la­za­də­nin, X.Yu­si­fo­vun, N.Aras­lı­nın və bu sə­tir­lə­rin mü­əl­li­fi­nin təd­qiq­lə­rin­də araş­dı­rıl­mış­dır. V.Fey­zul­la­za­də “Ni­za­mi­nin qə­si­də ya­ra­dı­cı­lı­ğı” ad­lı mə­qa­lə­sin­də onun dün­ya­gö­rü­şün­də az rol oy­na­ma­yan məd­hiy­yə­lə­rin təh­li­li­ni ver­miş­dir.

Davamı →

Nədən və nə üçün yazmalıyıq?

Ədəbiyyatın rolu və vəzifələri barədə həddindən artıq deyilib və yazılıb. Əvvəlki yazılarımda ədəbiyyatın vacibliyini dəfələrlə vurğulamışam. İnsan mənəvi ehtiyacları olan maddi varlıqdı. Ədəbiyyat məhz bu nüansı vurğulamaq üçün uzun əsrlər boyunca müxtəlif cür istifadə olunub. O zənginlərin süfrəsində  şairlərin və söz adamlarının mədhiyyələrinə çevrilərkən,  əhalinin digər təbəqəsi üçün  təsəlli yeri olub. Onları gələcəyə ümidə səsləyib, ağ atlı oğlanın gələcəyini, quyuya düşsən də, Simurq quşunun mütləq yetişəcəyini pıçıldayıb. Beşiyin başında laylaya, əkinçinin dilində holavara, zalımın zülmündə qarğışa, sözün lakonikliyində atalar sözünə, işarədən ayayanlar üçün məsələ, əyləncə axtaranlar üçün isə tapmacaya çevrilib.

Davamı →

Namık Kamal

O, Vətənə, millətə və hürriyyətə həsr olunmuş həyatı 48 illik qısa bir ömrə sığdırmağı bacardı. İnandığı qavramlar uğrunda sürgünlərdə, zindanlarda zaman keçirmək asandırmı? Bu, mütləq ki, onun sağlamlığına təsir etməli idi.
Mustafa Kamal Atatürk onun əsərlərindən, fikirlərindən çox təsirlənmişdi və bunu fərqli zamanlarda dilə gətirməkdən çəkinməmişdi.

Davamı →

XXI əsrin ədəbi tənqidi - düşüncə zamanı

Müstəqillik illərində hər sahədə olduğu kimi, incəsənət sahəsində də aparıcı olan demokratik düşüncə belə bir fikri aktuallaşdırdı ki, müəllif həmişə azaddır, yaradıcı potensialını hansı şəkildə reallaşdıracağı yalnız onun öz işidir. Belə olduğu halda, istənilən tənqidi fikir öz təsir qüvvəsini itirir. Müstəqillik illərində ədəbi tənqid Sovet dövründəki bədii yaradıcılığı arxasınca aparan lokomotiv, ona yol göstərən mayak statusunu itirdi. Zamanla ədəbi tənqidin lazımlılığı məsələsi sorğulandı. Bu gün obyektivliklə subyektivliyi, elmiliklə bədiiliyi daha çox özündə birləşdirmək imkanına malik esseistika daha populyar, daha tələbolunandır. Yəqin, bunun nəticəsidir ki, əsrimizin əvvəllərində aktiv fəaliyyəti ilə seçilən bəzi tənqidçilər yavaş-yavaş tənqid səhnəsindən çəkildilər; kimi esseistikaya meyilləndi, kimisi daha çox ədəbiyyat tarixini araşdırmağa üz tutdu.

Davamı →