Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Cəlil Məmmədquluzadənin dini görüşləri

Dövrünün tanınmış ziyalısı, böyük demokrat C.Məmmədquluzadə də M.F.Axundov kimi, İslam dini və onun təbliğatçıları, dəllalları və bunlara inanan avam camaatın başına gətirilən rüsvayçılıqlar barədə öz fikir və mülahizələrini söyləməkdən çəkinməmişdir. Naxçıvanın dindar mühitində, dindar ailədə böyüyüb başa çatmasına baxmayaraq, o, İslama, daha doğrusu, onun mahiyyətini təşkil edən Allaha qarşı çox kəskin mövqe tutur və sərt çıxışlar edirdi. Çoxlarının cəsarət edib deyə bilmədiklərini o, çəkinmədən, qorxmadan deyirdi. C.Məmmədquluzadə göstərir ki, İslam ehkamının Allaha isnad verdiyi sifətlər Allahın müsbət mahiyyətini deyil, mənfi mahiyyətini müəyyən edir, çünki bu sifətlərdən heç birinin Allaha məxsus olduğunu müsbət dəlillərlə sübut etmək olmur. Sifətin (nəticənin) olmaması isə mahiyyətin (səbəbin) olmamasına dəlalət edir.

Davamı →

Cəlil Məmmədquluzadənin bədii dili leksikoloji və leksikoqrafik rakursdan

Cəlil Məmmədquluzadə məktəb illərindən həyatımıza daxil olan ədiblərdəndir. Yazıçılar haqqında işlədilən belə bir ifadəni oxuculara da şamil etmək olar ki, “biz hamımız Cəlil Məmmədquluzadənin “Poçt qutusu”ndan çıxmışıq”. O öz əsərlərində böyük mətləblərin bəzisini aşkar, bəzisini sətiraltı da olsa, çatdırmağa çalışmışdır. Bir epizodu xatırlayaq: Novruzəli poçt qutusunun qarşısında dayanıb   məktubu atıb-atmamaq barədə düşünür. Bu zaman bir rus qadın gəlib məktubu atır və gedir, daha sonra bir erməni uşaq hoppana-hoppana gəlib məktubu atıb gedir.

Davamı →

Ədəbiyyatımız, yoxsa bədbəxtliyimiz

Bizdən əvvəl yaşayanları müzakirə edə-edə bizdən sonrakı nəslə özümüzün nələr ötürəcəyimizi bilmədiyimiz halda, hərəmiz bir ideya ilə yaşayırıq. Bu ideyanın cəmiyyətin formalaşmasında xeyirli və yaxud zərərli olduğundan xəbərsiz halda özümüzdən əvvəl yaşamış ziyalılarımızı tənqid, hadisələri öz zamanının tələbi ilə deyil,  müasir dövrün qayda-qanunları ilə şərh edirik. Bu gün  bizim doğru sandığımız nələrinsə nə vaxtsa rədd edilə biləcəyini düşünmək istəmirik. Necə ki, məlum quruluşun ideyaları bizə indi qəribə görünür, ola bilsin ki, gələcəkdə də bizim yaratdıqlarımız, qurduqlarımız qınaq obyekti olsun. (Bu cümlələr gələcəyimizin sığortası kimi qəbul edilə bilər.)

Davamı →

Tanrının təsəllisi

Üç ay yayı səbirsizliklə gözlədiyi gün gəlib özünü yetirmişdi. Həmin gün evdə sanki hamı onunla birlikdə birinci sinfə gedəcəkdi. Səhər tezdən ailənin bütün üzvləri əldə-ayaqdaydı. Atası məktəb çantasını, anası acanda dərsarası yeməsi üçün şirniyyat, balaca çay termosunu yerbəyer edir, bacısı köynəyini gətirir, Tale özüsə bayaqdan bəri bəlkə də yüzüncü dəfə dəhlizdəki güzgünün qabağına keçib irəli-geri yeriyir, sevincindən  çırtma çalıb oynayırdı. Gözünün üstünə tökülən tellərini gah sağa, gah sola tumarlayıb hər dəfə də “ata, necədi?”, “ana, belə yaxşıdımı?”, “bacı, gəl sən də bax” – deyə səslənərək evdəkiləri başına yığırdı.

Davamı →

Repressiya dəyirmanına su tökən iki yazı

1937-cı il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür. Publika.az «1937» layihəsində repressiyalara qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacaq, tarixi gerçəyi çatdıracaq.
1937-ci il Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb. O illəri heç kim unutmaz… Əslində həmin dövr, o dövrdə baş verən hadisələrin mətbuata yansıyan hissələri həmin dövrü tədqiq edən alimlərə məlum olsa da, geniş ictimaiyyət o vaxtın mətbuatında yazılanlardan hələ də xəbərsizdir.

Davamı →

Elm fədaisi

Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının tarixində XX əsr müstəsna bir yer tutur. Son yüz ildə ədəbiyyatımızın inkişafında, ədəbi əsərlərin və ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılığının tədqiqi və təbliğində tənqidi fikrin böyük rolu olmuşdur. Hələ keçən əsrin qırxıncı illərində böyük tənqidçi Məmməd Arif Dadaşzadə yazırdı: «Tənqid də yaradıcılıqdır… Bədii əsərlərdən tələb etdiyimiz kimi, ondan da tələb etməliyik ki, maraqlı və məzmunlu olsun”.

Davamı →

Anna Karenina və Tütçevin məhəbbət lirikası

L.N.Tolstoyun sözlərinə görə, onlar Fyodor Tütçevlə (1803–1873) həyatda ən uzağı on dəfə görüşə biliblər. Amma daxili, mənəvi doğmalıqları  iki dahi insanı bir-birinə möhkəm bağlamışdı. Tolstoyla Tütçevin son görüşü şairin ölümündən iki il əvvəl  1871-ci ilin avqustunda, qatarda olub. N.N.Straxova (rus filosofu, publisist, ədəbi tənqidçi – 1828–1896) yazdığı məktubunda bu təsadüfi görüşü təsvir edən Tolstoy etiraf edir: «Mən Sizdən və ondan başqa eyni cür düşündüyüm və eyni cür hiss etdiyim başqa bir adam tanımıram».

Davamı →

Abidin Dino, mutluluğun rəsmini yapa bilirmisin?

Sen mutluluğun resmini yapa bilirmisin, Abidin İşin kolayına kaçmadan ama Gül yanaklı bebesini emziren melek yüzlü anneciyin resmini degil Ne de ak örtüde elmaların, Ne de akvaryumda su kabarcıklarının arasında dolanan kırmızı balıqın Sen mutluluğun resmini yapa bilirmisin, Abidin N.Hikmət Bunları Nazim Hikmət həbsxana yoldaşı olmuş, Türkiyənin qabaqcıl rəssamlarından biri Abidin Dinodan sormuşdu…

Davamı →

İlyas Əfəndiyev

Azərbaycan teatr tarixində ilk baxışdan qəribə bir özəllik gözə çarpır. Belə ki, M.F.Axundov 6 əsərini — öz dövrünün mühüm və son dərəcə aktual, mənəvi-əxlaqi, publisist, psixoloji, fəlsəfi «yükü» olan komediyalarını mövcud olmayan teatr üçün yazıb. Yalnız 30 (!) ildən sonra, özü də həvəskar tələbələrin ifasında onun bir pyesi («Lənkəran xanının vəziri») səhnə işığı gördü. Bu faktı müxtəlif tərəflərə yozmaq olar, ancaq Azərbaycan mədəniyyətinin tarixi inkişaf yoluna nəzər salanda belə bir qanunauyğunluq üzə çıxır: Qos-qocaman mədəniyyətimiz və onun tərkib hissəsi olan incəsənətimiz söz üzərində bərqərar olunub. Və buna görə də sözün özəl çəkisi bütün başqa meyar və səciyyələrdən daha ağır və tutarlıdır.

Davamı →

Hollivudda 17 əsəri ekranlaşdırılan yazıçı

XX əsr Amerika ədəbiyyatının ən məşhur və sevilən yazıçı-dramaturqları arasında Con Steynbekin (1902-1968) məxsusi yeri var. Con Steynbek ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş (1962) altıncı ABŞ yazıçısıdır. XX əsr Amerika ədəbi mühitini ən çox məşğul edən “Amerika həyat tərzi” və “Orta amerikalı” konsepsiyaları C.Steynbekin əsərlərinin əsas xəttini təşkil edir. Siyasət, bank, kəndli-fermer münasibətləri, miqrasiya, etnik diversiyaçılıqdan yaranan sosial problemlər yazıçının əsərlərində öz bədii təsvirini tapıb.

Davamı →