Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Selektiv müdafiə

Təxminən 7-8 il əvvəl idi. Saytlardan birinin ofisində bir jurnalist və baş redaktorla söhbət edirdik. Söhbət cinsi təcavüzdən düşəndə, jurnalist, cavan oğlan gülə-gülə bir hadisə danışdı. Onun danışıdığı hadisədə, əmisi kənddə bir qızı zorlamışdı və buna görə ona heç nə etməmişdilər. Hadisədən daha dəhşətlisi, oğlanın bu söhbəti ağzı qulaqlarında, gülə-gülə danışması idi. Oğlan bu hadisəni elə xoşbəxtcəsinə danışırdı ki, biz quruyub qalmışdıq, amma redaktor Qabil Abbasoğlu özündə güc tapıb soruşdu:

Davamı →

Salovyovun sevgilisini əlindən alan azərbaycanlı

Hər şey Salovyovun divanın altından tapdığı sancaqdan sonra başladı. Bu gümüşü, balaca sancaq onun içində yuxuya getmiş xatirələri qəfildən oyatdı… və xatirələr dörd bir tərəfdən onun üstünə hücum çəkdilər; biri boğazından yapışıb onu boğmağa başladı, biri qollarını burub sındırmaq istədi, digəri boynundan yapışıb onu yerə yıxmağa çalışdı, biri yumruqla ağzına-ağzına vurdu, bir başqası var gücüylə ayaqlarının arasına təpik ilişdirdi. Elə həmin zərbənin təsirindən Salovyov zingildəyib özünə gəldi. Ayırd eləyə bilmədi ki, neçə dəqiqədir əlində sancaq “çorta” gedib. Sancağı cibinə qoyub dərindən ah çəkdi, işə tələsdi.

Davamı →

Postmodernizm, kinayə, həzz

Postmodernizm anlayışı,  əsasən, iki mənada anlaşılır: mədəniyyət və ədəbiyyatın bütün üslub və imkanlarının sinkretik qarışıqlığından ibarət müasir vəziyyəti; moderndən «sonra» deyil, onunla yanaşı meydana çıxan konseptual yanaşma, müxtəlif mərhələlərdə aktuallaşan xüsusi yaradıcılıq növü. Dəyərlərin tənasübünü qəbul edən, özünü keçmişlə tutuşduran, utopiyaya inanan modernizmdən fərqli olaraq, postmodernizmə sabit ənənə, dəyərlər tənasübü, qiymətləndirmə yaddır. Əgər ənənəvi mədəniyyət dünyanı və bu dünyada insanı əks edirdisə (modernizm – ekstremist formalarda olsa da təcridlənmiş şəxsiyyətin dünyasını), postmodernizm özü-özünü əks və ifadə edir, qapanır.  Hər şeyə şübhə edilir və eyni zamanda bu şübhəli ifadə olunur. Yaradıcılıq oyuna, dünya mətnə çevrilir. Dünya inikas edilmir, dünya-mətn yaradılır, özü də bir yox, çoxlu dünyalar.

Davamı →

Sözünün sahibi olan “köhnə kişi”

Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü, Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru kimi titullar, elmi adları yazmaqla bitmir. Bütün bu titulları Abbas Zamanova ədəbiyyatımız və elmimiz qarşısındakı gərgin zəhməti və fədakarlığı qazandırıb. Azərbaycan ədəbi və elmi ictimaiyyəti onu təkcə bu titullarla xatırlamır. Onu  həm də  XX əsrin Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Sabir, Üzeyir bəy, Haqverdiyev ziyalı nəslinin — bu böyük ustadların mənəvi yetirməsi adlandırırlar. Bir də onun haqqında «Abbas Zamanov sözünün sahibi olan köhnə kişilərdən idi” — deyirlər.

Davamı →

Əsərin bədii gücü, yoxsa yazarın nümunəvi həyat tərzi

Sənət adamları, yazıçı və şairlər bir qayda olaraq nümunəvi həyat tərzi ilə seçilmirlər. Dünya ədəbiyyatında sözünü demiş yazıçıların arasında qumarbaz, içki, narkotik düşkünü olan da az deyil. Örnək ola biləcək fərdi keyfiyyəti olmayan yazıçının əsəri cəmiyyətə nəsə verə bilərmi?
Yazıçı, filoloq Firudin Qurbansoy bildirib ki, ədəbiyyat insanı müsbət ruha kökləməlidir:

Davamı →

Sovet sisteminə deyil, ədəbiyyata xidmət edən ədib - Mir Cəlal Paşayev

«O təkcə ədəbi yaradıcılığı ilə deyil, həm də xeyirxah əməlləri, insanpərvərliyi ilə dərin rəğbət və məhəbbət qazanmışdı. O, Azərbaycan ədəbiyyatı tarixində pedaqoq, alim və ədib kimi ən yüksək zirvəni fəth etmişdi”. Görkəmli pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevi tanıyanlar onun haqqında bu sözləri səmimi qəlbdən söyləyir, heç bir təfərrüata varmırlar. Tələbələri „Mir Cəlal müəllimin şəxsiyyəti özlüyündə bir məktəb idi. O, özü də bilmədən ətrafındakı gənclərə bir cəsarət verirdi. Mülayim xasiyyəti vardı, lakin prinsipial idi, mövqeyindən dönməzdi, yersiz güzəştə getməzdi. Bütün bu keyfiyyətləri ilə o, həm yazıçı kimi, həm də şəxsi nümunəsində insanların formalaşmasına müsbət təsir göstərirdi”- deyə sevimli müəllimlərini xatırlayırlar.

Davamı →

Görkəmli ədibin ilk qələm təcrübəsi

XX əsr Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin 20 yaşında yazdığı ilk ədəbi-tənqidi məqaləsi Moskva arxivindən əldə olunaraq Azərbaycan Milli Kitabxanasına gətirilmişdir
İstedadlı ədib, ədəbiyyatşünas-alim Mir Cəlal Paşayev çox erkən yaşlarında ədəbi tənqidə gəlmiş və 20 yaşında gənc ikən ilk ədəbi-tənqidi qələm təcrübəsi olan "Ədəbiyyatda romantizm” əsərini 1928-ci ildə yazaraq Dağıstanın Maxaçqala şəhərində nəşr olunan «Maarif yolu” jurnalında dərc etdirmişdir.

Davamı →

Əbdürrəhim bəy Haqverdiyev - aşkarlar və gizlinlər arasında

«Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala, ehtiram və rəhmətlə yad ola”
İlk nəsr nümunələrinin birində, „Ata və oğul” hekayəsində dilə gətirdiyi bu işıqlı sözlər Əbdürrəhim bəy Haqverdiyevin öz ömrünün də həqiqəti oldu. Dramaturgiyasına nisbətən nəsrinin həyatının daha sonrakı dövrlərinə aid olduğunu nəzərə alsaq, bu fikirlərin ömür təcrübəsinin səsi ilə qələmə alındığını, zaman-zaman həyat amalına çevrildiyini düşünməkdə haqlı olarıq. Onun yaşam məqsədinin yaxşı-pis nədən ibarət olduğunu aydın dərk etməyi bacaran qəhrəmanları hətta rəhmətə layiq olmayan rəhmətliklər olsalar belə yenə “diri”dirlər və çağın adamıdırlar. Ədib üçün ömür payını vicdanla yaşamaq, doğru düşünə, duya bilmək, ətrafına fayda göstərmək, bir sözlə, insan olmaq hər şeydən önəmlidir və onun bütün yaradıcı təxəyyülü məhz bu özülün üzərində formalaşmışdır.

Davamı →

Axmaqlama ədəbiyyatı

Romantizmlə birgə, eyni universal hadisənin nəticəsi sayılan dadaizm (“dada”- fransızca “zövq üçün minilən oyuncaq taxta at”, “at” — yıxılış, ümidsizliyə qapanmaq); italyanca “ana və kübe”; rusca və rumınca “taxta at və süd ana (baxıcı)”; “mənası olmayan söz”, “xobbi” və s.) dini inancları, ictimai bağları, etik dəyərləri olmayan, həyatdan bezən, “hirsi ruh halına gələn” gəncliyin duyğularının üsyanıdır. Dadaçı gəncliyin əllərində itirəcək bir şey qalmadığından “vətən duyğusu”, “etika”, “mühakimə” kimi anlayışlardan vaz keçərək, yaşamaq arzusunda olan insanları böhrandan çıxarmağa, onlar üçün tamamilə fərqli bir dünya qurmağa səslənişidir. Gənc dadaistlərin bildiyi, inandığı və hər zaman söylədiyi tək bir həqiqət var ki, o da həyatın etibarsızlığı ilə bağlıdır. “Heç bir şey möhkəm və davamlı ola bilməz” fəlsəfəsinə istinad edən dadaçılar üçün, əslində “bütün fəlsəfələr, buraxılmış köhnə bir diş fırçasından daha az qiymətlidir”.

Davamı →

Firudin bəy Köçərli - Qaranlıqda qalanlarımız

Rusların mәşhur әdibi vә timsalnәvisi Krılov «Ağacın yarpaqları vә köklәri» adlanan bir timsalında yazır: «Baharın gözәl bir günündә ağacın yarpaqları sәhraya kölgә salıb, sabah yeli ilә şirin söhbәt edirdilәr vә özlәrini tәrif edib zәban-hal ilә sәbadan sorurdular: Mәgәr bu sәhranı ziynәtlәndirәn vә ağacın özünә hüsn vә lәtafәt verәn biz yarpaqlar deyilik? Әgәr biz olmasaq, ağac nәyә bәnzәr vә özümüzü tәrif etmәkdә mәgәr bizim haqqımız yoxdur? Biz deyilikmi çobanı sürüsü ilә günün istisindәn saxlayan vә onlara rahatlıq bәxş edәn? Biz deyilikmi qızları vә gәlinlәri öz sayәmizin altına rәqsә gәtirәn, biz deyilikmi sübhlәr vә axşamlar bülbülü şövqә vә hәvәsә gәtirib, ona gözәl nәğmәlәr oxutduran vә sәn özün, ey sәba, müttәsil bizimlә olurdun, bir dәqiqә bizdәn ayrı qala bilәrsәnmi?

Davamı →