Tekila

Tekila aqava bitkisinin qıcqırdılması yolu ilə əldə edilən alkohollu içkidir. Tekila 55* sərtlikdə olur. Ona su əlavə edərək 38*- ə qədər durulaşdırılaraq da içilir. Tekila istehsalına görə dünyada birinci yeri Meksika tutur. Bu ölkədə tekilanın istehsalına dövlət səviyyəsində nəzarət edilir.

Saxlama müddətindən asılı olaraq tekilanın müxtəlif növləri var:
   Joven – saxlanılmamış tekila 
   Blanka və ya plata – 2 aydan az müddətdə saxlanılan tekila
   Reposado – 10-12 ay müddətində saxlanılan tekila 
   Anejo – 1-3 il müddətində saxlanılan tekila 
   Extra anejo – 3 il və daha çox saxlanılan tekila.

Tekiladan 3 şəkildə istifadə edilir: 
1. Təmiz tekila – üzərinə az miqdarda duz şəpilir və limon dilimi qoyulur, tekila içdikdən sonra limon yeyilir;
2. Tekila-bum – üzərinə qazlı su əlavə edilmiş tekila; 
3. Tekila kokteyli – bu “ Marqarita”, “ Tekila-Canrayz” və “ Meksikan Erş”adı altında tanınan tekiladır.

Tekilanın faydalı xüsusiyyətləri
Aqavadan hazırlanmış tekilanın müalicəvi xüsusiyyətləri var. Ən keyfiyyətli və faydalı tekila isə ən azı 3 il müddətində saxlanılan tekila hesab edilir. Ondan az miqdarda (50 ml) istifadə etmək qanı təmizləyir, mədə fəaliyyətini yaxşılaşdırır, qara ciyər və bağırsaqlara antiseptik təsir göstərir.
Meksika alimləri az miqdarda tekila içməyin orqanizmdə onkoloji xəstəliklərin qarşısını aldığını söyləyirlər. Az miqdarda tekila mədə və onikibarmağın iltihabi xəstəliklərinin sağalmasını sürətləndirir, bağırsaq mikroblarını öldürür.

Az miqdarda tekila ilə ağız boşluğunu yaxalamaq ağız yaralarının sağalmasını sürətləndirir.
Radikulitlər və revmatizma zamanı tekilka ilə kompres qoymaq ağrıların azalmasına səbəb olur. Bu zaman pambıq parça isidilmiş tekilaya batırılır və ağrayan nahiyəyə qoyularaq polietilen və isti dəsmalla sarınır.

Tekilanın zərərli xüsusiyyətləri
Həddindən çox tekila içmək qaraciyər və mədəaltı vəzin funksiyasına pis təsir edir. Həddindən çox tekila alkohol asılılığına səbəb ola bilir. Hamilə, uşaqəmizdirən qadınlara və 18 yaşınadək olan uşaqlara tekila içmək tövsiyə edilmir.
 

0 şərh