Bu yeməklər yuxuya təsir edir

Qırmızı ət
Əgər axşam yeməyiniz saat səkkizdən sonraya qaldısa, bu zaman qırmızı ət yemək yanlış seçimdir. Sərt quruluşu və zülalın yüksək olması səbəbi ilə uzun müddət tox tutan qırmızı ət siz yatarkən bağırsaq sisteminizdə olacaq, bu vəziyyət yuxu sisteminizin balansının pozulmasına səbəb ola bilər.

Spirtli içkilər Çox miqdarda spirtli içki qəbulunun yaxşı yuxu gətirici olduğuna inanılsa da, bu doğru deyil. Spirtli içki yatmağa səbəb olsa da, uzun və rahat bir yuxu nizamı vermir. Spirtli içki qəbul etdiyiniz günlərdə, ümumiyyətlə, daha pis yuxu və gecə boyunca bir neçə dəfə oyanma olur. Rahat yuxu üçün spirtdən uzaq durulmalıdır.

Tünd şokolad
Yeyilməsi ləzzətli kimi görünsə də, gecəni keyfiyyətli yuxu ilə keçirmənizə mane olan qidalardan biri də tünd şokoladdır. Yuxunu qaçıran və insana ekstra enerji verən kofein bu şokoladın tərkibində çoxluq təşkil edir. Demək olar ki, bütün şokoladların tərkibində kofein olur. Buna teobromin adı verilən maddə əlavə olunduğunda ürək ritminin sürətlənməsi ilə yuxunuzu qaçırır. Ağ şokoladların tərkibində bu komponentlərin daha az olması yuxu keyfiyyətinə də təsirini azaldır. 

Sarımsaq
Ümumiyyətlə, yatmazdan əvvəl içərisində sarımsaq olan qidaların qəbulundan qaçırıq. Bunun bir çox səbəbi olsa da, əsl təməl səbəbi yuxu nizamsızlığı etməsi və gecə keyfiyyətsiz yuxu keçirməmizdir. Sarımsağın yuxu qaçırmasının əsas səbəbi mədə qıcqırmasına səbəb olmasıdır. 

Naharlıq taxıllar
Bir çox insan hal-hazırda sürətli qida kimi naharlarda taxıllara önəm versə də, bu qidalar bəzi hallarda yüksək kalorili olmadığı üçün gecə yatmazdan əvvəl də yeyilir. Yuxunuzu qaçıran qidalardan biri də naharlıq taxıllardır. Yatmazdan əvvəl qan şəkərinizin sürətlə yüksəlməsini təmin edən taxılları yediyiniz zaman yatmağınız bir az çətin məsələdir.

 

0 şərh