Zeytun yağının 10 özəlliyi

Bu yazını oxuduqca zeytun yağına heyran olacaqsınız.

1. Yediyiniz yeməklərə və salatlara başqa yağları çox töksəniz xolesterin yüksələcəkdir, amma zeytun yağını nə qədər çox töksəniz o qədər yüksək xolesterin azalacaqdır.

2. Başqa yağların çoxluğu mədədə qıcqırmaya səbəb olursa, zeytun yağı əksinə çox olduqca turşuluq azalacaqdır.

3. Başqa yağları bol yesəniz öddə və böyrəkdə daş əmələ gələcəkdir, amma zeytun yağı əksinə bol-bol yedikcə nəinki daş əmələ gələcək, hətta olan daşlarınız yavaş-yavaş əriyəcəkdir.
Davamı →

Kamamber və bri pendirləri

Kamamber və bri normandiyalıların və fransızların inək südündən hazırladıqları pendirdir. Kamamber ən qədim fransız pendirlərindəndir. Bri pendiri də məşhur kamamber pendirinin bənzəridir.

Bu pendirlərin nə zamandan və kimlər tərəfindən hazırlanması barədə heç yerdə məlumatlara rast gəlinməmişdir. Yanlız onların orta əsrlərdə ən məşhur pendir olmaları barədə məlumatlar var.

Bu pendirlər barədə ilk dəfə 744-cü ildə yazılmış məlumatlar var. Belə ki, 744-cü ildə Fransa kralı bu pendiri yeyərkən ”Bu mənin ömrümdə yediyim ən dadlı yeməkdir.” söyləmişdir. 1815-ci ildə isə bri pendiri Fransada pendirlərin kralı adına layiq görmüşdür.
Davamı →

Pendir necə saxlanmalıdır?

Mütəxəssislər bildirir ki, pendirin ləzzətini və qida dəyərini itirmədən saxlanması ilk növbədə satın alınması ilə başlayır. Hər pendirin saxlanma şərtləri fərqlidir. Pendir mütləq +2/4 C-də, işıqsız mühitdə soyuducuda saxlanmalıdır.

Kalsium, protein, A, B, D, E vitaminləri baxımından zəngin qida qaynağı olan pendiri düzgün şərtlər altında saxlamaq vitamin və qida dəyəri baxımından böyük önəmlidir. 

Mütəxəssislər pendiri alan zaman ilk növbədə son qidalanma tarixinə diqqət etməyi tapşırır. Son qidalanma tarixi keçmiş heç bir qidanı yemək olmaz. Əgər alacağınız pendirin qidalanma tarixi yaxın vaxtlardırsa, onu almaq fikrindən daşının.
Davamı →

Ərzaqların düzgün saxlanma qaydaları

Mətbəx üçün vacib əşya olan soyuducu qidaların uzun müddət təzə qalmasını təmin edir. Soyuducu qidaların ömrünü uzadır, xəstəlik riskini azaldır.

Ancaq hər qidanı soyuducuya qoymaq da doğru deyil. Bəzi qidaları soyuducuya qoymaq bu qidaların dadının qaçmasına səbəb ola bilər.
Sizə soyuducuya qoymadan da saxlaya biləcəyiniz qidaları sıralayırıq:

Bal
Balın turşu bazalı quruluşa malik olması və sıx şəkər tərkibi xarab olmasına səbəb olan mikroorqanizmlərin törəməsinə mane olur. Bu səbəbdən də bal quru və qaranlıq bir yerdə otaq temperaturunda saxlanıla bilər. Balı soyuducuya qoymaq isə kristallaşmasına səbəb olur.
Davamı →

Quru meyvə seçərkən nələrə diqqət etməliyik?

İlin soyuq fəsillərində, xüsusən də bayram günlərində süfrəmizi ən çox bəzəyən məhsullardan biri də qurudulmuş meyvələrdir. Çünki, məhz bu aylarda həmin meyvələri tapmaq ya mümkün deyil, ya da olduqca bahadır. Bəs quru meyvə seçərkən, nələrə fikir verməliyik? Aldığımız məhsulun faydalı və keyfiyyətli olub-olmadığını necə təyin etməliyik?

Çox vaxt mağazalarda süni parıltılı quru meyvələrə rast gəlirik. Unutmaq lazım deyil ki, hər bərq verən qızıl deyil və təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Odur ki, qiymətə aldanıb, kimyəvi yolla qurudulmuş meyvələri süfrələrinizə rəva görməyin.
Davamı →

Durna balığı

Durna balığı sürü şəklində yaşayan balıqlardandır. Onun uzunluğu 1,5 metr, çəkisi isə 35 kiloqrama qədər böyüyə bilir. Amma əsasən durna balığının 8 kq çəkiyə qədər böyüyən növlərinə rast gəlinir. Durna balığının ölçüsü və rəngi yaşadığı su hövzəsinin mühitinə uyğun olaraq dəyişə bilir.

Durna balığının boz-yaşıl, boz-sarı, tünd boz rəglərinə rast gəlmək olur. Onların hamısının bel hissəsinin rəngi tünd olur. Bəzi durna balıqlarının dərisində isə tünd və ya narıncı rənglərdə ləkələrə rast gəlmək mümkündür. Durna balığı 30 il ömür sürə bilir. Durna balığına Avrasiya və Şimali Amerikanın bütün sularında rast gəlmək mümkündür. Baltik, Azov, Xəzər və s. dənizlərində də durna balığına rast gəlinir.
Davamı →

Maral ətinin faydaları

Mətbəxlərdə ən çox gənc maralın ətindən istifadə edilir. Maral əti Şimal ölkələrdə yaşayan əhalı tərəfindən daha çox istifadə olunur. Onun xüsusi dadı olur və müalicəvi, dietik ətlərdən hesab edilir. Maral əti bişirildiyi zaman gözəl dada malik xüsusi bulyona və ətə çevrilir. Ondan avitaminozlar və maddələr mübadiləsinin pozulmaları zamanı istifadə edilir. Maraldan məşhur diç adlanan yemək hazırlanır. Maral ətini buxarda və ya közdə bişirirlər.

Necə seçməli?
Ən yaxşı maral əti 6 ayına qədər yaşı olan maralın əti hesab olunur. Gənc maral əti tünd qırmızı rəngdə və zərif, yaşlı maralın ətinin rəngi isə daha tünd və bərk olur. Ən yaxşı maral əti isə erkək maralın əti hesab edilir.

Necə saxlamalı?
Maralın ətində yağın miqdarı az olduğuna görə onu uzun müddət saxlamaq olmur. Maral əti tez xarab olan ətlərdəndir. Onu hətta dondurucuda 3 gündən artıq saxlamaq mümkün deyil. Çünki saxlanılan maral əti dadını və keyfiyyətini itirir. Maral ətindən müxtəlif dadlı yeməklərin hazırlanmasında geniş istifadə edilir.
Davamı →

Tısbağa yumurtası

Tısbağa yumurtası nadir hallarda tapılan qidalardandır. Tısbağa yumurtasının qidalandırıcılıq xüsusiyyəti çox yüksəkdir. O ən xüsusi delikateslərdəndir. Tısbağa yumurtası dairəvi və yumşaq qabığa malik olur. Tısbağa yumurtasının çəkisi 30-35 qram olur. Onun qabığınılln rəngi ağ, solğun sarı, açıq sarı ola bilir. Bu yumurtanın rəngi və ölçüsü toyuq yumurtasına bənzəyir. Yumurtanın züllalı hissəsi rəngsiz və şəffaf olur.

Müxtəlif ölkələrdə istifadəsi
Bir çox ölkələrdə tısbağa yumurtasından delikates kimi istifadə edilir və o qida maddəsi kimi istifadə olunur. İstifadə edilməsi və satış məqsədilə tısbağa yumurtasını Atlantik və Sakit okean sahillərindən yığırlar. Yumurtalamaq mövsümündə tısbağalar 200-ə yaxın yumurta qoyurlar.
Davamı →

Midiyanın faydaları

Midiya dəniz molyusklarındandır və Mytilus sinfinə aiddir. Bu sinfə aid olan molyusklara bütün Dünya okeanının sularında rast gəlmək mümkündür. Onlar ikitərəfli simmetrik və oval şəkilli çanağın içərisində yerləşirlər.

Əsasən restoranlarda müxtəlif üsullarla yetişdirilmiş midiya molyuskundan istifadə edilir. Onun yetişdirilməsi üçün xüsusi fermalar və müəssisələr var. Bu müəssisələr midiya molyuskunun artırılması ilə məşğul olurlar. Bu proses çox çətin və maraqlı bir prosedir və onu ilk dəfə irlandiyalı balıqçılar tətbiq etmişlər.
Davamı →

Dəvəquşu yumurtası

Dəvəquşu yumurtası onun özünün ölçüsünə uyğun olduğundan digər yumurtalardan daha böyük ölçüdə olur. Dəvəquşu yumurtasnını satış qiyməti çox böyükdür. Ən faydalı yumurta isə gənc dəvəquşunun yumurtası hesab edilir. Onu yanlız dəvəquşu fermalarından almaq mümkündür. Dəvəquşu yumurtasının tərkibi toyuq yumurtasının tərkibindən çox fərqlənmir. Onun ölçüsü isə 25-40 toyuq yumurtası qədər olur.

Bir dəvəquşu yumurtasının çəkisi 450-1800 qram arasında dəyişə bilir. Cavan dəvəquşu yumurtasının çəkisi az, yaşlı dəvəquşu yumurtasının çəkisi isə daha çox olur. Ən iri dəvəquşu yumurtası Çində qeydə alııınmışdır. Onun çəkisi 2,35 qram, diametri isə 18,67 sm olub.
Davamı →