Bu yeməklər yuxuya təsir edir

Qırmızı ət
Əgər axşam yeməyiniz saat səkkizdən sonraya qaldısa, bu zaman qırmızı ət yemək yanlış seçimdir. Sərt quruluşu və zülalın yüksək olması səbəbi ilə uzun müddət tox tutan qırmızı ət siz yatarkən bağırsaq sisteminizdə olacaq, bu vəziyyət yuxu sisteminizin balansının pozulmasına səbəb ola bilər.

Spirtli içkilər


Davamı →

Xaşsevərlərə dietoloq tövsiyəsi

Azərbaycanda məhz əhalinin qidalanması ilə birbaşa əlaqəli olan bir çox xəstəliklər var: “Başlıca olaraq vitamin D əskikliyi səbəbindən çoxalan bir çox xəstəliklərimiz var. Çoxlarında ciddi şəkildə vitamin D defisiti var. Nəinki uşaqlarda, qadınlarda, demək olar ki, hər kəsdə bu çatışmazlığı görürük. Bildirim ki, ən çox əl, qol, qıç, sümük ağrılarını yaradan səbəb vitamin D əskikliyidir”.

Xaş yalnız düzgün bişirildikdə orqanizmə xeyirlidir
O zaman nə edək, nə yeyək ki, orqanizmdə D vitaminini yığa bilək? L. Zülfüqarlı deyir ki, xaş tərkibində çox miqdarda vitamin D olan ən faydalı yeməklərindən biridir. Lakin xaşın bişirilmə tərzi tamamilə yanlışdır: “Xaş düzgün bişirildikdə xeyirlidir, onu yemək olar. Amma düzgün bişirilmədikdə yeməyin, çünki ziyanlıdır. Xaş düzgün şəkildə bişirilmədikdə xeyirdən çox ziyan verir. Məsələn, mən dedim ki, vitamin D almaq üçün xaş yeyəcəyik. Amma biz o xaşı elə yanlış bişiririk ki, onu yeyən zaman trans yağların orqanizmə ötürüldüyü təqdirdə pis xolesterinin çoxalması nəticəsində qan-damar dövranının bəzi xəstəliklərindən əziyyət çəkə bilərik. Hətta bəzi kilo problemlərini, qaraciyər piy distrofiyası, ürəyin bəzi xəstəliklərini də buna bağlamaq olar”.
Davamı →