Möcüzəvi kimçi

Asya mətbəxinin ən tanınmış, ləziz təamı «kimçi” Koreyada xüsusi yerə sahibdir. Turşu kimi yeməklərin yanında verilir. Koreyalıların 90 yaşdan yuxarı yaşamaqlarının memarı məhz bu qida hesab edilir.

Cənubi Koreyanın ən məşhur baş aşbazı Shim Young- Soon deyir ki, „kimçi” hər dərdin əlacıdır.
“Bizim ölkədə az qala dərman kimi istifadə edilir. Xüsusi ilə qadınlar gözəlliklərini „kimçi”yə borcludur. 80 yaşındayam, baxın, üzümdə heç bir qırış yoxdur, səhhətimdə də heç bir problem yoxdur. Bu möcüzəvi qidanı hər kəsə tövsiyyə edirəm”.
Davamı →

Orqanizmi təmizləyən qidalar

Pəhriz menyunuza əlavə edəcəyiniz bu qidalar sayəsində immunitet sistemi güclənir, orqanlar daha sağlam fəaliyyət göstərir.

Limon 
C vitamini və digər antioksidantlarla zəngindir. Tərkibindəki maddələ immunitet sistemini gücləndirir. Mütəmadi olaraq qəbul edildikdə, qaraciyər və öd kisəsi sağlamlığını qoruyur və həzm prosesini yaxşılaşdırır. Bir stəkan ilıq limonlu su sağlamlığınız üçün mükəmməl üsuldur.
Davamı →

Ballı kəsmik

Kəsmik və bal birlikdə dəyəri və vitamin tərkibinə görə ən möcüzəvi ikilidir. Orqanik, yağsız kəsmiyin üzərinə 1-2 qaşıq bal töküb yemək immuniteti möhkəmləndirir, müxtəlif səbəblərdən zəifləmiş orqanizmi bərpa edir. 

Ona görə bu iki ərzağı mütləq və birlikdə yemək lazımdır. Bu qarışımı ya səhərlər, ya da axşam yuxudan əvvəl qəbul edin.

O, vitamin ehtiyatını artırır, mədə-bağırsaq sisteminin işini yaxşılaşdırır, antistress təsir göstərir, yuxunu bərpa edir. 
Davamı →

İmmuniteti möhkəmləndirən qidalar

Payız-qış fəsillərində soyuqdəymə xəstəliklərinin sayı kəskin artır. Bu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu immuniteti daim yüksək səviyyədə saxlamaqdır. Mütəxəssislərin fikrinə görə, bu işdə bəzi qida məhsulları kömək edə bilər.

1. Toyuq bulyonu
Kollaqen, minerallar və aminturşuları ilə zəngin olan toyuq bulyonunu «təbii antibiotik» adlandırırlar. Bulyon immun sistemini aktivləşdirərək virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır. Təbii ki, söhbət «kənd» toyuğundan bişirilmiş bulyondan gedir.

Bulyonun tərkibində olan «sistein» adlı amin turşusu nəfəs yolları xəstəlikləri zamanı çox yaxşı kömək edir — bəlğəmin çıxmasını asanlaşdırır, nəfəsalmanı yüngülləşdirir, sağalmanı tezləşdirir.
Davamı →

Ölümsüzlük meyvəsi

Çində innab meyvəsini “ölümsüzlük meyvəsi” və “tanrı hədiyyəsi” adıyla tanıyırlar. İnnab həcmcə kiçik meyvə olsa da, tərkibində bol miqdarda vitamin və minerallar var.
Tərkibi A və C vitamini ilə zəngindir. Eyni zamanda kalsium, maqnezium, fosfor və xüsusilə potasium baxımından da inanılmaz dərəcədə zəngindir.

Bütün xərçəng növlərindən qoruyur
İnnabın tərkibində olan bol antioksidant və C vitamini səbəbi ilə xərçəng xəstəliklərində qoruyucu təsiri var.
Sürətli şəkildə arıqlamağa kömək edir.
Davamı →

Bu qidaların girdiyi evə xəstəlik girmir

Gül kələmi
Qaraciyər üçün faydalıdır. Kalsium, A, C və E vitaminləri ilə zəngindir. Antioksidant təsiri vardır.

İspanaq
Hüceyrələri yeniləyir. Fol turşu, C vitamini, kalium və maqnezium ilə zəngindir.

Qarpız
A, C vitamini və yüksək miqdarda likopendən ibarətdir. İnfeksiya və sərbəst radikalları azaltmağa yardımçı olur.
Davamı →

Qabıqlı yeyin!

Dietoloqlar qabıqları ilə yeyilən bir sıra qidaların xərçəng riskini azaltdığını bildirirlər. Onlar meyvə və tərəvəzlərin qabıqla yeyildikdə daha çox vitamin ehtiva etdiyini bildirirlər. Həmçinin bu vasitə ilə enerji artır və xərçənglə mübarizədə təsirli olur.

Kivi
Kivinin tüklü səthi antioksidantar, anti-xərçəng, anti-allergiya və iltihaba qarşı maddələrlə zəngindir. Qabıq özündən 3 qat daha çox antioksidant ehtiva edir.

Ananas
Ananasın kənarında tikanlı səth deyil, qalın çəyirdəkli hissəsi istifadə edilə bilər. Lif və C vitamini sayəsində həzm sistemində ölü toxumaları tez təmizləyir və mədəni qoruyur. Ananasın tumunu əzib içkilərə qataraq, istifadə edə bilərsiniz.
Davamı →

Min illik şəfa və gənclik iksiri

Bahalı vitamin, mineralları və kremləri bir kənara buraxmağın zamanı gəldi. Çünki bütün bunları əvəz edəcək daha sağlıqlı bir alternativ var. «Təbiətin multivitamini” adlandırılan sümük suyu cildin, sümüklərin, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir.

Tibbin atası olan Hippokrat xəstəliklərin bağırsaqlardan başladığını deyib. Buna görə də bədənimizi müalicə edərkən ilk növbədə bağırsaqlardan başlamalıyıq. Bağırsaqların müalicəsində ən effektiv üsul isə sümük suyundan istifadə etməkdir.
Davamı →

Sağlam qidalar

«Time» jurnalı tarixin bütün dövrlərində orqanizm üçün ən faydalı olan 50 bitki və qidanın siyahısını dərc edib. Tufts Tibb Mərkəzlərinin dietoloqlarının hazırladığı siyahıdan bəzi bitki və təamların faydalı xüsusiyyətləri orqanizmin sağlamlığı üçün olduqca əhəmiyyətlidir.

1. Ghe yağı — hind mətbəxində istifadə olunur. Dadlı və orqanizm üçün faydalıdır. Duzsuz kərə yağından əldə edilir. Mədə-bağırsaq xəstəlikləri, dəri və gözaltı qırışları aradan qaldırır, qan dövranının fəaliyyəti üçün çox faydalıdır;

2. Harissa sousu — Mərakeş mətbəxinə aid olan həddindən artıq acı ədviyyatdır. Sousda bibər, zeytun yağı, sarımsaq və bəzi acı ədviyyatlardan istifadə olunur. Tərkibində xalestrol və şəkərin olmaması onun orqanizm üçün faydalılıq dərəcəsini artırır. İmmun sistemini gücləndirir.
Davamı →

Küncüt südü

Yağ nisbəti və enerji dəyəri çox yüksək bir qida olan küncüt, zülal, kalsium, maqnezium, kalium, minerallar və B vitaminləri baxımından çox zəngin bir bitkidir. Olduqca faydalı olan küncüt bədənə enerji verir. Eyni zamanda xərçəngə qarşı qoruyucudur və yaşlanmağa qarşı antioksidan təsiri vardır.

Tənəffüs yolu xəstəliklərini yaxşılaşdırdığı məlum olan küncüt, sinəni yumşaldaraq nəfəs darlığı və bronxitə yaxşı təsir göstərir. Qısacası çiy küncüt zəngin bir vitamin və mineral qaynağı olaraq insan bədəninə saysız faydaları vardır.
Davamı →