Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Meyvə şirələrinin faydaları

Meyvə sularının tərkibindəki vitamin və antioksidantlar bir çox xəstəliklərin qarşısını alaraq, sağlamlığımızı qoruyur. Bu gün biz onlardan bəzilərinin siyahısını sizlərə təqdim edəcəyik.

Portağal suyu immunitet sistemini gücləndirərək orqanizmi soyuqlamadan və qripdən mühafizə edir. Tərkibindəki C vitamini və turşular öskürəyi azaldır. Antioksidant kimi kapilyarları gücləndirərək ürəyin zərər görməsinin qarşısını alır, təzyiqi aşağı salır, dərini təravətli saxlayır, qanın laxtalanmasının, mədə və mədəaltı vəzi xərçənginin əmələ gəlməsinin qarşısını alır, əziklərin daha tez sağalmasını təmin edir.meyvə şirələri

Albalı şirəsi qızdırmanı aşağı salır, qanı təmizləyir, bədəndə yığılıb qalan artıq suların ifraz olunmasına kömək edir, mədə və qaraciyərin fəaliyyətini artırır, sidikqovucu xassəyə malikdir.

Alma şirəsi də immunitet sistemini gücləndirir, qanda şəkərin miqdarını normaya salır, başağrılarını kəsir, böyrəkləri təmizləyir, xolesterolu aşağı salır, bağırsaqlardakı parazit qurdlarının tökülməsini təmin edir, ürək və ağciyər xəstəliklərinə yoluxma ehtimalını azaldır, damar sərtliyinin qarşısını alır.

Şaftalı şirəsi tərkibində A, B3 və C vitaminləri, həmçinin betakaroten olduğu üçün qripə qarşı bədənin müdafiə mexanizmini artırır, yuxusuzluğu aradan qaldırır, həzmi asanlaşdırır, böyrəklərin və öd kisəsinin normal fəaliyyətinə kömək edir, sidikqovucudur.

Üzüm şirəsi müalicəvi əhəmiyyətinə görə mütəxəssislər tərəfindən “bitki südü” kimi də adlandırılır. Tərkibində bol miqdarda A və C vitaminləri, minerallar, əsasən də dəmir və kalium çox olduğu üçün orqanizmin xəstəliklərə qarşı daha müqavimətli olmasına səbəb olur. Bədənin enerji ehtiyacını təmin edir, bağırsaqları yumşaldır, sidikqovucu xassəyə malik olduğu üçün orqanizmi toksinlərdən təmizləyir. Üzüm şirəsi fiziki və zehni yorğunluqları aradan qaldırır, ürəyin fəaliyyətini normallaşdırır, dərinin yaşlanmasının qarşısını alır.


Davamı →

Bal

Bal qədimdən ən faydalı və əvəzsiz məhsullardan biri sayılır.bal

Bal müxtəlif vitaminlər (B1, B2, B6, fol turşusu, K, C, E, A provitamini), mikroelementlər (dəmir, kalium, fosfor, mis, yod, sink və s.), qlükoza, fruktoza, antioksidantlar, aminturşuları, fermentlər, enzimlərlə olduqca zəngindir. Məhz bu zəngin tərkibinə görə bal əsl «min bir dərdin dərmanı»dır.

Balın 60-dan artıq növü var. Bütün bal növləri faydalı sayılır.

Bal dəmirlə çox zəngindir. Bu səbəbdən qanazlığı zamanı bal əsl əvəzedilməz təbii dərmandır. Ümumiyyətlə qan-damar sistemi, demək olar, bütün xəstəlikləri zamanı baldan müalicəvi vasitə kimi geniş istifadə olunur.

Bal güclü antibakterial və iltihabəleyhinə xüsusiyyətlərlə tanınır. Bu xüsusiyyətlərə görə bal (xüsusən cökə balı) soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir.

Bal təbii immunostimulyatordur  — o, insanın immunitetini gücləndirir, orqanizmin xəstəliklər və infeksiyalara qarşı olan davamlılığını artırır. Xüsusən bu uşaqlar və yaşlı insanlar üçün çox vacibdir. Lakin balın yüksəs allergik xüsusiyyətlərinə görə onu 3 yaşından kiçik olan uşaqlar və allergik xəstəlikləri olan böyüklər qəbul etməməlidir.


Ardı →

Razyana

Razyana (latın dilində «foeniculum») çətirçiçəklilər fəsiləsindən ikiillik və çoxillik bitki cinsidir. Vətəni əsasən Aralıq dənizi ölkələridir. Ancaq Avropa və Asiyanın (həmçinin Amerikanın) əksər ölkələrində yetişir. Daha çox iki növü məlumdur (yeri gəlmişkən deyək ki, bəzi mənbələr razyana bitkisinin 2, bəzi mənbələr isə 10 növü olduğunu bildirir). Hündürlüyü 2 metrə çatır. Çiçəkləri sarı, yarpaqları yaşıldır. Uzunsov (daha çox yumurtaya bənzəyən) qoşa dənədən ibarət meyvələri olur. Meyvələri yetişdikdə xoşa gələn ətirli iy verir. Daha çox qayalıq və quraqlıq yerlərdə bitir. İyul — avqust aylarında çiçək, sentyabr — oktyabr aylarında isə meyvə verir. Meyvəsinin yetişməsinə az qalmış (əsasən sentyabr — oktyabr aylarında) dərilir, qurudulur və əlavə qarışıqlardan ayrılır. Razyananın meyvəsindəki əsas təsiredici maddə daha çox efir yağından ibarətdir. Efir yağına xoş dadı və xoş ətri verən isə tərkibindəki anetol maddəsindir. Anetol ətirli bir birləşmə olub, razyana meyvəsinin ən qiymətli tərkib hissəsidir.
Ardı →

Cənnət meyvələri

Bir zamanlar sevgini alma verərək etiraf edirdilər. Almanı qəbul edən «hə» cavabı vermiş olurdu. Sevgi, sevinc, müdriklik və dəbdəbəni ifadə edən alma «Qurani Kərim»də cənnət meyvələri cərgəsinə düşmədi (bunun da hamıya məlum səbəbi var). Əvəzində, Nyutonun başına düşdü. Xeyri də oldu, cazibə qüvvəsi nəzəriyyəsi yarandı. Almadan fərqli olaraq, bəxti gətirən və insandan əvvəl cənnəti görən meyvələr də oldu. Özü də Quranda adıçəkilən 7 meyvədən nə az nə çox, düz, 5-i ölkəmizdə becərilir. Bir sözlə, «Cənnət görmək istəyən Azərbaycana gəlsin». Cənnət meyvələrini tanımaq istəyənlər yazının ardını oxumaqla buna nail ola bilərlər.


«Daş əridən» albalıdan başlayaq. Quranda adıçəkilən ilk meyvədir. Müqəddəs Kitabda onun haqqında «Tikansız sidr ağacları» («Vaqiə» surəsi, 28-ci ayə) şəklində bəhs olunur. Albalı böyrəklərin fəaliyyətini tənzimləyir. Orqanizmdə yığılmış artıq duz və turşuları xaric edir. Böyrəklərdə daş və qumun yaranmasına imkan vermir. Daşı əridir və orqanizmdən təbii yolla xaric olunmasına kömək edir. Eyni zamanda, dərini civzə və sızanaqlardan təmizləyir. Albalı şirəsi iştahı və həzmi yaxşılaşdırır.


Ardı →

Toxunma qablar

Avstraliya aborigenləri pandan palmasından torbalar və çantalar toxuyurlar. Bunlar bəzən elə sıx toxunur ki, hətta suyu da buraxmır. Toxunma kisələr məişətdə ərzaq məhsullarını və başqa əşyaları saxlamaq və daşımaq üçün istifadə edilir. Məsələn, iri kisələrə 12-15 kiloqram yams yığmaq mümkündür.
Sadə tutumlar sayılan səbətlərin yaradılması insanın ilk məişət müvəffəqiyyətlərindən idi. Bu Daş dövrünə aiddir. Tutumlar bitki      budaqlarından, yarpaqlarından, qabıqlarından toxunurdu. İbtidai insan təbiətdə heyvan kimi qida axtarıb yeməkdən yeni tipli qida əldə etmə dövrünə, yəni yığıcılıq dövrünə keçərkən toxunma səbətlər yaranırdı.


Ardı →

Qarğıdalı

Qarğıdalı Amerikada mədəniləşdirilmiş ən qocaman dənli bitki hesab olunur. Hinduların çörəyi, yaymaları, xəşili, içkiləri zaman-zaman qarğıdalıdan hazırlanmışdır.
Mayya hinduları mədəniyyətinin tədqiqatçısı R.V.Kinjalovun fikrincə qarğıdalının vətəni Mərkəzi Amerikanın cənub dağlıq hissəsidir. Burada tapılan qarğıdalı izləri arxeoloqları V minilliyə aparır. Hindular qarğıdalıya allah kimi səcdə etmişlər. Güman edilir ki, qarğıdalı sözü («ixim») «dolandıran», «saxlayan» mənası verir. Mayya hindularına qarğıdalının bir neçə növü məlum olmuşdur. Onlar qarğıdalı əkinləri ilə həmişə fəxr etdirmişlər.
Arxeoloji sərvətlər arasında Meksikada 6950 il yaşı olan mədəniləşdirilmiş qarğıdalı tozcuqları tapılmışdır. Nyü-Meksika ştatındakı Bat-Keyv mağarasında tapılmış qarğıdalı tozcuqlarının isə 5600 ilə yaxın yaşı olduğu müəyyən edilmişdir.


Ardı →

Mərci yemək üçün 6 səbəb

Mərci çox faydalı bitki növüdür. Mərcidən müxtəlif növ yeməklərdə istifadə olunur və çox ləzzətlidir.

Mərci insanı tox edir
Mərci də başqa dənli bitkilər kimi mədədə gec həzm olunduğuna görə, insana uzun müddət toxluq hissi verər. Ona görə də insan çox yeməkdən çəkinir.

Mərci qəbizliyi aradan qaldırır
Mərci qidalı liflərlə zəngindir. Qidalı liflər bağırsaqların normal fəaliyyəti üçün olduqca vacibdir. Əgər qəbizlikdən əziyyət çəkirsinizsə, bu dənli bitkiyə etimad edə bilərsiniz. Ancaq ifrat etmək olmaz. Çünki bu dənli bitki suda həll olmadığı üçün, həzmi çətin olar. Bağırsaqlarınızı təhrik edə bilər. Bişirməmişdən əvvəl mərcini bir neçə saat suda saxlamaq daha faydalı olar.
Davamı →

Doşab

Doşab müxtəlif çeşidli meyvələrdən qaynadılaraq hazırlanmış şəkərli, qatı mayedir. Doşab, həm də bəkməz adı ilə tanınır.

Doşab təkcə iştaha artırmaq üçün deyil, həm də müalicəvi əhəmiyyətə malikdir. Sadəcə olaraq, hansı məhsuldan hazırlanmış doşabın keyfiyyəti haqqında məlumat almaqla onlardan dərman kimi necə istifadə etmək olar.

Doşab əslində çox qədimdən bəri məlum olan, amma faydası daha sonralar üzə çıxan müalicəvi effektə malik qidadır.

Çox yaxşı antioksidant olan doşab, eyni zamanda qanazlığını aradan qaldıran qidaların başında gəlir. Şəfa mənbəyi olan doşabın daha təsirli olması üçün bu şəkildə sərf etməyiniz məsləhətdir. Səhər ac qarnına bir stəkan ilıq suyun içinə 2 xörək qaşığı doşab töküb üzərinə limon sıxaraq içsəniz, bu qanazlığı və dəmir çatışmazlığına çarə olacaq.
Davamı →

Çay, yoxsa kofe?

Planetimizdə yaşayan insanları çay və qəhvə həvəskarlarına bölmək olar. Səbəb də odur ki, hər iki içkinin yaxşı dadı var və onların tərkibindəki kofein beynimizlə orqanizmimizə tonus verir.

Alimlərin yeni araşdırması hansı içkinin daha yaxşı olduğunu ortaya çıxarmaq məqsədi daşıyıb. Məlum olub ki, seçim qarşısında qaldıqda çaya üstünlük vermək yaxşıdır.

Parisdəki Jorj Pompidu adına Avropa Tibb Mərkəzinin əməkdaşları 4 il ərzində fərqli yaş qruplarından olan 131 min Fransa vətəndaşının məlumatını tədqiq ediblər. Bu zaman ərzində müşahidə olunan 95 nəfər damar xəstəlikləri ucbatından dünyalarını dəyişiblər. 632 nəfər isə fərqli səbəblərdən vəfat ediblər.

Üzərində müşahidə aparılan insanların həyat tərzlərinin araşdırılmasından sonra alimlər belə bir qənaətə gəliblər ki, hər gün çay içmək müxtəlif səbəblərdən ölüm riskini 24% azaldır. Bu amil aktiv siqaret çəkənlərdə özünü daha çox biruzə verib.

Xəstəliklərin profilaktikası nöqteyi-nəzərindən yanaşıldıqda isə mütəmadi çay içən adamlarda ürək-damar patalogiyaları riski azalıb.
Davamı →

Palamut balığının faydaları

Balıq mövsümü açıldı. Balıq sevənlər üçün sezon balığı adlanan palamutun faydaları ilə tanış olun:

— Palamutun ən ləzzətlə yeyilən vaxtı sentyabrdan başlayıb fevral ayına kimi davam edir.

— Palamutun tərkibində fosfor, sulfid və vanadiyum var.

— Çox miqdarda protein və D vitamin tərkiblidir.

— Palamut balığının tərkibindəki vitaminlər saçlarınızın güclənməsinə kömək edər.

— Çox yeyən insanların diş toxuması daha düzgün, yaxşı olur.

— Qandakı xolesterolu nizamlayır.

— Açıq yaraların qısa zamanda sağalmasına kömək edir.

— Dərini gəncləşdirir.

— Gözlərə faydalıdır. 


Davamı →