Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Çaytikanı yağı

Çaytikanı giləmeyvələrni xarici görünüşünə və müalicəvi keyfiyyətlərinə görə qızıl meyvələr adlandırırlar. Onların tərkibində çoxlu miqdarda orqanizm üçün qiymətli mikroelementlər – maqnezium, alüminium, silisium, dəmir, marqans, titan, F, E, K, P, V qrupp vitaminləri var. Karotin isə hətta yerkökündə olduğundan da artıqdır.
Çaytikanı meyvələrindən alınmış yağ da dəyərliliyinə görə heç də giləmeyvələrdən geri qalmır: o, unikal müalicəvi keyfiyyətlərə malikdir, bu baxımdan digər bitki yağları arasında analoqu olmayan müalicə vasitəsi sayıla bilər.


Ardı →

Təbii qablar

İlk qabları insana təbiət özü bəxş etmişdir. Məsələn, butulka formasını xatırladan balqabaq, palma qozaları, bambuk ağacı, nəhəng quş yumurtaları, tısbağa çanağı… bütün bunlar ibtidai insanların istifadə etdiyi əşyalar idi.
İnsan qaba oxşayan meyvələrin üzərində bir qədər işləmiş, onları qurutmuş, təsərrüfatda işlətməyə yararlı formaya salıb təkmilləşdirmişdir.
Qədim Misirdə və Mesopotamiyada butulkasayağı kududan istifadə etmişlər. Son zamanlara qədər isə Polineziya adalarında da ondan istifadə edirdilər. Afrikanın buşmenləri dəvəquşu yumurtasından qab kimi istifadə etmişlər.


Ardı →

Üzüm

Üzüm saf hava və günəş sevən bitkidir. Onun sortları çoxdur. Keçmiş Sovetlər məkanında bu sortların sayı 2000-ə çatırdı. Şərq və Avropa ölkələrində üzüm əsrlərdən bəridir ki, becərilir. Bəzi üzüm sortlarını seçmə və xüsusi qulluq yolu ilə şəkər mənbəyinə çevirmişlər. Bunlardan ən məşhuru Şərq kişmişidir. Hazırda dünya üzrə üzüm plantasiyalarının sahəsi 10 milyon hektara yaxındır.
Üzümün vətəni Ön Asiya sayılır. Bir çox ölkələrin qədim üzümçülük tarixi vardır. Səkkiz min il bundan əvvəl üzümlüklər Nil sahillərini tuturmuş. Arxeoloji qazıntılar nəticəsində İsraildə yaşı 9 min ilə çatan üzüm toxumları tapılmışdır. Qədim Babilistanda üzüm tənəyi ən yayılmış bitkilərdən sayılırdı. Cənubi Ərəbistanda iri salxımlı üzüm yetişdirmişlər. Rəvayətə görə Harun-əl-Rəşid dövründə buradan dəvə ilə hər birində nəhəng salxım yerləşən iki səbət üzüm aparmışlar.


Ardı →

Meyvələr

İnsan hələ vəhşi halda yaşayarkən meyvələri tədricən seçməyə və yığmağa başlayıb. Bu, zaman keçdikcə onun nizamlı şəkildə bağlarda yetişdirilməsinə gətirib çıxarıb. Nəticədə qədim insanın əməyi, qayğısı ilə meyvə bağları əmələ gəlib.
VI əsr Şimali Afrika şairi Luksori «Bağa tərif» adlı şerində deyir:


Bağ-şirinlikdir, qurtuluşdur, sakitlikdir,
Ruhu qüssə sıxıntılarından azad edəndir,
Canı bərkidəndir, baxışı cəlb edəndir,
Zəhməti bol səadətlə təltif edəndir,
Əkinçilərin qəlbinə sevinc verəndir.


Ardı →

Göyərti

Vəzərinin İranda geniş istifadə edilməsi barədə Elianın əsərlərində (bizim eranın II əsri) məlumat verilir. Onun vətəni İran, Orta Asiya və Yaxın Şərq sayılır.
Göyərtilər arasında vəzəri xüsusi olaraq seçilir. Onun xoş, acıtəhər səciyyəvi dadı vardır. Bu onunla izah edilir ki, tərkibində kalium, kalsium, S vitamini, karotin, yod və dəmir kimi maddələr vardır.
Avropada vəzərini ən çox Almaniyada XV əsrin ikinci yarısından etibarən geniş becərirlər. Bir vaxtlar vəzəridən sinqaya qarşı dərman bitkisi kimi istifadə edilirdi.


Ardı →

Çay içməyin qaydaları

Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır. Çay ən çox istifadə etdiyimiz içkilər sırasındadır. Amma çayı içməyin də öz qaydaları var.

Qadağa 1
Çayı acqarına içmək olmaz: Əgər çayı acqarına içsəniz, çay mədə və dalağınızı soyudacaq ki, bu da «canavarın evə girməsi» effekti yaradacaq. Çində qədimdən məsləhət görürdülər ki, "çayı boş ürəyə içməyin".

Qadağa 2
Çox isti çay içmək olmaz: qaynar çay boğazı, qida borusu və mədəni güclü stimullaşdırır. Qaynar çayın mütəmadi qəbulu bu orqanların zədələnməsinə səbəb olur. Son araşdırmalara görə, 62 dərəcədən yuxarı temperaturda mütəmadi içilən çay mədə divarını zədələyir və müxtəlif mədə xəstəliklərinə səbəb olur. Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır.
Ardı →

Qəhvə

Qəhvə (ərəbcə قهوة‎‎ qəhvə «ehtiraslandıran içki») — qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir.


Ardı →

Şəkər

Bizim işlətdiyimiz «şəkər» sözü qədim sanskrit dilindəki «sakara» sözündən əmələ gəlmişdir. Mənası «qatışdırılmış şirə» deməkdir. Şəkər qamışının vətəni Hindistan, daha dəqiq desək Himalay dağlarının ətəkləridir.
Yunan alimi Feofrasdan bizə şəkər qamışından şirin duz alınmasına dair məlumat gəlib çatmışdır.
XII-XIII əsrlərdə yaşamış yunan həkimi İ. Aktuariüs qamış balını dərmanların acılığını azaltmaq üçün tətbiq edirdi.


Ardı →

Badam südünün sağlamlığa faydaları

Badam südü suda isladılmış badamların üyüdülməsi və süzülməsi ilə hazırlanmış süd alternatividir. Bəzən ona şəkər və ya bal kimi dadlandırıcılar da əlavə edilir. Bazarda satılan badam südünün tərkibində ümumiyyətlə daha az badam və daha çox su var. Bunlardan bəziləri vitamin və minerallarla da zənginləşdirilmişdir. 100 millilitr gücləndirilmiş badam südü ümumiyyətlə 4 qram protein və 120 milliqram kalsium mövcuddur.


Davamı →

Kələm turşusunun bilmədiyiniz 6 faydası

Kələm turşusu adi mətbəx məhsulu ilə hazırlanan qida kimi görünə bilər, amma əslində onun sağlamlığınıza təsiri çox əhəmiyyətlidir. Bir çox insan bu sadə turşunun gizli faydalarından xəbərsizdir. Bu məqalədə kələm turşusunun sağlamlığınıza necə kömək edə biləcəyini ətraflı şəkildə araşdıracağıq. 


Davamı →