Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Yaşıl zeytunun faydaları

Yaşıl zeytunun faydaları:
  •  Yüksək miqdarda antioksidant tərkibli olan yaşıl zeytun, bədəndəki zərərli toksinləri bədəndən atır. Daş və qum yaranmasına mane olur.
  • Göz sağlamlığı üçün də bəzi qidalar gündəlik yeyilməlidir. Yaşıl zeytun bu qidalardandır. Görmə itkisinin qarşısını alır.
  • Tərkibindəki maddələr sayəsində qan hüceyrələrini nizamlayır. Xüsusilə, şəkər miqdarının artmasına mane olur. Şəkər xəstələrinin asanlıqla istifadə edə biləcəyi qidadır.
  • Uzun müddət toxluq hissi verdiyi üçün günlük daha az yeməyə kömək edir. Arıqlamağa kömək edir. Mədənin turşusunun artmasının qarşısını anlayaraq mədə divarının deformasiya olmasına mane olur

Davamı →

Çörəklə yeməməli olduğunuz qidalar

Alimlərin son illərdə apardığı araşdırmalar göstərir ki, çörək zərərlidir. Çünki onun tərkibində orqanizm üçün faydalı olan maddələr yoxdur. Emal olunmuş buğda unu maya ilə birləşərək, bütün faydalı xassələrini itirir, odur ki, faydalı sayıla bilməz. 

Davamı →

Hər gün badam yeməyin 4 faydası

Badam davamlı qəbul edildikdə bədənə bir çox faydası var. 

Sızanaqları azaldır
Badamlar, yüksək miqdar omeqa6 yağdan ibarətdir. Sızanaqları sağaldan və dərinin gəncləşməsinə kömək edən E vitamini və antioksidantla zəngindir.

Diabet müalicəsində faydalıdır
Aparılan araşdırmalar 2 tip diabet xəstələrinə gündəlik olaraq badam verərək fiziki vəziyyətlərini yaxşılaşdırdığı müşahidə edilmişdir.


Davamı →

Payızda immuniteti gücləndirən 5 ərzaq

Balıq
Balıq protein mənbəyidir. Eyni zamanda immunitet sistemini gücləndirməyə kömək edən vitaminlərlə zəngindir. Omeqa3-lə zəngin olması ürəyi qoruyur, pis xolestrini azaldır. Həftədə 2-3 dəfə balıq yeməyi unutmayın. Qızartmaq yerinə sobada və ya qızardaraq yeyin.

Göbələk
İmmuniteti gücləndirməsi ilə yanaşı toxluq hissi yaradır, ona görə pəhriz menularında istifadə oluna bilər. Tərkibində D vitamini olan çox az qidalardan biridir. C vitamini, fosfor, biotin kimi vitamin və minerallarla zəngindir.

İspanaq
Yaşıl yarpaqlı tərəvəz dedikdə ilk ağlımıza gələn ispanaq kalsium, maqnezium, selenium, E vitamini və C vitamini ilə zəngin olduğu üçün xəstəliklərdən qoruyur. Amma ispanağın vitamini itirməməsi üçün uzun müddət bişirməyin. 


Davamı →

Zeytun haqqında bilmədiklərimiz

Zeytun ağacı 2000 ilə qədər ömür sürür.Qədim əsatirlərə görə zeytun və göyərçin əmin -əmanlıq rəmzi kimi tanınır. Yunanlar zeytunu bilik və ağıl ağacı kimi tanımışlar. Quranda zeytun ağacına and içilir.

Yetişmiş zeytunun meyvəsi mədəni qüvvətləndirir,həzm sisteminə kömək edir,qarını yığır,iştahı və cinsi meyli artırır.Duza qoyulmuş zeytunu çox yemək olmaz,o adama yuxusuzluq gətirir,arıqladır.

Zeytun yarpağının qaynadılmış suyu qızdırmanı və qan təzyiqini aşağı salır.Yarpağın şirəsindən bətn iltihabı və qanaxma hallarında imalə kimi istifadə olunur.Zeytunun kökünü yarpağı ilə birlikdə suyunu buruna çəkmək zökəmə qarşı faydalıdır.Yetişməmiş meyvəsinin təpitməsi baş dərisinin kəpək verməsinin qarşısını alır.Meyvəsini duzlu suda bir müddət saxladıqdan sonra ,həmin su ilə dişləri və damağı möhkəmləndirmək məqsədilə qarqara edirlər.


Davamı →

Kahının inanılmaz faydaları

Kahı göyərti deyil, yarpaq tərəvəzi sayılır. Kahının müxtəlif növləri var — açıq yaşıl tünd qırmızı rənginə kimi. Kahının bütün növləri olduqca faydalıdır.

Kahı bir çox faydalı vitamin və mikroelementlərlə zəngindir. Kahıda A, B qrupu, E, PP,C karotin kimi vitaminlər, kalsium, maqnezium, kalium, fosfor və s. faydalı mikroelementlər var. Yaz aylarında insan orqanizmi avitaminozdan əziyyət çəkir. Bu vəziyyətdə kahı kimi zəngin vitamin-mineral mənbəyi bizə çox yaxşı kömək edə bilər.

Kahının tərkibində çox az məhsullarda rast gəlinən fol turşusu da var. Fol turşusu qanyaratma, sinir sistemi üçün çox vacibdir. Hamilə qadınlar üçün bu vitamin ən əsas rollardan birini oynayır. Sübut olunub ki, fol turşusu dölün sinir sistemində qusurların inkişafının qarşısını alır. Məhz bu səbəbdən qadınlara hələ hamiləliyin planlaşdırılması mərhələsində və sonra hamiləliyin ilk günündən sonuna kimi fol turşusu təyin olunur.


Davamı →

Bananın faydaları

Bananın bir çox xəstəliklərə yaxşı təsir edən bir meyvə olduğunu bilirdinizmi?
Tədqiqatlara görə, beyni gücləndirən banan sağlamlığa da çox faydalıdır. Depressiyadan tutmuş mədə qıcqırmasına qədər, qanazlığından tutmuş stressə qədər bir çox xəstəliyin müalicəsində onun əməyi əvəzedilməzdir. Bu meyvə həqiqətən də möcüzəvi bir meyvədir.

İngiltərədəki məktəblərin birində 200 şagird üzərində aparılan təcrübə zamanı


Davamı →

Almanın bilinməyən faydaları

Hər gün yeyilən almanın bədənimizə nə qədər böyük təsirləri olduğunu bilirsinizmi? Müxtəlif liflər sayəsində uzun müddət tox tutan və pəhriz zamanı yeyilən almanın faydalarını sizə təqdim edirik. 

Bir almanın verdiyi enerji 100 qramda yalnız 54 kaloridir. Bu enerji yağdan deyil, meyvə şəkəri kimi həzm edilən şəkərdən yarandığı üçün insanı kökəltməz. Alma yemək ürək və damar xəstəliklərinin yaranmasını önləyər. Xərçəng


Davamı →

Qarpız haqqında bilmədikləriniz

Qarpız — bu nəhəng giləmeyvə vətəni hesab olunan Kalaxari səhrasında insan əli dəymədən yetişir.

Qarpızın «mədəni tarixi» hələ uzaq keçmişdə Misir ehramlarında təsvir edilmişdir. Misir rəssamları öz əsərlərində qarpıza xüsusi yer ayırırdılar. Bu giləmeyvəni fironların qəbrinə qoyurdular ki, o biri dünyada onları aclıqdan qurtarsın.

Çinlilər isə bu xeyirli məhsula indiyənədək ehtiramla yanaşır, onun şərəfinə «qarpız bayramı» keçirirlər.

Yay mövsümünü və qarpızı bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür.


Davamı →

Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir.

Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?

Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A, D və E vitaminləri ilə zəngin olduğu və ondan istifadənin görmə qabiliyyətinə, dəriyə və diqqətin cəmlənməsinə müsbət təsir etdiyi deyilir.

Bundan əlavə təbii kərə yağı xüsusi qida əlavələrindən daha çox mərkəzi sinir sisteminə dəstəkləyici təsir göstərir. Hətta bəzi diyetoloqlar gündə 20 qram yağ yeyilməsinin zəruriliyini qeyd edir, bir şərtlə ki, yağ təbii olmalıdır.


Davamı →