Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Vanil

Vanil (latın dilində «vanilla») səhləb fəsiləsinə aid olan sarmaşıqlı bitki cinsidir. Vanil bitkisinin əsas vətəni Meksika sayılır. Ancaq bu bitki ən çox Madaqaskarda becərilir. Yarpaqlarının rəngi yaşıl, çiçəklərinin rəngi ağ (yaşımtıl ağ), meyvələrinin rəngi isə qəhvəyidir. Meyvələrinin uzunluğu 15 — 25 sm — ə çatır. Vanil əkildikdən sonra ilk məhsulunu təqribən 3 il sonra verir. Dünya üzrə vanilin 150 növü məlumdur. Vanil, eyni zamanda, dünyada zəfərandan sonra ən bahalı ikinci ədviyyatdır. Əvvəllər vanildən qoxu vermək üçün istifadə edilirdisə, sonralar vanildən dad vermək üçün istifadə etməyə başladılar. Vanil kalsium, natrium və ferrium minerallları ilə də zəngindir. Digər tərəfdən, vanilin tərkibində xolesterol yoxdur. Həmçinin, tərkibində şəkər olduğu üçün kalori miqdarı yüksəkdir.
Ardı →

Bitki yağları

Bitki yağlarının insan orqanizmi üçün faydalı olduğu məlumdur.Təsadüfü deyil ki, həkimlər gündəlik rasionda,yeməklərdə və salatlarda bitki yağlarından istifadə etməyi məsləhət görürlər.Zeytun,günəbaxan,qarğıdalı,soya,araxis-bunların hamısını sadalamaqla bitməz.Bəs hansılardan istifadə edək və hansılardan uzaq duraq?


Ardı →

Zeytun yağı

Zeytun Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4 — 6, nadirən 10 — 12 m hündürlükdə ağac olub, boz-yaşıl rəngli lansetvarı yarpaqlara malikdir. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.
Davamı →

Qəhvə

Qəhvə (ərəbcə قهوة‎‎ qəhvə «ehtiraslandıran içki») — qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir.


Ardı →

Duz

İnsan orqanizmi sutka ərzində orta hesabla 10 qrama qədər duz tələb edir. Duz həzm prosesi üçün ən vacib maddələrdən biridir və insan orqanizmi onu müntəzəm qəbul edir.
Bu nemət çox ehtimal ki, dəniz sahili ərazilərdə yaşayan xalqlara daş dövründən məlumdur. Çünki onu kəşf etmək üçün yalnız diqqətli müşahidə lazım idi. Ləpələr qayalara çırpılır, geri çəkiləndə qayaların koğuşunda su qalır. Bu su da buxarlanır və yerində duz kristalları parlayır. İnsan onu qaşıyıb dadına baxır, sonra da xörəklərində işlədir. Beləcə, duzun faydalı olduğu tədricən aydınlaşır və o məişətə daxil olur.


Ardı →

Xalis balı necə müəyyən etmək olar?

Bal səhər yeməyinin ən ləziz qidalarından biridir. Lakin əsl balla saxta balı bir-birindən fərqləndirməyi də bacarmaq lazımdır. Biz isə sizə əsl balı ayırmaqda kömək edərik. 
 
  • Bal soyuducuda donursa, əsl baldır. 
     
  • Balın qalınlığı çox olmalı və axanda dayanmamalıdır. Kəsik-kəsik axan bal saxtadır. Güllərdən əldə edilən bal sürətlə, digər bal isə daha yavaş axır.
     
  • Əsl balı qaşıqla alanda kəsilmir. 
     
  • Soyuducuda 1 ay qalan balın krem ya da kərə yağı qatılığa gəlməsi balın əsl olduğunun göstəricisidir. 
     
  • Qələmin ucunu bala batırın sonra barmağınıza sürtün. Rəngli yazırsa, qarışıq baldır, rəng çıxmırsa, əsl baldır. 

Ardı →

Zeytun və zeytun yağının faydaları

Zeytun Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var.
Zeytun həmişə yaşıl halda, 4 — 6, nadirən 10 — 12 m hündürlükdə ağac olub, boz-yaşıl rəngli lansetvarı yarpaqlara malikdir.

Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır. 

Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir.

Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.

Meyvələrinin lət hissəsində 70 %-ə qədər, toxumunda isə 25 — 30 % əla keyfiyyətli piyli yağ vardır. Bu yağdan həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.

Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı [revmatizm, yanıq, göz xəstəlikləri və s.], həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə edilmişdir.

Zeytun hazırda da ən qiymətli piyli yağlı bitki, eləcə də bəzək bitkisi kimi dünyanın bir sıra subtropik ölkələrində geniş miqyasda becərilir. Zeytun sənaye əhəmiyyətli bitki kimi çoxdan bəri Qara dəniz sahillərində, Krımda, Gürcüstanda geniş becərilir.


Ardı →

Göbələk


gobələkOn minlərlə növü olan göbələk zülal, dəmir, A, B, D, P və K vitaminləri, kalsium, kalium, fosfor və mis mineralları ilə zəngindir.
Göbələk immunitet sistemini qüvvətləndirərək orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, fiziki və zehni inkişafı gücləndirir, qavrama qabiliyyətini artırır, yorğunluğu aradan qaldırır. Bol miqdarda dəmir mineralına malik olan göbələk qanda xolesterolun səviyyəsini aşağı salaraq insanı ürək-damar xəstəliklərindən, həmçinin infarktdan qoruyur. Göbələyin zülal dəyəri yüksək olsa da, yağ nisbəti aşağıdır. Ona görə də pəhriz zamanı daha çox istifadə olunur. Lakin zəhərli və yeməli göbələyi ayırmaq lazımdır. Buna görə də göbələyin mütəxəssislər tərəfindən toplanması məsləhətdir.

Qeyd: Revmatizm xəstələrinə göbələk yemək tövsiyə olunmur.


Davamı →

Gil qablar və dulusçuluq

Ehtimala görə dulusçuluq, yəni gildən qablar düzəldib odda yandırmaqla onları möhkəmlətmək sənəti, qida bişirməkdən sonra meydana gəlmişdir. Bu, ağlabatan fikirdir. Səbətin və ya başqa toxunma qabın odda yanmasını, ya da onun isti su təsirindən korlanmasını müşahidə edən insan belə bir fikrə gəlir ki, toxunma qabların üzərinə gil çəksin və onu qurutsun, qab quruyandan sonra daşı xatırladacaq və odadavamlı olacaqdır. Həyat təcrübəsi göstərir ki, gildən qab formasında tutum düzəldib, onu günəş altında qurudandan sonra odda yandıranda, bu tutum möhkəm olur, onu dəfələrlə odun üstünə qoyub işlətmək olur. Beləliklə, əvvəl gil qazanlar, güvəclər və tavalar, sonra isə başqa mətbəx qabları yarandı.


Ardı →

Buğda

Yüz min illər boyu təbiətin qoynunda yaşayan insan onun yaşıl sərvətlərini müşahidə etmiş və zəngin təcrübə əldə etmişdir. İnsan bitkilər aləmində seçmə aparmış və nəticədə ən faydalı bitkilər əsasında sabit ərzaq xəzinəsi yarada bilmişdir.
Müasir dövrdə Yer kürəsinin altı milyarddan çox olan əhalisini cəmi bir neçə dənli bitkidən alınmış məhsullar dolandırır. Statistikaya görə keçən əsrin 80-ci illərinin əvvəllərində planetimizdə 1 milyard 150 milyon ton dənli bitki yığılmışdır. Bunun 450 milyon tonu buğda, 375 milyon tonu düyüdür. Adamhesabı götürsək, hər nəfərə orta hesabla 256 kiloqram dən, o cümlədən 100 kiloqram buğda və 85 kiloqram düyü düşür. Göründüyü kimi, buğda insana ən çox fayda verən dənli bitkilərin birincisidir.


Ardı →