Рейтинг
+2.26

Esse

4 üzv, 98 topik

Tənqidin tənqidi

  • Esse
Azərbaycan təfəkkür fəzasında tərifi tərif, tənqidi isə tənqid etmək tənqidə layiq sayılır. Azərbaycan kulturasında onilliklərdir ki, tərif – yaltaqlıq, qorxaqlıq, geridə qalmışlıq və mühafizəkarlıq; tənqid – ağıllılıq, cəsarət, novatorluq, mütərəqqilik kimi qəbul edilir. “Tənqidçi” olmaqlıq tərifəlayiq sayıldığı halda, dilimizdə “tərifçi” sözünün özü belə yaranmamışdır. Bu halın özü tənqidə, yoxsa tərifəlayiqdir? Tarixin dayanmadan dönən təkərini – çərxi-fələyi döndürən insani güc tənqid, hətta hegelçi inkar hesab edilirsə, deməli, istənilən tənqid və yaxud inkar indini keçmişləşdirir, gələcəyə əbəlik (mamaçalıq) edir.

Davamı →

Nyu-Yorkun mümkünsüzlüyünü sevmək

  • Esse
Bu yaxında həyatdan vaxtsız köçən Humay Quliyevanın ictimai və peşəkar fəalliyyətindən savayı yazıçılığı da var idi. İngiliscə yazırdı. Onu Amerikanın Kolumbiya Universitetində (Orhan Pamukun məzun olduğu proqramla) yazıçılıq üzrə aspiranturaya götürmüşdülər. İngilis dili ana dili olmayan birinin ora daxil olmağı böyük hünər hesab edilə bilərdi.Humay bu təhsilini yarımçıq qoyaraq Qırmızı Xaç komitəsində fəaliyyət göstərməyə başlayır.

Davamı →

Niyə və kimə yazmalı idi? Tanrıyamı? Allahamı? İnsanamı?

  • Esse
Günəşli günlərin yerini payızın ruh titrədən ecazkar əhvali-ruhiyyəsi əvəzləmişdi. Qardan əsər-əlamət olmasa da, arada burnuna qar havasının soyuqluğu dəyirdi. Əllərini cibinə qoymaq istəmirdi, ancaq barmaqları bumbuz idi. Şəhərin bozumtul küçələrində maşınlar dəlicə şütüyürdü. Ömürdəki tükənən saniyələrin tik-takları ürəyinin uğultusuna qarışmışdı. Sakitlik istəyirdi. Bunu ona da demişdi. Bir saat olardı ki, evə atmışdı özünü. Titrəməsi keçməmişdi. Boz yumşaq köynəyinin üstündən qara paltosunu geyinib divanda bardaş qurdu. Sonra bezib fikrindən döndü, çay dəmlədi.

Davamı →

Zümrüd quşunun qürub çağına məktubu

  • Esse
Elə bilirəm, sonuncu dəfə başını dizimə qoyduğun gündən 4 milyard il keçib… Yadında, sənə deyirdim, hətta 4 milyard il sonra da səni belə sevəcəm? Elə bilirəm, o müddət artıq ötüb və mən hələ də səni eyni doğmalıqla sevirəm.
Məsələn, hələ də əllərinə aşiqəm, hələ də səsini milyon səsin içindən ayıra bilərəm, hələ də sənə eyni hərarətlə sarılaram.
Hələ də əlindəki yaradan eyni məsumiyyətlə öpə bilərəm tez sağalsın deyə...

Davamı →

Oğurlanan Qərbin qaytarılması

  • Esse
Əsla mübahisəyə girişmək istəmirəm. Çünki mübahisədə hər kəs öz mövqeyini müdafiə etmək və qarşı tərəfi fikrindən döndərmək üçün çalışır. Konstantin Boqomolova qarşı mənim belə bir məqsədim yoxdur. Amma yenə də, onun məqaləsini diqqətlə (özü onu manifest adlandırır) oxuyandan sonra, bəzi şərhlər vermək istədim.

Davamı →

Vampirləşmiş Dante

  • Esse
Yeni qaz sayğaclarının havanı da hesablaması artıq sirr deyildir. Amma elə “ədəbiyyat adamları” vardır ki, onlar onillərdir yeni qaz sayğacı sistemi ilə işləyirlər; ədəbiyyat adına bütün zir-zibillərini bir yerə toplayıb, havalı-havalı yerbəyer edib, hesablayıb və nəticədə “məbləğ”i şişirdirlər: 20 kitab, 30, 32 kitab… Üstəgəl, “akademik” ovurdlarla kitablarına üfürülən əlavə “hava” – rəylər və önsözləri… Onlar da bir kitab. Oldu 33 kitab. Sözün bitdiyi yer...

Davamı →

Riyakarların səmimiyyəti

  • Esse
Ketrin Randelə və Tanrını «layihələşdirənlərə» ithaf olunur...
 
Nədənsə, aşağıdakı suallar ətrafında zaman-zaman düşünməli olmuşam:
— Nəcə olur ki, təpədən-dırnağa çirkaba bulaşmış bəzi insanlar pak, müqəddəs şəxsiyyətləri sevirlər?
— Nəyə görə əli istedadının qanına bulaşanlar öz bəşəri düşüncələrini, xarakterlərinin qurbanına çevrilmiş dahilərin vurğunudurlar?
— Səbəb nə ola ki, bəzi haramzadələr dünya malında zərrəcə gözü olmayan, nəfsi və gözü tox müdrikləri daim ehtiramla yad edirlər?
— Hansı səbəbdən bəzi suyu üfürə-üfürə içən danosbazlar əqidəsi uğrunda qurban gedən böyük cəsarət sahiblərini guya özlərinə örnək seçib, gecə-gündüz onlar haqqında yazır, yaxud da danışırlar?

Davamı →

Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar

  • Esse
Qardaşım məndən üç yaş böyük idi və hərbi xidməti də məndən üç il əvvəl bitirmişdi, amma nədənsə, müharibənin beşinci günündə ilk zəng ona gəldi. Həmin axşam, evin hansısa künc-bucağına atdığımız balaca cib telefonunu da tapıb qardaşımın sabah özüylə aparacağı şeylərin arasına qoyduq. Axşam yatmazdan əvvəl anamla atamın həyətdə asta səslə nəsə danışdıqlarını hiss elədim və anamın kövrək pıçıltısını eşitməmək üçün pillələri sürətlə qalxıb otağıma getdim. Bir az sonra qardaşım, nömrəsi çıxarılmış telefonla yanıma gəldi və axşam yuxuya getməzdən əvvəl onu necə çox istədiyimi ilk dəfə dərindən hiss edərkən gözlərim doldu.

Davamı →

Tənqid trendi

  • Esse
Bu gün “trend” sözünün ictimai fəaliyyətin müxtəlif sahələrinə aid edilməsi təbii hal kimi qarşılanır. Trend və meyllərin moda, siyasət, texnologiya, marketinq, internet şəbəkəsi, elm və s. kimi insan həyatı və aktivliyinin fərqli sferalarında təzahür tapması və bu haqqda danışılması, yazılması həm də proseslərə münasibət kimi anlaşıla bilər.
Zaman-zaman meydana gələn bir çox trendlər qarşısında cəmiyyətin reaksiyası heç də birmənalı olmamış, özlüyündə fərqli yanaşmaları əks etdirmişdir.

Davamı →

Bazar haqqında bədii-fəlsəfi esse

  • Esse
— Sən nə atılıb-düşürsən?
— O quşu tutmaq istəyirəm. Sonra onu qəfəsə salacağam, qabağına dən tökəcəyəm. Qoy, o mənim üçün nəğmə oxusun.
— Sən quşu tut, qəfəsə sal, qoy o da sənin üçün nəğmə oxusun. Mən də səni yoğun, dəmir çubuqlu qəfəsə salaram, deyərəm ki, oxu. Sən ora-bura qaçmağı xoşlayırsan, qəfəsdə daha qaça bilməyəcəksən. Hava soyuq olacaq, amma sən kölgədə qalacaqsan. Hava isti olacaq, sən günün altında bişəcəksən. Sonra biz bir bazar günü çıxıb gedəcəyik, yaddan çıxarıb sənə yem verməyəcəyik, cümə axşamından da tez qayıtmayacağıq. Qayıdanda görəcəyik ki, bizim sevimli uşağımız əl-ayağını uzadıb acından ölüb. Oğlum, nə insanın, nə heyvanın heç vaxt azadlığını əlindən alma. Azadlıq dünyanın ən böyük nemətidir. Qoy, hər kəs üşüyəndə, gündə qızına bilsin, istidə və kölgədə otura bilsin.
 (Şarl De Koster “Ulenşpigel əfsanəsi” əsərindən)

Davamı →