Tər ləkələrini aparmağın yolları

Bir çox insan qoltuq altı bölgəsinin çox tərləməsindən şikayətçi olur. Bu tərləmə adətən geyimlərdə ləkə yaranmasına səbəb olur. Bu üsullarla paltarlarınızdakı ləkələrdən xilas ola bilərsiniz.

Duz üsulu
Duz geyimlərinizdəki tər ləkələrinin qısa zamanda yox olmasına yardımçı olacaq. Tər ləkəsi olan hissəni isladın. Üzərinə bir miqdar duz əlavə edin. Duz 12 saat ləkənin üzərində qalmalıdır. Sonra bir daha isladın və duz tökün. Parçanı yavaşca ovalayın. Ardından paltaryuyan maşında yuyun. Ləkələrin getdiyini görəcəksiniz.

Sirkə üsulu
Tər ləkəsi olan geyiminizi su dolu bir vannanın içərisinə qoyun. Daha sonra vannanın içərisinə bir miqdar sirkə əlavə edin. Və geyiminizi bu qarışımın içərisinə qoyun. Bu üsulu ağ paltarlarda istifadə edərkən ehtiyatlı olun. Sirkə geyiminizi saralda bilər. Buna görə əlavə olaraq ağardıcı istifadə etməli olarsınız.

Qabyuyan maye
Qabyuyan mayelərin ən çətin ləkələri belə apardığını bilirdinizmi? Tər ləkələrində də qabyuyan mayelərdən istifadə edə bilərsiniz. Ləkənin üzərinə bir az qabyuyan maye tökün. Yavaşca ovalayın və 30 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə durulayın.
 

0 şərh