Tər ləkələrini aparmağın yolları

Bir çox insan qoltuq altı bölgəsinin çox tərləməsindən şikayətçi olur. Bu tərləmə adətən geyimlərdə ləkə yaranmasına səbəb olur. Bu üsullarla paltarlarınızdakı ləkələrdən xilas ola bilərsiniz.

Duz üsulu
Duz geyimlərinizdəki tər ləkələrinin qısa zamanda yox olmasına yardımçı olacaq. Tər ləkəsi olan hissəni isladın. Üzərinə bir miqdar duz əlavə edin. Duz 12 saat ləkənin üzərində qalmalıdır. Sonra bir daha isladın və duz tökün. Parçanı yavaşca ovalayın. Ardından paltaryuyan maşında yuyun. Ləkələrin getdiyini görəcəksiniz.
Davamı →

Tünd rəngli geyimləri belə qoruyun

Hansı yuyucu vasitədən istifadə olunsa da, qara və tünd rəngli geyimlər elə ilk yuyulmada solur. Düzdür, geyimlərin rəngini təzə, canlı tutmaq üçün bir çox kimyəvi üsul var. Təəssüf ki, bu üsullardan istifadə etmək geyimləri daha çox soldura, ya da rəngini dəyişdirə, qarışdıra bilər. Ancaq məsləhət gördüyümüz bu üsuldan istifadə etsəniz, qara paltarlarınızın rəngini qoruyarsınız.

Üsul isə çox sadədir. Sizə yalnız istiot lazım olacaq. Bəli, düz oxudunuz. Yeməklərə qatdığımız qara istiot. Qara paltarlarınızı yumadan əvvəl paltaryuyan maşına bir çay qaşığı istiot tökün. Bu, paltarlarınızın rənginin solmasına mane olacaq, təzə kimi saxlayacaq. Ancaq maşının istilik dərəcəsini mümkün qədər aşağı rejimdə qoyun.
Davamı →

Köhnə geyimləri yeni göstərən üsullar

Hər mövsüm yeni bir geyim almağa imkanınız yoxdur? Olan paltarlarınız isə köhnə və yararsız görünür? Kənara atıb, əlavə məsrəf etməyə ehtiyac yoxdur əslində. Köhnə geyimlərinizin yeni kimi görünməsinə nail ola bilərsiniz.

 Boşalmış jaketlərinizi geyinmədən 3-4 saat əvvəl dondurucuya qoyun, donu açıldıqdan sonra özünə gəldiyini görəcəksiniz. Eyni üsulu cins şalvarlar üçün də edə bilərsiniz.

Dəri ayaqqabılarınızı parıldatmaq üçün şüşə siləndən istifadə edin. Bu, onları daha yeni göstərəcək.
Davamı →

Paltara yapışan saqqızı necə təmizləməli?

Geyimdən saqqızı təmizləmək kifayət qədər asandır, axı bu problemi həll etməyə kömək edən bir çox yoxlanılmış üsul mövcuddur.

Ən sadə və etibarlı variantla geyimdən saqqızı təmizləmək, şübhəsiz, geyimin kimyəvi təmizləməyə təslim edilməsidir. Orada asanlıqla müxtəlif kimya vasitələrinin köməyi ilə geyimə ilk görünüşü qaytaracaqlar. Əlbəttə, bu “həzz” böyük maliyyə xərclərini tələb edir.
Ev üsulu vasitəsi ilə saqqızı geyimdən necə təmizləmək olar?

Qaynatma və isti hava
Əgər cins parçaya saqqız yapışdısa, onda cinsdən saqqızı qaynatma metoduyla təmizləmək olar: 100C temperaturda suya çirklənmiş cinsləri salmaq lazımdır ki, saqqız ərisin. Su soyuduqdan sonra nə vaxt ki, ora əlləri salmaq mümkün olacaq, lazımsız diş fırçası və ya bıçağı götürün və şalvarda olan saqqızı maksimum sürtməyə çalışın.
Həmçinin fenin isti havasının köməyi ilə də saqqızı yumşaldıb parçadan təmizləmək olar.

Yüksək temperatur üsulları yalnız o parçalar üçün tətbiq edilə bilər ki, bu temperatur geyimin etiketində göstərilmiş olsun.

Şaxta
Əgər kiçik batırılmış hissəni soyuducunun dondurucu kamerasına asanlıqla yerləşdirmək mümkündürsə, onda bu üsulu yoxlamaq lazımdır. Geyimi polietilen paketə yerləşdirin. Diqqət etmək lazımdır ki, saqqız paketə yapışmasın. Əgər saqqız qablaşdırma paketinə yapışırsa, onda deşik açın və dondurucu kameraya yerləşdirin. Paketi 2-3 saat soyuducuda saxlayın o vaxta kimi ki ,saqqız bərkisin. Daha sonra bıçağın və ya maqqaşın köməyi saqqızı qaşımağa çalışın. Bu elə də çətin olmalı deyil: donmuş saqqız adətən ovulur və asan qopur. Əgər batırılmış geyim çox həcmlidirsə və soyutma kamerasına yerləşmirsə, onda saqqız olan sahəyə buz kublarını qoymaq olar.

Ardı →