Genlərdə nə yazılmışdır

 Zülallarda aminturşuların ardıcıllığı DNT molekulları vasitəsilə qorunan və irsi ötürülən genlər tərəfindən kodlaşdırılır. Zülalın fəza quruluşunu aminturşuların ardıcıllğı müəyyən edir. Belə çıxır ki, zülalların nəinki birinci, həmçinin ikinci, üçüncü və dördüncü quruluşları da irsi informasiyanın məzmununu tərtib edir. Nəticə etibarilə zülalların yerinə yetirdikləri funksiyalar da genetik olaraq proqramlaşdırılmışdır. Bu funksiyaların çoxluğu zülallara haqq verir ki, onlar əsas həyat molekulları adlansın. Bu səbəbdən zülallar haqqında məlumatlar nəsildən-nəslə ötürülən qiymətsiz xəzinə hesab olunur.
 İnsanın bu üzvi birləşmələrə marağı gündən-günə artır. Bu gün artıq alimlər bir çox zülal molekulunun quruluşunu açmışlar. Alimlər həmçinin müxtəlif zülalların funksiyalarını aydınlaşdırır, quruluş və funksiya arasında asılılığı müəyyən etməyə cəhd göstərirlər.
 Analoji funksiyaları yerinə yetirən zülalların oxşar və fərqli cəhətlərinin müəyyən edilməsi, təkamülün sirlərini daha dərindən başa düşməyə imkan verir. 
 

0 şərh