Güllər sevgi, həyat rəmzidir

  • Flora

Bir çox duyğuları bir-birimizə çatdırmaq üçün çiçəklərdən, xüsusilə güllərdən  istifadə edirik. Sevgi, təəssüf və ya izhar etmək istədiyimiz digər duyğular. Çiçək və güllər insana sevinc, fərəh, inam gətirir. Güllər canlı təbiətdə insan həyatının istənilən anında onu müşayiət edən təbii gözəlliklərdir. Dünyaya  övlad bəxş edən anaları ziyarətə gələnlər arasında mütləq gül dəstəsi gətirənlər olur, xüsusi günlərdə ilk ağla gələn, məktəb həyatına ilk qədəm qoyan övladlarımızın ən müqəddəs varlıq hesab etdiyimiz müəllimlərə qiymətli hədiyyəsi də elə gül dəstəsi olur. Ad günlərində, toy mərasimlərində və nəhayət, dünya ilə vidalaşanda da bizi gül dəstələri ilə yola salırlar.

Florenville Baku - Qoy gülünüz gözəl olsun

Qədimdən bəri gül sevgi və firavanlıq simvolu sayılır. Güllər əsrlər boyu rəssam və şairlərin diqqətini çəkib və yaradıcı insanlar üçün ilham mənbəyi olub. Onlar hətta yuxuda da xoş təsirini bizdən əsirgəmir, həmin yuxu da müsbət yozulur. Bəlkə də, elə buna görə analar öz balasına laylasında belə deyirlər:

Layla dedim yatasan,
Qızıl gülə batasan.
Qızılgül bağın olsun,
Kölgəsində yatasan.

Güllərdən insana müsbət həyat enerjisi süzülür, gül adı gələndə istər-istəməz insanın əhval-ruhiyyəsi yüksəlir. Müxtəlif nemətlər düzülmüş süfrədə gül olanda insanda xoş ovqat yaranır. İnsanların həyat səviyyəsi yaxşılaşdıqca zövqlər daha da yüksəlir, təbiətə, gözəlliyə daha həssas yanaşılır. Hər kəs nemətlərin ən yaxşısına sahib olmağa can atır. Bu günün reallığı belədir...

Bakıda gül sifariş etmək üçün seçimlər çoxdur. Hər küçənin başında bir gül mağazası görmək mümkündür. Amma zövqlü, buketin içində harmoniya yaradan və çatdırılma xidmətini yaxşı edənlər azdır. Onların içində ən fərqlənəni yəqin ki, Floren Ville gül dükanıdır.

gül sifariş etmək üçün ən yaxşı çiçək mağazasıBurada baxmaqdan doymadığımız al-əlvan gülləri görəndə insan biranlıq ətraf aləmdən ayrılıb xəyallara dalır. Kuryer xidməti operativ işləyir, florist xanımın əlindən isə qayçı düşmür.
Gözəlliyi, gül-çiçəyi görmək, duymaq, ona qayğı göstərmək xoş əhval-ruhiyyənin əlamətidir. Təbii ki, mühitinə görə güllər hər ölkədə fərqli yetişir. Lakin mənası dəyişməz olaraq qalır, bəzən isə bir gülün dəyəri qiymətli daşlardan, gümüş və qızıldan da baha olur. Çünki çiçəklər həyat, sevgi rəmzi daşıyır.

Məqalədə Ramiyyə Əkbərovanın yazılarından istifadə olunub

 

0 şərh