FlorenVille Baku gül mağazası

Bakının ən yaxşı gül dükanlarından biri olan FlorenVille 2020-ci ilin fevralından yeni ünvana köçüb. Artıq Rəşid Behbudov 66C (köhnə ünvan 28) ünvana köçüb
Əvvəlki Belissimo tort mağazasının yerində, Həsənoğlu mebel salonunun yanında yerləşən bu gül dükanınn lokasiyası çox rahatdır.

Davamı →

Yeni il hədiyyəsi almaq üçün nə edək? 2019-un seçimləri

Dekabr ayının əvvəlindən hamını bir sual düşündürür: yeni il hədiyyəsi üçün nə seçməli?
Sual cavabını tapmaq həm çətindir, həm də asan. Gərək elə bir hədiyyə alasan ki, o universal olsun, mənfi emosiya yaratmasın və insan ona baxan kimi dərhal sevinsin.
Məsələn, bir evdar qadına siz blender yaxud qazan dəsti almaq mümkündür. Amma, bir məsələ var. Hədiyyə nə qədər həmin xanıma faydalı, mətbəxi üçün çox gərəkli əşya olsa da, ona baxanda ilk anda pozitiv enerji tez yaranmır.
Gərək hədiyyə elə olsun ki, o dərhal, anındaca xoş emosiyalar oyatsın. Loru dildə desək, “bezotkaznı” variant lazımdır.
Davamı →

Güllər sevgi, həyat rəmzidir

  • Flora

Bir çox duyğuları bir-birimizə çatdırmaq üçün çiçəklərdən, xüsusilə güllərdən  istifadə edirik. Sevgi, təəssüf və ya izhar etmək istədiyimiz digər duyğular. Çiçək və güllər insana sevinc, fərəh, inam gətirir. Güllər canlı təbiətdə insan həyatının istənilən anında onu müşayiət edən təbii gözəlliklərdir. Dünyaya  övlad bəxş edən anaları ziyarətə gələnlər arasında mütləq gül dəstəsi gətirənlər olur, xüsusi günlərdə ilk ağla gələn, məktəb həyatına ilk qədəm qoyan övladlarımızın ən müqəddəs varlıq hesab etdiyimiz müəllimlərə qiymətli hədiyyəsi də elə gül dəstəsi olur. Ad günlərində, toy mərasimlərində və nəhayət, dünya ilə vidalaşanda da bizi gül dəstələri ilə yola salırlar.


Davamı →