Рейтинг
+136.60

Fotosessiya

88 üzv, 354 topik

Dünyanın ən hündür «Yolka»ları

Yeni illə əlaqədar dünyanın əksər ölkələrində «Yeni il» atributu olan «Yoka» ağacları qurulur. Ən hündür küknar ağacı San-Pauloda, 58 metr hündürlüyündə qurulur.

1. Nyu-York
Hər il “Rokfeller”göydələninin yanında ABŞ-ın əsas küknar ağacı qurulur. İlk dəfə 1931-ci ildə küknar ağacı qurulub: binanı tikən fəhlələr böyük “yolka” qoyub onu girlyandalarla bəzəyib. Məkan əvvəlki kimidir, amma, küknar ağacı nəzərə çarpacaq qədər dəyişib, gözəlləşib. İndi o 23 metr hündürlüyündədir. Onun zirvəsində “Svarovski” ustaları tərəfindən 2009-cu ildə düzəldilmiş büllur dayanıb. Bundan başqa ağacı ənənəvi olaraq mələklər bəzəyir. “Yolka” yanvarın 7-ə kimi dayanacaq, daha sonra gələn il üçün yığışdırılacaq.


Ardı →

Yeni il şamları

Siz də yeni il şamlarından ilham ala, evinizdə xoş aura yarada bilərsiniz. Sevgilinizə, ya da həyat yoldaşınıza gözəl süfrə hazırlaya bilərsiniz. Romantik axşam yeməyi düşünürsünüzsə, dekorativ şamlarla süfrəyə gözəllik qatın. Süfrənin kənarlarına yeni il bəzəkləri, at fiquru da qoya bilərsiniz. Amma şamlarla çox ehtiyatlı olun ki, eviniz alışıb-yanmasın. 

Ardı →

Yeni il oyuncaqları

Hər dekabr, yeni il bayramı ərəfəsində bizim qarşımızda bir məsələ durur. Yeni il ağacını trendlərə uyğun necə bəzəməli? Amma bu il bəxtimiz gətirdi. Belə ki, dizaynerlərin arzusu ilə çin təqvimi üst-üstə düşdü. Təbii materialdan hazırlanan at fiqurları, ulduzlar, şaxtababa və başqa oyuncaqlar dəbə mindi.
2014-cü il at ili olduğuna görə, Milad bayramında ən çox at fiqurları aktualdır. Böyük at fiqurlarını isə yeni il ağacının altına qoymaq olar. Xeyirxahlıq nişanı olan at fiqurları gələn il sizə uğur gətirəcəyinə dair zəmanət verir.
Hansı və nə cür bəzəklər istifadə etməyinizdən asılı olmayaraq, ağ, mavi, yaşıl, boz və bənövşəyi rəngləri qarışdırmağı unutmayın.
Davamı →

Venqen möcüzələr aləmində

Fotoqraf övladını şirin xəyallar aləmində təsvir edib. Görəsən, körpələr yuxu görürmü və yuxularda nə görürlər? 3 uşaq anası olan Kuini Liao əmindir ki, körpələr də yuxu görür. Fotoqrafın oğlu yuxuya gedən kimi anası oyuncaqlardan nağıllar aləmi düzəldir.
Bu foto layihənin adı «Venqen möcüzələr aləmində» adlanır. Ananın fantaziyası isə sadəcə heyran edir.


Ardı →

2013-ci ilin ən yaxşı memarlıq layihələri

Ən yaxşı yaşayış binası
«Yaşayış üçün» ən maraqlı layihə Amerikanın Bureau Koning Eizenberg memarlıq şirkəti tərəfindən inşa olundu. Bina Nyu-Yorkda 28th Street-də yerləşir. Bina olduqca köhnə rayonda yerləşir, amma memarlar kreativlikdən istifadə edib bu çətin vəziyyətdən çıxa bildilər.


Ardı →

Yeni il həyəcanı

Yeni ildə bütün şəhərlər belə bəzədilməlidir.

Dekabrın əvvəlindən yanvarın sonuna qədər dünyanın əksər şəhərləri xüsusilə gözəlləşir.

Yeni il bayramı münasibətilə küçələr bəzədilir, milad abı- havası yaradılır, yeni ilin gələcəyi hər yerdə hökm sürür və havadan möcüzə qoxusu gəlir.

Bayram çılçıraqları şəhərin simasını dəyişdirir və sanki sakinlər nağıllar dünyasında yaşayır.


Ardı →

Kirsti Mitçel - "Möcüzələr ölkəsi" adlı layihəsi

Fotoqraf, dizayner və model ibarət  maraqlı layihə hazırlayıb. Bu layihə həqiqətən də qəribə, müəmmalarla dolu əsl mistikadır. Britaniyalı fotoqraf Kirsti Mitçel layhəni 2009-cu ildən başlayıb və üzərində 3 ildən çox işləyib

Kirsti incəsənəti həyatının ayrılmaz hissəsi adlandırır. Qeyri-adi istedada malik olan qız öz ideayalarını həyata keçirmək üçün əlindən gələni edir. «Layihəni anam öləndən 7 ay sonra başladım, fotolar həyatımın dönüş nöqtəsi idi. İlk dəfə idi ki, hər şeyi bir arada cəmləşdirməyə çalışmışdım. Geyimlər, dizayn, fon mənim incəsənətə, kinoya və İngiltərənin təbiətinə olan sevgimi əks etdirir. Fotolar maraq dairəm, uşaqlıq xatrələrim və anamın mənə danışdığı nağıllar əsasında hazırlanıb».


Ardı →

Dünyanın ən bahalı qida məhsulları

Dondurma
Dünyanın ən bahalı deserti Nyu-Yorkun «Serendipity 3» restoranında verilir. Qızıl və almazlarla bəzədilmiş qabda masaya verilən, içində yeməli qızıl parçaları olan dondurma bu restoranda 25 min dollar dəyərindədir. Yeri gəlmişkən, dondurmanı yeyən müştəri bəzədilmiş bahalı qabı özü ilə apara bilər. 
 
Ardı →