Рейтинг
+136.60

Fotosessiya

88 üzv, 354 topik

Ellen Jevettin mifik dünyası.

Heykəllər ilə sehrli canlılar. Müxtəlif heyvanların bədən hissələri bir yerdə ki, irreal heyvanlar. Ellen Jewett, self -tədris heykəltəraşdır. O, özünün butün qəribə heyvanlarını  köpük core, polimer gil, soyuq çini istifadə edərək yaradır. Onun incəsənəti orijinal, qeyri-adi və konseptualdır.


Ardı →

Pişiklər dünyanı belə görür

Bir çoxlarımız pişiklərin dünyaya necə baxdığını bilmək istəmişik. Sən demə onlar demək olar ki, bizim gördüklərimizi, bəzən isə bizdən də yaxşı görürlər. Onlar  binokulyar görmə qabiliyyətinə malikdirlər və dünyanı 3 ölçülü qəbul edə bilirlər. İnsanların görmə arealı 180 dərəcə olduğu halda, pişiklərdə bu göstərici 200-dür.

Sadəcə bu heyvanlar uzağı görmürlər, onlar yüz metr uzaqda olanlara adətən fikir vermirlər. Pişiklər ən yaxşı göy və yaşıl rəngi seçirlər, qırmızı, narıncı və qəhvəyi rənglə isə onların problemləri var: bu rəngləri  boz, yaxud bənövşəyi kimi qəbul edirlər.

Rəssam Nikolay Lam Heyvanların Görməsi Klinikasının mütəxəssisləri və aparıcı oftalmoloqlarla məsləhətləşəndən sonra, yuxarıdakı bilgilərdən yararlanaraq hazırladığı fotoları dərc edib.

Dünyaya pişiklərin gözü ilə baxmaq istəyənlər buyurun bir yerdə baxaq.


Ardı →

Trini Şultz- sirli fotoları

Kaliforniyalı fotoqraf Trini Şultz  (Trini Shultz) öz kamersının obyektivi vasitəsi ilə mistik və

bəzən romantik portretlər yaratmaqla yeni aləmi təcrübədən kecirir.Hansı ki, burda sanki zaman dayanır. 


Ardı →

Armani Hotel

Bu möhtəşəm otel Dubayın yeni simvoluna çevrilmiş Burj Khalifa göydələninin 11 mərtəbəsini əhatə edir. Otelin dizaynı Corcio Armani tərəfindən hazırlanmışdır. Heyrətamiz otel müştərilərinin xidmətinə lüks spa-salon təqdim edir və Dubai Mall ticarət mərkəzinin çox yaxınlığında yerləşir.

Armani Dubai otelində yerləşən 7 restoranın hər birində ləziz mətbəx nümunələri təqdim olunur. Armani Hashi restoranında yapon mətbəxi müasir interpretasiyada təqdim olunur. Məşhur Armani Privé restoranında isə yerli və əcnəbi dj-lərə rast gəlmək mümkündür.

Otelin qonağı olan müştərilər Burj Khalifa göydələninin müşahidə ərazisini gəzə bilərlər. Dubayın beynəlxalq hava limanı isə oteldən 20 dəqiqəlik məsafədə yerləşir.


Ardı →