İ hərfi ilə başlayan fəlsəfə terminləri

İDEYA — Məna, əhəmiyyət və mahiyyəti ifadə edən, təfəkkür və varlıq kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin.

İDEAL — həqiqətdə real əsası olmayıb, ancaq düşüncədə qurulan, dizayn edilən şey. Yaxud da düşüncə ilə qavranıla bilən. İdeallıq isə obyektiv həqiqəti olan varlığın qarşısında ideal yaxud da qurulan bir varlıq anlayışıdır. İdeal sözü bəzən oxşarı-bənzəri olmayan, öz cinsində tam mükəmməl olan, hər şeyi yerli-yerində olan mənasını da ifadə etməkdədir. İdeal, hər hansı sosial qrupun səy və fəaliyyətinin son məqsədi, ən mükəmməl ictimai quruluş haqqında həmin sosial qrupun iqtisadi və sosial qrupun ictimai sosial mənafelərinə uyğun gələn təsəvvür.

İDEALIZM — fikirçilik-təsəvvürçülük: ideallıq, bir ideyaya bağlanmış olan və bu ideyadan fayda güdmədən bağlı qalan, düşüncənin əsl həqiqət olduğunu, bütün gerçəklərin əsası olduğunu, maddənin və əşyanın, zehin və düşüncənin bir məhsulundan ibarət olduğunu irəli sürən fəlsəfi bir baxımdır. İdealizm — fəlsəfi cərəyandır. İdealizm ruhi olanın, qeyri-maddinin birinciliyi və maddi olanın ikinciliyi prinsipindən çıxış edir ki, bu da onu aləmin zamanca və məkanca sonlu olması və Allah tərəfindən yaradılması haqqında dini ehkamlara yaxınlaşdırır.

İDOLA -  F.Bekonun —Yeni orqanon əsərində istifadə etdiyi anlam. Insanın təbiətində yerləşən yaxud da sonradan qaznılmış olan və əsl biliyə mane olan prinsiplər.

İMAN — Bir şeyi etimadla doğru qəbul etmə halı; bu mənada; kifayət qədər vacibliyi olmayan; dəqiq olmayan bir şeyi doğru qəbul etmək; əqllə ümumi bir dəqiqlik aparmadan başqasının şahidliyi üstündə qurulan, sübutları olmadan, amma heç bir şübhə duymadan təsdiq etmək. Səmavi dinlərdə (yəhudilik, xristianlıq, islam və s.) iman Allaha ona heç bir varlığı şərik qoşmadan yaradıcı olduğuna, hər şeyi idarə etdiyinə, mütləq həqiqət, mütləq yaxşı olduğuna, əzəli — əbədi olduğuna inanmaqdır. Tanrının varlığı ilə birlikdə səmavi dinlərdə iman əsasları da mövcuddur. Onlardan peyğəmbərliyə, axirət dünyasının mövcudluğuna, qəzavü-qədərə, mələklərə, kitablara imanı sadalamaq mümkündür. Bunlar səmavi dinlərin bütövlükdə mahiyyətini təşkil edir. Sözün kök ərəbədə —əmənə” sadə felidir.
Buradan təmin, təminat, əmanət, əmin sözləri də törəmişdir.

IMMANENT — Allahı aləmin içində, aləmlə birlikdə qəbul edən fəlsəfi görüş.

IMMATERYALIZM — qeyri-maddilik. Materi-alizmin ziddi olan bu görüş, aləmin öz-özünə təsəvvürlərimiz və fikirlərimiz xaricində bir həqiqəti olmadığını irəli sürür. Kök olaraq ingiliscədəki im+materia+ism formasındadır. Sözün kökünün əvvəlinə -im prefiksi və sonuna da -ism sufiksi artırılmışdır.

IMPERATIV — prinsip, şərt, əmr. Kanta görə fərdi ideyaların [maxim] qarşısına qoyulan obyektiv keçərli və hər hansı bir fəaliyyətin vacibliyini dilə gətirən əxlaqi prinsip. İmperativlər iki cür olur. Qəti imperativlər və qəti olmayan imperativlər.

IMZA — bir başqa şeyi göstərən, bir şeyi anladan, dilə gətirən şey, idrak ediliyi zaman əslində başqa bir məfhumu xəyalımızda canlandıran şey. Misal üçün dini — fəlsəfi ədəbiyyatda —gördüyümüz və var olduğunu bildiyimiz hər şey Tanrının imzasıdır.” cümləsilə çox qarşılaşırıq.

INDETERMINIZM - qeyri-müəyyənlik, determinizmin ziddi olan bir fəlsəfi görüşdür.1. Ümumi olaraq səbəbiyyət qaydasına bağlı olmayaraq bir səbəbə bağlı olmayan hadisə və vəziyyətlərin də mövcudluğunu irəli sürən görüş. 2. Xüsusi olaraq isə əxlaq fəlsəfəsində insan istəyinin heç bir qeydə — şərtə bağlı olmadığını, içində olduğu şərtlərlə müəyyənləşmədiyini, insanın müstəqil səbəbiyyət qaydasına bağlı olmadığını iddia edən görüş. İndeterminizmin kökü əslində —determine” kəlməsidir, kəlmənin əvvəlinə sözə inkarlıq verən -in prefiksi, axırına da konsepsiyaları, nəzəriyyələri ifadə edən -ism sufiksi artırılmışdır.

İNDİVİDUALİZM — Ümumiyyətlə hamıya olmayıb əslində tək şəxsə üstünlük verən və ona istinad edən görüş, düşüncə şəklidir. İndividualizm bəzən insanın özünün görüşlərinə istinad etməsi təmayülünə də deyilir. Metodologiyada tarixi və ictimai hadisələrin açıqlanmasını şəxsin mənəvi dünyagörüşünə əsaslandıran görüş hesab edilir. Individualizə etmə, yəni fərdiləşdirmə isə ümumi deyildə olanı şəxsi vəziyyətə çevirmə fəaliyyətinə deyilir.

İNFORMASİYA — Komputerə daxil edilən, onda saxlanılan yaxud istehsal olunan bilik, məlumat. Mənşəcə ingilis sözüdür. Sözün kökü form, in — prefiks, tion isə sufiksdir. Inform hərfi tərcümədə məlumat, informasiya anlamına gəlməkdədir. Dilimizdə məlumat sözü çox geniş işlənməkdədir, ərəbcədən keçmişdir. İnformasiya sözü isə daha müasirdir. İnformasiya ifadə formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür (biz bunu informasiya texnologiyası kimi komputerdə həyata keçiririk). İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir.

İNNEİZM — fitrətçilik: Sonradan qazanılmış olanın ziddi olan, yəni fitri doğuştan olan. İnsanda xarakterik xüsusiyyətlərin fitrətdən onunla bərabər doğulmasına, nəsli xüsusiyyətlərin qabardılmasına istiqamətlənmiş fikirlər, iddialar inneizmin əsas mahiyyətini təşkil edir. Bu səpkidə misal üçün, filosoflar insanda fitrətdən onun mahiyyətində olan Allah axtarıcılıq ideyasını göstərirlər. Çünki insanda Allahı axtarıb tapmaq, ona itaət — ibadət etmək ideyası anadangəlmədir.

İNTELLEKTUALİZM — zehniyyət: Prinsip olaraq hər şeyin zəkaya, zehni ünsürlərə bağlanacağını, onlarla əlaqələndiriləcəyini qəbul və iddia edən fəlsəfi görüş. Dilimizdə intellektual sözünün əvəzinə daha çox ziyalı ifadəsi işlənir. İntellektualizmi isə daha çox ziyalılıq sözüilə əvəz etmək mümkündür. Bundan başqa müasir dönəmdə zəka sözü, ağıl, dünyagörüşü sözlərini daha çox dilimizə yeni transfer edən intellekt termini işlənməkdədir.

İNTUİSİYA — nəyinsə qəflətən açılması, bir əlaqənin birdən, birbaşa vasitəsiz kəşf edilməsi, yaxalanması. İntuisiya insandan əslində hisslərin fövqündə olan bir qabiliyyət tələb edir, çünki bəzən bəzi şeyləri duymaq və hiss edib qavramaq üçün intuisiyaya əsaslanmaq lazım gəlir. İntuisiya vasitəsiz qavramaq, ani olaraq başa düşmək, bir şeyin daxilini birbaşa görmək, həqiqəti bilavasitə anlamaq, dərk etmək qabiliyyəti kimi də xarakterizə etmək olar. İntuitiv [alm. Intuitiv; fr. Intuitif; ing. intuitive] isə hər şeyi bir anda ələ keçirməyə, qavramağa istiqamətlənən düşüncə tərzidir. İntuitivizm — imperializm dövrünün burjua fəlsəfəsində geniş yayılmış idealist cərəyan.

İNTUİSYONİZM — intuitizmə əql, mənalı düşüncə qarşısında üstünlük verən, intuisi-yanı biliyin, xüsusilə də fəlsəfi biliyin əsası olaraq görən təlim. Müşahidəçilik, həds məsləyi. Bir münasəbətin birdən və birbaşa kəşfedilməsi mənasına gələn intuisiya, elmin vasitəsilə olan zəka və ağıldan əlavə olaraq bilmə qabiliyyti olan sezgi və obyektlərə, həqiqətin özünə və mütləq surətdə vara biləcəyini irəli sürür. Kəlmənin kökü intuisiyadan qaynaqlanır. İntuisionizm həm də riyaziyyatın fəlsəfi əsasını təşkil edən cərəyanlardan biridir.

İNSAN — əqli olan canlı varlıq. Bir tərəfdən canlı varlıqlar, heyvanlar aləminin bir üzvü, növü. Digər tərəfdən isə onu keçən bir varlıq, qamətli yürüyən, əllərindən istifadə edən, beyni, kəlləsi xüsusi formada inkişaf etmiş olan, xüsusiləşmiş orqanları olmayan, ətrafını dəyişdirə bilən, dünyaya və kainata açıq olan, danışan və yaradıcı düşünmə qabiliyyəti olan, təcrübə dünyasını aşa bilən, özünün və kainatın şüuruna vaqif olan, əməllərindən məsul tutulan sosial varlıq. İnsan sözü bir termin kimi dilimizə ərəbcədən keçmişdir. Lakin indi çox geniş istifadə hüququna malikdir. İnsan sözü orijinalda —nəsiyə” (^^j) felinin “ənsə” formasında (^1) IV babda məsdəri olduğunu iddia edənlər vardır. Bu anlamda —insan” sözünün hərfi mənası unudan, unutqan demək olur. Lakin bu iddia yalnışdır. Çünki insan sözü əslində “ənisə” (^) felindən əmələ gəlmişdir. —Ənisə” sözünün hərfi mənası isə səmimi olmaq, cana yaxın olmaq, sosial olmaq, ictimailəşmək deməkdir. İnsan sözü isə bu felin məsdəridir, nisbi sifətdir — humanist, bəşəri anlamlarına gəlir.

İNSTRUMENTALİZM — Düşünmə formalarının, qaydaların, məntiq və əxlaq formalarının yalnız həyatın müxtəlif şərtlərinə uyğun əmələ gəlmə vasitələri Amerika filosofu Dyuinin və davamçılarının subyektiv-idealist təlimi.

İSTİNBAT — Bir hökümdən başqa bir höküm çıxarmaq. Hərfi anlamda “nəbata” (ijj) su çıxartmaq, yetirmək mənalarını verir. İstinbat — nədənsə nəyi çıxartmaq, doğurmaq anlamlarını verir. Amma sözün mahiyyətində olan kəşf etmək, çıxartmaq anlamı əslində asanlıqla görülməyən, bilinməyən nəyisə fərqləndirmək, tapıb ortaya çıxartmaq üçün işlədilir. İstinbat orta əsrlər İslam bölgəsi fəlsəfəsində filosofların ən çox baş vurduqları metoldoloji üsula uyğun gəlir. Nəzəri metodoloji sistem olaraq deduksiyaya uyğun gəlir.

İSTİYAA — Allahın canlılarda yaratdığı və canlının özüylə əməllərinin iradi və ixtiyari olaraq işlədiyi şeydir. Şərq peripatetiklərinin fəlsəfi traktatlarında rats gəlinən fəlsəfi termindir.

İŞRAQ — kəşf, işıqlanma, nurlanma, ilham gəlmə. Günəşin doğması [işraq] necə əşyanın görülməsini mümkünləşdirirsə, mənəvi bir kəşf, ilham və ya müşahidə olan İşraq ilə də insan bir cox bacarıq və məlumatı əldə edər. İşraq fəlsəfəsinin Şərq fəlsəfəsində banisi İbn Sina hesab olunsa da, Seyid Yəhya Sührəvərdi əl-Məqtul işraqi filosof kimi dünyada tanınmış və bütün fəlsəfəsini bu yöndə qurmuş, özünəməxsus şəkildə əsaslandırmışdır. İşraq termini ərəbcə işıqlanma, nurlanma, ziyalanma, qəlbinə nur doğma kimi tərcümə edilə bilər. Dilimizdə günçıxan anlamına gələn cəhət adı, Şərq də bu kökdəndir.

İZAFİ — nisbi, qeyri-mütləq, əlavə. Mütləq [absolut] sözünün bəzi mənalarının müqabilidir. İzafi sözü dilimizdə əlavə kimi də mənalandırılır.

İCTİHAD — ciddi-vəhd var gücü ilə çalışmaq səy göstərmək dinin əsaslarını bilən din alimlərinin, qazilərin dinin əsasları olan Qurani Kərimə və peyğəmbər hədislərinə əsaslanaraq şəriətə aid məsələlər haqqında hökm çıxarmaları, yaxud bu yolda səy göstərmələri. İctihad sözü dini — fəlsəfi termin kimi bölgənin islamı qəbul etməsindən sonra dilimizdə daxil olmuşdur. Daha çox məhdud çevrədə işlənməkdədir. Müctəhid, cihad da bu kökdəndir.

İFRAT — daha çox, həddindən artıq, lazımi səviyyədən çox. Sözün kökündə ərəbcədə —fərd” kəlməsi mövcuddur. İfrat sözünün sonundakı d t əvəzlənməsi dilimizin özünəməxsusluğundan irəli gəlir. Bu kökdən münfərid, təfrit sözləri də əmələ gəlmişdir.

İLHAM — Ezoterik bilik növlərindən biri olub, Allah-təala tərəfindən insanların qəlbinə bir hissin doğması, ona bir xeyirin gəlməsi, vəcdin doğmasıdır. İlham dilimizdə geniş sferada işlənməkdədir. Bəzən şairlər şeir yazma ərəfəsində özlərinə qaibdən gələn yüksək entuzaist halın gəlməsini gözlərlər. Bu əsnada onlarda yüksək poetiik əhval-ruhiyyə yaranır və şeir yazarlar. İlham bəzən problemli bir iş əsnasında problemin həll olunması üçün ağıla anidən gələn fikrə, ideyaya da deyilir. İlham yalnız və yalnız şəxsi təcrübələr əsasında açıqlana, izah edilə bilər. Çünki ilhamlar ümumi eksperiment kimi təkrarən sınaqdan keçirilə bilməz.

İNZAR — ortaya çıxma, görünmə. Terminin kökü ərəbcədə nəzərə üç hərfli felidir. Dilimizdə çox işlətdiyimiz nəzər sözü də bu kökdəndir.

İNQİLAB — 1. Daimi ictimai sistemi dəyişdirmə və yenidən formalaşdırma; yavaş inkişafda olan dünyanın ziddinə ictimai həyatda və siyasi vəziyyətdə birdən birə həyata keçən köklü və əsaslı bir dəyişmə. 2. Dünya görüşündə, fəlsəfədə, elmdə, sənətdə və sairlərin fikrində olan dəyişikliklər, köhnəlmiş olanı yenisi ilə əvəz etmək, çevriliş. Fel ərəbcədən keçmə termindir.

İQTİDA — uymaq, tabe olmaq, dini — fəlsəfi terminologiyada hər hansı bir müctəhidin, yaxud məzhəb şeyxinin dini əqidəsinə uymaq və bundan irəli gələn qanun qaydalara əməl etmək. İqtida edənlərə isə —müqtədi” deyilməkdədir.

İRŞAD — dorğu yolu tapmaq, hidayətə çatmaq deməkdir. Bəzən dini terminologiyada müsəlman olmaq, imanlı olmaq yaxud pis vərdişlərdən çəkinmək mənasını ifadə edən —irşad olunmaq” sözündən də istifadə olunur. İrşad olunan adama isə mürşid deyilir. Sufi ədəbiyyatında geniş çərçivədə rast gəldiyimiz mürid — mürşid sistemi də bununla bağlıdır. Mürid sanki müəllim, mürşid isə şagirddir. Təsəvvüf təlimində mürşidlər öz müəllimlərindən sözü gedən təlimi əxz edənlərdir.

İSTİDLAL — dəlil çıxartmaq, elmi prinsiplərə əsaslanaraq elmi nəticələrə gəlmək. Sözün kök kərflərini dəl və ləm hərfləri təşkil edir. Dəllə feli ərəb dilində son hərfi təkrar olunan şəddəli fellər qrupuna aiddir. Dilimizdə geniş işlətdiyimiz dəlil və dəlalət sözü də burdan əmələ gəlmişdir. İstidlal fəlsəfi termin kimi islam mədəni bölgəsi fəlsəfəsinin dilində geniş rast gəlinir.

İTKİ — itmək, in-içərisində, qarşı, doğru; osm. tr. əs.tr. ilca; ər. *t?Jl] — insanı bir şüur cəhdi lazım gəlmədən yaşama cəhdinə yönəldən, onu özlüyündən fəaliyyətə sürükləyən, tətbiq etmə sahəsini genişləndirən ruhi qüvvələr üçün də istifadə olunur. Kök olaraq əski türkcədən günümüzə qədər gəlmişdir.

İXLAS — imanın forması, ixlaq, qurtulma, pisliklərdən arınma. Öz imanına heç nəyi qarışdırmamaq, bidət yollara və vasitələrə baş vurmamaq, riyakarlıq etmədən, özünü göstərmədən, səmimi qəlbdən inanmaq.

İXTİLAF — mübahisə, yaxud fikirlərin bir-birinə zidd olması. Hər hansı dini məsələdə fikir ayrılıqlarından doğan məsələ və problem.

İXTİYARİ — iradənin istək və arzusuna uyğun olaraq.

İZHAR — təzahür, biruzə vermək, ortaya çıxmaq. Aşkar etmə, meydanaçıxarma, göstərmə, bəlli etmə, bildirmə. Bəlli, aydın, məlum. Bir gülüzlü nigar,sərvi-xoşrəftar; Cümlə xalqa izhar eyləmək — yəni bütün aləmə car çəkmək.

İBADİLİK |ər.Sj-^' ] — İbadiyyə. xaricilikdə ən mötədil təriqət. Həzrət — i Əli zamanında ortaya çıxan Xaricilərin bir qoludur. Qurucusu, Abdullah bin İbad'dır. Bu səbəblə bu adı qəbul etmişlər. Bu adla bərabər, "özlərini Allaha satanlar" mənasında sifət, Əhlül'Adl vəl- İstiqamət adlarını da istifadə edirlər. Abdullah bin İbad, Həzrət -i Əli, Həzrət — i Müaviyə ilə, hakim etmək surətiylə razılaşdığı üçün, həzrət- i Əlidən ayrıldı. Trablusgarb'a getdi. Orada İbadiyye firqəsini qurdu. İbadiyyənin qurucusu haqqında dəqiq bir məlumat yoxdur. İbadilər də, onu yalnız təriqətin qurucusu, imamı olaraq tanımaqdadır. Onun, 64 (M.683) ilində İbn-i Zübeyrə kömək etmək üçün Mədinə müdafiəsinə qatıldığı və Əməvi məmurları ilə və xüsusən Əbdülməlik min Mərvan ilə 65-86 (M. 685-705 ) dostluq münasibətləri qurmağa çalışdığı bildirilir. Hazırda siyasi gücü qalmamış olan İbadiyyə firqəsinin, Ərəb Yarımadasının bəzi bölgələrində, Oman, Liviya, Madaqaskar, Cəbri adası və Şimali Afrika ölkələrində mənsubları var.

İDENTİFİKASİYA [identificare — eyniləşdirmək] identikləş-irmə — müəyyən əlamətləır əsasında müxtəlif obyektlərin eyniyyətinin müəyyən edilməsi.

İDEOLOGİYA — siyasi, hüquqi, əxlaqi, estetik, dini-fəlsəfi baxışlar və ideyalar sistemi.

İDRAK [alm. Warnehmnung; fr. Perception; lat. Perceptio, trk.alqı; ər. ^L>J)]- nəyəsə diqqəti yönəldib, onun mahiyyətinə varmaq; nəyinsə şüurlu surətdə fərqinə varmaqdır. İnsanların yaradıcılıq fəaliyyətinin ictimai-tarixi prosesi; bilikləri formalaşdırır və bunların əsasında insanın hərəkətlərinin məqsədləri və motivləri meydana gəlir.

İDİ -  1- Tanrı, Rəbb, sahib, əfəndi 2- Tanrısal, Tanrıdan gelen, mübarek, kutlu.

İDİKUT — Kut sahibi, Tanrıdan gələn, Tanrıya yaxın, Tanrıya bənzər, Tanrı tərəfindən məsul tutulmuş və s. anlamları ehtiva edən ve Uygur kağanlarının böyük əksəriyyətinin istifadə edildiyi bir unvan.

İZAH — insanın idrakının, xüsusilə elmi tədqiqatın öyrənilən obyektin mahiyyətinin aşkara çıxarılmasından ibarət çox mühüm funksiyası və [və müvafiq sürətdə elmi tədqiqatın bu funksiyanın yerinə yetirildiyi mərhələsi.

İZOMORFİZM — obyektlərin strukturları arasındakı uyğunluğu xarakterize edən anlayışlar.

İYERARXİYA — çoxsəviyyəli mürəkkəb sistemlərdə struktur münasibətlərin şaquli xətt üzrə ayrı-ayrı səviyyələr arasındakı qarşılıqlı əlaqələrin nizamlılığı, mütəşəkkilliyi ilə səciyyələnən tipi.

İLLUZİYA — gerçəkliyin təhrif olunmuş qavranılması. İllüziya göz aldadıcı, olanı həqiqət kimi göstərməkdir. Gerçək bir obyektin duyğular üzərindəki hadisəni səhv dəyərləndirilməsidir."İllüziya" latın sözüdür, mənası —yanlış təsəvvür” deməkdir. İllüziya ilə məşğul olana illüzionist deyiirlər. Dilimizdə bu temrin sehrbazlıq kimi da işlədilir.İllüzionist beynəlxalq termindir və dünyanın bütün ölkələrində bu cür qəbul olunur. Bir aldadıcı haqqında əvvəlcədən məlumatımız olsa belə heçnə dəyişmir, çünki gözlər yenə aldanır.

İLHAM — insanın müxtəlif növ yaradıcılıq fəaliyyəti göstərməsi üçün xüsusi əlverişli olan halı. Ezoterik bilik növlərindən biridir. Bu sözün ərəbcədən istilahi mənası —bir şeyi ani olaraq qəbul etmək” mənasında olub, termin olaraq qəlbə bəzi məna və fikirlərin ötürülməsi” kimi ifadə olunur. O, Allahın insanın qəlbinə ötürdüyü şey”, feyz yolu ilə qəlbə ötürülən şey” kimi də başa düşülür. İlham ezoterik bilik növlərindən olub, əsaslı surətdə vəhydən fərqlənir. Səmavi dinlərin (İslam, Xristianlıq, İudaizm) dininin inanc konteksində və sufi mövzularda ilhama nəzər saldığımızda bir ezoterik bilik tipi kimi peyğəmbərlərdən fərqli olaraq, aid olduğu insan təbəqəsinin daha kütləvi xarakter kəsb etdiyi məlumdur. Ayrıca bu da məlumdur ki, ilham bizim başa düşdüyümüz şəkildə, məsələn, hər hansı bir işə başlamazdan əvvəl təbiətimizdə, yaxud ruhumuzda mənəviyyatımızdan doğan təskinlik halı, yaxud işə təşviqdən daha ziyadə dini məntiqə görə —vicdanda anidən ortaya çıxan, qaynağının dərkinin insanın əqli qabiliyyətlərinin xaricində, yəni idrak olunmayan hiss və həyəcan tipində xarakterizə olunabiləcək bir duyğu növüdür”.

İMMANENT — bir şeyin xaricinə çıxmanın əksi

İMAMENTLİK — bu və ya digər predmetə, hadisə və ya prosesə daxilən mahiyət mənasına görə aid olan xassə [qanunauyğunluq].

İMMORALİZM — əxlaqi dəyərlərə, adət ənənələrə və ideyalara qarşı qeydsizlik, fikir verməmək. Ümumiyyətlə əxlaqi dəyərləri və ideyaları qəbul etməmək, onlarla mübarizə aparmaq.

İMKAN — olmasına şərait yaranan, müəyyən fərziyyələrlə başverməsi fərz edilən şey. Ərəbcədən dilimizə axtarılan bu kəlmə ù** felinin IV babda olan O** formasından [modeli əf alə J*^l] əmələ gələn məsdərdir. Məsdəri JUİI [ifal] modeli üzrə düzəlir |ü**' -imkənun].

İMPRESSİONİZM — fəlsəfədə ancaq duyğu müşahidələri və hissləri həqiqi olaraq qəbul edən əlsəfi təlim.

İNVARİANTLIQ — kəmiyyətlərin, tənliklərin, qanunların dəyişməz qalmaq, koordinatların və zamanın müəyyən çevrilmələrində saxlanıla bilmək xassəsi.

İNAM — xüsusilə də dini mənada hər hansı bir bağlılıqdan ortaya çıxan güvən. Tanrıya qarşı hiss edilən ucsuz-bucasız etimad hissi. Görünməz olana daxilən inanmaq, bağlanmaq, etiqad etmək. Bilinməyənə bağlanmaq, inanılan doğruların hamısı.

İNDUKSİYA — əqlinəticələrin tiplərindən biri və tədqiqat metodu.

İNİKAS — nikas xassəsini, onun məzmunu və formalarını, dinamikasını, idrak prosesində rolunu öyrənən nəzəriyyə.

İNKAR — Materialist dialektikada inkar inkişafın zəruri cəhəti, şeylərin keyfiyyətcə dəyişməsinin şərti kimi nəzərdən keçirilir [inkarı inkar qanunu].

İNKİŞAF — maddi və ideal obyektlərin geriyə dönməz və istiqamətli olması ilə səciyyələnən qanunauyğunluq keyfiyyət dəyişməsi.

İNİTSİYASİYA — Sinfi quruluşa qədərki cəmiyyətin həyatında initsiyasiyalar (təqdis adətləri) böyük rol oynayırdı (latınca “initsiare”-başlamaq). Bu yeniyetmələrin böyüklər cərgəsinə keçirilməsi qaydası idi. Kasta — (portuqaliya dilində nəsil deməkdir) qapalı endoqam ictimai qrupdur. Onun öz xüsusi davranış qaydaları vardır.

İNTEQRASİYA - Etnik proseslərin xarakterini müəyyənləşdirmək üçün əksər hallarda inteqrasiya, konsolidasiya və assimilyasiya kimi latın terminlərindən istifadə olunur. İnteqrasiya hərfi mənada ayrı-ayrı hissələrin vahid bir tamda birləşməsi deməkdir. Bu müxtəlif etnik mədəniyyətlərin qarşılıqlı əlaqəsi zəmnində mədəniyyətlərin yaxınlaşmasına aiddir. Müstəqil xalqların və ya onların böyük qruplarının böyük etnoslar şəklində birləşməsinə konsolidasiya deyilir. Adətən bu cür birləşmələrin vahid dili və mədəniyyəti olur. Assimilyasiya isə artıq formalaşmış etnosların qarşılıqlı təsiredici əlaqə prosesidir. Bu cür etnoslar əksər hallarda mənşə, dil və mədəniyyət cəhətcə müxtəlif olurlar.

İRQ — Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. İrqlərin ətraf mühitə uyğunlaşması nəticəsində elə xarici fiziki əlamətlər kompleksi yaranmışdır ki, bu əlamətlərə görə dünya xalqalrına əvvəllər —ağ”, —qara” və —sarı” rənglərə və üç əsas irqə ayırırdılar: avropoid,ekvatorial (neqroid) və monqoloid. Son vaxtlarda monqoloid irqindən amerikanoid, ekvatorial irqindən avstraloid irqinin ayrılması tövsiyyə olunur.

İNSAN — tarixi prosesin, Yer üzərində maddi və mənəvi mədəniyyətin inkişafının subyekti, həyatın digər formaları ilə genetik bağlı olan və bu formalardan əmək alətləri istehsal etmək qabiliyyətinə görə seçilən, aydın nitqə, təfəkkür və şüura malik olan biososial varlıq.

İNSTİNKT — heyvan növünün bütün nümayəndələrində ortaya çıxan və həyatın mühafizə edilməsinə yarayan şüursuz fəaliyyətə və davranış formasına deyilir. Psixi fəaliyyətin forması, davranış.

İNTELİGENSİYA — 1.Əqlin ruhu idarəedici təbəqəsi.

İNTELLEKTUALİZM — intellekt vasitəsilə idrakı ilk plana çəkən və metafizikcəsinə hissi idrakdan və praktikadan ayıran fəlsəfi təlim.

İNTENSİONALLIQ — şüurun predmetə istiqamətləndirilməsi [yönəldilməsi].

İNAN — İman, inanç, 2- qayda, əqidə 3- əmniyyət, ehtiyat.

İNTERPRETASİYA — istər metariyaziyyatda və metaməntiqdə, istərsədə bütövlükdə Elmdə mühüm rol oynayan semantik anlayış.

İNTİBAH — feodalizmin dağıldığı və erkən burjua cəmiyyətinin təşəkkülü dövründə Avropada [xüsusilə İtaliyada] inkişaf etmiş fəlsəfi və sosioloji təlim.

İNTİZAM — insanlar arasında ictimai əlaqənin spesifik forması; maddi istehsal şəraitindən obyektiv surətdə meydana gəlir, birgə fəaliyyət üçün zəruri olan istehsal vasitələri üzərində mülkiyyətin müəyyən tipi və sosial münasibətlərin xarakteri ilə şərtlənir.

İNTROYEKSİYA — natruralist və seyrci [metafizik] materializmin şərhini və tənqidini vermək üçün Avenarius bu materializmin əksinə prinsipial koordinasiya nəzəriyyəsini irəli sürür.

İNTROSPEKSİYA — insanın öz daxili psixi hadisələrini müşahidə etməsi, özünümüşahidə.

İNFORMASİYA — müəyyən xəbərlər, hər hansı məlumatların, biliklərin məcmusu.

İNCƏSƏNƏT — ictimai şüurun və insan fəaliyyətinin spesifik forması, gerçəkliyin bədii obrazlarda əks olunması, inikası, aləmin mənimsənilməsinin mühüm üsullarından biri.

İRADƏ — insanın bu və ya digər hərəkətlərinin yerinə yetirilməsinə doğru yönəldilmiş şüurlu meyli.

İRRASİONAL — əqllə qavranıla bilməyən, əsassız, bəzən də ruhi, mənəvi olanlara deyilir. Zəka ilə, təfəkkürlə dərk edilə bilməyən, məntiqi anlayışlarda ifadə oluna bilməyən mənasını verən anlayış.

İRIM — 1- Sehr, əfsun, 2- İçinden su axan torpaq, ərazi.

İRTÜK — dəyər, qiymət.

İRRASİONALİZM — Zəkanın, təfəkkürün idrakı imkanlarının məhdudluğunu israr edən və intuisiyanı, hissi, instinkti və s.-ni idrakın əsas növü kimi qəbul edən fəlsəfi təlim.

İSBAT — önə sürülən bir şeyin həqiqətini göstərməkdə izlənilən təfəkkür müddəti. Sübut etməkdə önə sürülən şey.

İSLAM — itaət etmə — dünyada geniş yayılmış monoteist dinlərdən biri.

İSMAİLİLİK — şiəlikdə təriqət. VIII əsrdə Xilafətdə sinfi ziddiyyətlərin kəskinləşməsi nəticəsində yaranmışdır. İsmaililik, İslami müxalifət hərəkəti olan Əli yandaşlıarının bir törəməsidir.
Hz. Məhəmmədin ölümündən dərhal sonra, yeni dinin Batinilik tərəfdarı qrupu olan Hənifə, xəlifəliyə kürəkəni Əlinin seçilməsini istəmiş ancaq sünni əksəriyyətin qəbulu ilə Əbubəkr xəlifə seçilmişdir. Əli tərəfdarları, Ömər və Osmanın xəlifəliyini də qəbul etməmiş, Əlinin qısa davamlı və daxili qarşıdurmalarla keçən xəlifəlik dövründən sonra oğullarının qətli ilə, İslamiyyət günümüzə qədər sürən bölünmə və qarşıdurmalara süründürülmüşdür. İsmaililik də, Əlinin qırğından xilas nəvəsi Zeynela-bidin'in soyundan gələn Cəfər Sadiqin oğlu İsmailin imamlığını qəbul edən qrupun təşkilatı olmuşdur.

İSTİDLAL — Verilmiş bir və ya daha çox prinsipdən nəticə çıxarma fəaliyyəti. Həqiqəti naməlum qalan bir prinsipin doğru olaraq qəbul edilmiş başqa prinsiplərlə əlaqəsinə əsaslanaraq doğru olanı ortaya çıxarma prosesi.

İSTƏK — sövqedici qüvvə, müstəqilliyini də qoruyub saxlayan arzu etmə, diləmə.

İUDAİZM - əsasən yəhudilər arasında yayılmış din. Qədim yəhudi tayfalarının bütpərəstlik politeizmindən [çoxallahlılığından] meydana gəlmiş İudaizm e.ə. VII əsrdən başlayaraq monoteist dinə çevrilir. İudaizm islam və xristianlıq kimi səmavi dinlərdən hesab olunur. İudaizm öz adını müqəddəs İudanın adından götürmüşdür. İuda adını bəzi tədqiqtçılar Tanrı Yahovanın adı ilə eyniləşdirirlər.

İCMA — ibtidai-icma quruluşunun əsas iqtisadi özəyi; istehsal vasitələri üzərində ictimai mülkiyyətə, kişilər və qadınlar arasında, yaşlılar və uşaqlar arasında təbii bölgüsü ilə birlikdə kollektiv əməyə, istehsal edilən məhsulun birgə bölgüsünə və istehlakına əsaslanaraq yaranır. İcma sözünün bir mənası da eyni dövrdə yaşayan islam müctəhidlərinin şəriətə aid hər hansı bir hökm və qaydanı müdafiə etmələridir.

İŞARƏ — idrakda digər predmetin, hadisənin, hərəkətin, subyektiv törəmənin işarəsi, ifadəsi və nümunəsi kimi çıxış edən hissən qavranılan maddi predmet, hadisə və ya hərəkət. İşarə sözü ərəbcədəki əşarə (jUI) felindən əmələ gəlmişdir. Qadın cinsindədir, hərfi mənada nəyisə göstərmək, işarələmək deməkdir. İşarə sözü dilimizdə bəzən hansısa mövzunun anlaşılan və o mövzu ətrafında ətraflı bir

İŞRAQİLİK — Orta əsrlərdə müsəlman ölkələrində yayılmış fəlsəfi cərəyan.
 
 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 

0 şərh