K hərfi ilə başlayan fəlsəfə terminləri

KABALA — yəhudilərin yazılı olaraq qorunub saxlanan dini ayinləri və qanunları özündə əks etdirən qanunnamələrlə birlikdə ağızdan — ağıza keçən dini buyruqlar. İbrani fəlsəfəsinin və deyilən mitos yazıların cəmi. Tarixləri dəqiq olaraq bilinmir.

KAMAL — içində, telos -məqsəd, ekhein — sahib olmaq] — özünü təzahürlərində reallaşdıran öz, maddəyə forma verən, imkanı gerçəyə çevirən təsirli ideya.

KAOS -  kainatın bir nizama girmədən əvvəlki, şəkildən məhrum olan qarışıq vəziyyətini ifadə edər.

KASTA — portuqalca nəsil və qəbilə mənasındadır.

KONKORDAT — latınca razılıqlı olmaq mənasındadır. Məsələn Vatikanla başqa bir dövlət arasında həmin ölkədə katolik kilsənin fəaliyyətinin müəyyən edən razılaşmalı müqavilə buna aiddir.

KOMMUNİKASİYA — siyasi sistemlə mühit arasında qarşılıqlı fəaliyyət.

KONKRET — müəyyən bir zamanda müəyyən bir yerdə ortaya çıxan, təbii, müşahidə edilə bilən, əllə tutula bilən, hiss edilən yaxud da işarə ilə qavranılan.

KONSEPTUALİZM — Küllülərin yəni İnsan-Heyvan kimi mücərrəd anlayışların bir təsəvvür olmaları baxımından, özlərini düşünən zehində onların gerçək varlıqlarının var olduğunu qəbul edən fəlsəfi görüş.

KƏMİYYƏT — Nicelik: Ölçülüb sayıla bilən böyüklük.

KEYFİYYƏT — Nitelik: Bir şeyin quruluşunu göstərən, bir obyekti özünün var olduğu kimi edən xüsusiyyət. Keyfiyyət — nəyinsə yaxşı və ya pis olma xüsusiyyətidir. Hansısa obyektə dəyər verdirən, xarici görünüş, rəng və dad kimi ona aid obyektiv xüsusiyyətlərin hamısına birgə verilən addır. Burada ifadə edilən, hər hansı bir baxımdan, üstünlük və əskiklikdir. Xalq dilində keyfiyyət, üstünlüyü, yaxşılığı bildirir. Fəlsəfi anlamda isə keyfiyyət fəlsəfi kateqoriya kimi şeyin onun mahiyyətindən olmayan lakin sonradan ona əlavə olunan forma və xüsusiyyətlərin məcmusuna deyilir. Keyfiyyətə Orta əsrlər Şərq fəlsəfəsində daha çox ərəz deyidilər. Misal üçün, bir stul taxtadandır, onun taxtalığı onun mahiyyətidir, sakin onun forması, rəngi, görünüşü, sərtliyi onun forma və keyfiyyətlərini təşkil edir.

KÖVN — Aləmin doğuşu.

KOMPROMİS — əsl mənası qarşılıqlı məğlubiyyət olmasına baxmayaraq, bu söz hal-hazırda sülh bağlamaq üçün razılığa gəlmək anlamında işlədilir.

KOZMOLOJİ — Alem bilgisi: Kainatı idarə edən ümumi qanunları araşdıran elm.

KOZMOGONİ -Tekevvün-ü aləm: Aləmin necə təşəkkül edib meydana gəldiyini şərh etməyə çalışan nəzəriyyə.

KÜLLİ — Tümel: Bütün aləmə şamil olan. Ümumi olan. Külli — bütün şeylərin əslinə aid olan, ümumi olan, bütün olanlara aid olan. Şeylər kəmiyyət etibarl ilə fərdi, külli və cüzi olurlar. Külli bütün fərdi olanlarda ortaq xüsusiyyətdir. Küllilər ümumi şeyləri əks etdirirlər.

KAİNAT — ənənəvi anlayışda maddi aləm, maddi obyektlərin, materiyanın keyfiyyətcə müxtəlif formalarının bütün məcmusu.

KAPİTALİZM — ictimai-iqtisadi formasiya.

KATARSİS — qədim yunan estetikasında anlayış.

KATEQORİYA — Aritotetlə görə kateqoriya var olanın üzərindəki dəyişiklik formalardır və on kateqoriya mövcuddur. İnsanın aləmə münasibətinin ən ümumi üsullarının anlayışlarda dərk edilməsi; təbiətin, cəmiyyətin və təfəkkürün daha ümumi və mühüm xassələrinin, qanunlarının əks etdirilməsi.

KİBERNETİKA — Əsasını informatikanın təşkil etdiyi idarəetmənin tədqiq edildiyi sahədir. Bir başqa deyimlə, geniş texnologiyaların tətbiq olunduğu, həyatı mexanikləşdirən, robotlaşdıran sahə.

KOMMUNİZM — bütün insanların bərabərliyi və bərabər haqlılığı daxilində hamıya vacibiyyatı.

Koqito — düşünürəm, demək ki varam.

Konvensionalizm — fəlsəfi konsepsiyaya görə elmi anlayışlar və nəzəri fikirlər öz əsasları etibarı ilə alimlər arasındakı sazişin məhsuludur.

KONDİSİONALİZM — səbəb anlayışını şərtlər [şəraitlər] kompleksi anlayışı ilə əvəz edən fəlsəfi təlim.

KONYUNKSİYA — məntiqi bağlayıcı —və”nin köməyi ilə [simvolik yazısı ALB] birləşən iki mülahizədən mürəkkəb bir mülahizənin əmələ gətirən məntiqi əməliyyat.

KONKRET — bax Abstrakt və konkret.

KONSEKVENSİAL — etik nəzəriyyələrin bir tipi; burada əməlin əxlaqi qiyməti bu əməlin səbəbləri və ümumi əxlaqi prinsipləri nəzərə alınmadan onun praktiki nəticələrindən asılı olaraq müəyyən edilir.

KONSEPT — ifadə edilmiş zehni obraz, ümumi fikir, anlayış [konseptualizm], məntiqi semantikada adın mənası.

KONSTRUKTİV — elmi nəzəriyyələrin deduktiv qurulması üsullarından biri [deduktiv metod

KONFORMİZM — hər cür uyğunlaşmanı, şeylərin mövcud vəziyyətini, hakim rəyləri və s. passivcəsinə qəbul etməyi bildirən anlayış.

KONVERSİYA — məntiqdə hər hansı bir prinsipdə köklə ona aid olan təyinlərin yerlərini dəyişməsidir. Misal üçün, Hər insan canlıdır. Yaxud hər canlı insandır. Təbii ki, bu cür konversiyalarda məntiqi doğruluğa da riayət etmək lazımdır. Çünki əslində hər canlı insan deyil. Bu səbəbdən konversiyalarda məntiqi doğruluğu qorumaq lazımdır. Misal üçün, hər insan danışır. Yaxud hər danışan insandır. Belə konversiya neqayov deyil, məntiqlə düzgün olduğu üçün pozitiv konversiya adlanır.

KOORDİNASİYA — Eyni sıradakı şey və obyektlərin bir-birinin yanında olması, eyni nizamda dayanması; eyni təsnifatda olan iki və yaxud da daha çox anlamın bir arada ardıcıllığı.

KOSMOQONİYA — səma cisimləri və sistemlərinin mənşəyi və inkişafının öyrənən elm sahəsi.

KOSMOLOGİYA — astronomiyanı bölməsi, bütöv əlaqəli tam kimi kainat haqqında və bu tamın bir hissəsi kimi kainatın astronomik müşahidələrlə əhatə olunan bütün sahəsi haqqında elm.

KOSMOPOLİTİZM — vətənpərvərlik hisslərindən, milli mədəniyyət və ənənələrdən —bəşər nəslinin birliyi’ naminə imtina edilməsinə çağıran burjua təlimi.

KOSMOS — kainat, bütövlükdə aləm və bir tam kimi Yer, Günəş sistemi, bizim qalaktika və bütün qalaktikalarda daxil olmaqla hərəkət edən materiyanın bütün məcmusu.

KREASİONİZM — dünyanın, canlı və cansız təbiətin vahid yaradıcılıq əməli ilə yaradılması haqqında idealist təlim.

KRİTERİYA — ayırma və ittiham etmə vasitəsi, doğrunu səhvdəm ayırd etmək üçün bir vasitə.

KRİTİSİZM — İnsan biliyinin sərhəddi üzərində fəlsəfi şüuru və bu şüurun oyanıq tutulması. Kantda əql və biliyin sərhəddini və imkanlarını təyin etmək şərtilə doqmaçılığın və şübhəçiliyin qarşısına qoyduğu fəlsəfə metodu. Kantın və onun məktəbinə daxil olanların fəlsəfi metodudur.

KÜTLƏ — sosial — psixoloji anlam olaraq öz daxilində bölünməmiş, ya gəlib keçici hissiyatında yaxud da bir xarici gücün təsiriylə bir bütün əmələ gətirən insan qələbəliyi.
 
 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 

0 şərh