R hərfi ilə başlayan fəlsəfə terminləri

RADİKALİZM — tədqiq etdiyi mövzunun son səbəblərinə, köklərinə qədər enən düşünmə forması. Həyat formalarını, həyat əlaqələrini tənqid edib kökdən dəyişdirmə təmayülündə sonuna qədər gedib çıxan görüş.

RASİONALİZM — ağıllı — səhih biliyin məntiqi əlamətləri olan ən ümumilik və zərurilik təcrübədən və onun ümumiləşdirmələrindən əldə edilə bilməz; bunlar yalnız ağılın özündən, anadan olandan ağıla xas anlayışlardan, ya da ağlın yalnız püşeymləri, meylləri şəklində mövcud olan anlayışlardan hasil edilə bilər.

RASİONALİZM — Akılcılık: əqli biliyə əsaslanan doğruluğun miqyasını hisslərdə deyil, düşünmədə və nəticələrdə görən təlimin ümumi adı. Bilik təlimində rasionalizm biliyin əqlə, təfəkkürə, düşüncəyə əsaslandığını irəli sürür. Hər kəsdə bərabər dəyişməyən ağıl və məntiqi qanunların doğuşdan olduğunu, onların təcrübədən müstəqil olduğunu, beləcə bəzi apriori və açıq-aşkar həqiqətlərin varlığını qəbul edən fəlsəfi görüş.

RASİX — Sağlam, əsaslı, sağlam təməlli. Din fəlsəfəsində rasix çox dərin elmə malik olan bir şəxs kimi qəbul edilir. Bu termin öz əsasını səmavi kitab — Qurandan almışdır. Şərq filosofları dini və fəlsəfəni bilənləri bu cür adlandırırdılar.

RİHLƏ — Hədis axtaran insanların çıxdıqları səyahətlərə verilən addır.

RİZA — Razı olmaq, bəyənmək, icazə vermək. Riza təsəvvüf məqamlarından ən üstün olanıdır. Riza iki cür olur. Qulun Allahdan razı olması. Allahın quldan razı olması.

REAKTOLOGİYA — yüksək inkişaf etmiş heyvanların və insanın psixikasını xarici təsirlərlə cavabların hesabı məcmusu, cəmi kimi nəzərdən keçirən mexanistik konsepsiya.

REALİZM [lat. realis — gerçək, cismani] — incəsənətin obyektiv idraki və estetik-dəyişdirici təbiətini daha dolğun şəkildə təcəssümləşdirən bədii metod.

REALLIQ — Həqiqi olan, var olan şeylərin hamısı. Bu mənada həqiqətin şüurdan, düşüncədən asılı olan və olmayan varlıqlar mövcuddur.

REDUKSİYA [alm. Reduktion; rèduction; ing. Reduction; osm. tr. irca; ər. tr. Indirgeme; lat. reductio — qayıtma, geriyə dönmə] — məntiqdə ikinci, üçüncü yaxud da dördüncü qisim fiqurlardan birinin [Baroco, Bocardo] birinci fiqurun dörd bağ-layıcısından birinə geri qaytarması. Bir sıra məlumatların, vəzifələrin onların təhlili və ya həlli üçün əlverişli olan bir şəklə salınmasından, həmçinin əvvəlki vəziyyətin bərpa edilməsindən, mürəkkəbin daha sadəyə çatdırılmasından ibarət olan məntiqdə, riyaziyatda, biologiyada, dilçilikdə tətbiq olunan metodoloji üsul.

RELYATİVİZM [lat. relativus — nisbi] — insan idrakının nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist təlim.

REFLEKSİYA [lat. replexio — geriyə dönmə, geriyə nəzər salma] — idrak inikasını, tədqiqini bildirən təlim.

REFORMASİYA [lat. reformatio — yeniləşdirmək, islah etmək] — XVI əsrin birinci yarısında Avropada protestantizmin əsasını qoymuş geniş antifeodal və antikatolik hərəkatı.

REFORMİZM — Fəhlə hərəkatında sinfi mübarizənin, sosialist inqilabı və proletar diktaturasının zəruriliyini inkar edən siyasi cərəyan.

RES — Res cogitans — düşünən varlıq, nəfsi natiqə, düşünən öz; res extensa — məkan tutan varlıq.

RƏY — antik fəlsəfədə səhih bilikdən — həqiqətdən fərqli olaraq səhih olmayan, subyektiv bilik.

ROMANTİZM — mədəniyyətin ən müxtəlif sahələrini əhatə etmiş ideya hərəkatı və bədii hərəkat;XIX əsrin əvvəllərində klassisizmi əvəz etmişdir.

REQRUTASİYA — latınca, cəmiyyət üzvlərinin siyasi fəaliyyətə cəlb olunması.

RESPUBLİKA — elə idarəçilik formasıdır ki, burada dövlət başçısını seçmək və dəyişdirmək mümkündür, onun hakimiyyəti isə seçicilərin iradəsi və ya nümayəndələr qurumu tərəfindən müəyyən edilir. Prezidentli,, parlamentli və qarışıq formalı respublikalar var.

RUH — Kainatın qanunu. Xüsusilə də stoa fəlsəfəsində kainat, əqli, kainat ruhu, təsir edən canlılıq verən, forma verən, canlandıran ideya.

RUH — bədəni daima canlı qılan, ona həyat verən, yaşadan, lakin maddi olmayan varlıq. Dini fəlsəfədə ruh ölümsüz və insanın əbədi həyatını təmin edən varlıq. Aristotelə görə ruh təbii — canlı həyatın ideyasıdır. Sözün geniş mənasında ideal olanla, şüurla, maddi başlanğıcdan fərqli olaraq qeyri-cismani başlanğıcda eyniyyət təşkil edən anlayış; sözün dar mənasında təfəkkür anlayışı ilə eyni mənalıdır.
 
 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 

0 şərh