UNİVERSAL — müəyyən bir sinifə bağlı fərdlərin hamısını ehtiva edən. Bütün mühtəvası ilə alınmış olan prinsip. Bir prinsipin universallığını —bütün” yaxud da —hər” sözü ilə göstərilir. Ümumilik bir termin ehtivasını, küllilik prinsipində mövzunun bütün ehtivası ilə alındığını göstərir.
UNİVERSALİLƏR — orta əsrlər fəlsəfəsində ümumi ideyaların adı. Ərəb dilli fəlsəfədə bu termin küllilər olaraq keçirdi.
URUC — yüksəlmə, yüksəliş: Uruc, sudur ilə birlikdə hər şeyin Tanrıdan doğulduğunu və yenə ona qayıdacağını ifadə edən qavramdır.
UTİLİTARİZM — davranışın faydalılığı-nı onun əxlaqiliyinin meyarı kimi qəbul edən estetik nəzəriyyə.
UTOPİYA — uydurulmuş və çox vaxt stastik, durğun sosial idealın təcəssümü olan cəmiyyət.
UYĞUNLAŞMA — iki şeyin bir-biri ilə tam mənasında uyuşması, oxşar olması. Sözün kökü tabəqa [5^]-dan gəlir. Uyğunlaşma hər hansı bir məfhuma aid ola bilər. Burada əsas olan subyektin insan olması deyil. İnsan, yaxud, hər hansı bir əşya düşdüyü mühitə, və ya nəyəsə uyğunlaşa bilər.
UYDURMA — Yalan, boş, həqiqəti olmayan. Həqiqətlə tərs düşdüyünü, həqiqətlə uyğun gəlmədiyini hazırlamaq.
UYUM — uyğunluq, münasiblik, oxşarlıq, bərabərlik, harmoniya, ahəngdarlıq və s.
UZAY — Fəza, göy boşluğu, uzanmış, genişlənmiş, geniş və s.
UZDU — Əzəli olan, əvvəli bilinməyən, çox əski, qədim.
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
Davamı →