Рейтинг
+70.55

ginekologiya

56 üzv, 230 topik

Hamiləlikdə epilyasiya

Arzuolunmaz tüklər əsasən də üzdə olanlar qadınların ən böyük problemlərindən biridir. Artıq tüklərdən qurtulmaq üçün bir çox üsullar mövcuddur. Bu tüklərdən qurtulmaq üçün bir neçə üsul vardır. Onlardan ən müasiri və qalıcı olanı epilyasiyadır.

EpilyasiiyaBu üsulların hamiləlikdən öncə və ya hamiləlik zamanı istifadəsi narahatçılığa səbəb olur və hamiləlik zamanı istifadəsinin nə dərəcədə ziyansız olması sualı hamilələri düşündürür.

Lazer epilyasiyası
Lazer (Laser) işıq enerjisi istifadə olunan bir üsuldur. Ortaya çıxan elektromaqnit dalğalar rentgendə istifadə olunan X şüalarından fərqlidir və toxuma içərisində irəliləmə xüsusiyyəti yoxdur. İşıq sadəcə prosedura edildiyi sahəyə, məsələn üzə təsir edir və təsir sahəsi sadəcə bir neçə millimetrdir.
Davamı →

Donmuş hamiləlik

İnkişafdan qalmış, yaxud donmuş hamiləlik hamiləliyin sona çatdırılmamasının bir növüdür.
Mayalanmadan sonra embrion uşaqlığa çatır və daxili qişaya yapışır – implantasiya olunur. Ancaq müəyyən müddətdən sonra onun inkişafı dayanır.

Belə döl yumurtası uşaqlıq daxilində parçalanır və qana sorulur, bu isə ananın zəhərlənməsinə səbəb olur. 4 həftədən çox davam etdikdə bu hal ananın sağlamlığı, hətta həyatı üçün təhlükə yaradır.

Donmuş hamiləlik dəqiqləşərsə özbaşına dölsalmanı gözləmək olmaz. Döl və onun bütün qişaları uşaqlıq daxilindən xaric edilməlidir.
Davamı →

Qeysəriyyədə hansı narkoz uşağa zərərsizdir?

Hamilə qadınları 9 ay sonuna kimi düşündürən əsas suallardan biri hansı doğuş növünü seçəcəyidir. Mütəxəssislər təbii ki, heç bir göstəriş olmasa təbii doğuşu məsləhət bilirlər. 

Ancaq bəzi məqamlarda isə qeysəriyyəyə göstəriş verilir. Qeysəriyyə əməliyyatı ümumi narkoz ilə xəstə yatızdırılaraq və ya beldən aşağı uyuşdurularaq iki formada edilir. Beldən aşağısını uyuşdurmağın özü də iki növə bölünür: Spinal və epidural narkoz.

Bəs hansı daha faydalıdır?
Spinal ve epidural narkozda xəstənin şüuru açıq olur, sadəcə beldən aşağısı və ayaqlar uyuşur. Qeysəriyyədə həm spinal, həm də epidural, hətta bəzən ikisi birdən tətbiq olunur. Normal doğumda isə sadəcə epidural narkoz tətbiq edilir (ağrısız doğum üçün). Spinal narkoz normal doğumda tətbiq edilmir. Bu üsulların hər biri narkoz mütəxəssisləri tərəfindən tətbiq edilir. 
Davamı →

Yumurtalıqların zədələnməsi

Həkimlər qadınlarda zədələnmiş yumurtalıqlar və onların fəsadlarını aradan qaldırmaq üçün 7 fakt üzərində araşdırma aparıblar. Məlum olub ki, 7 fakt risk zonasına daxildir.

Yaş böyük olduqca risk də bir o qədər daha aşağı olur
Zədələnmiş yumurtalıq xüsusilə cinsiyyət yaşı keçməmiş qadınlar arasında daha çox yayılıb. Əgər siz klimaks dövrünə keçmisinizsə, bu riskdən kifayət qədər uzaqdasız. Gənc və aktiv həyat tərzi keçirən, elastik bədən quruluşuna sahib qadınlarda hərəkət zamanı yumurtalıqların yerdəyişməsi və hormonal fonun dəyişikliyi baş verə bilir. Əgər sizdə kista və şiş yoxdursa, sizin yumurtalıqlarınızda bu, çox az müşahidə edilə bilər. Bu diaqnoz hətta ana bətnində olarkən belə müəyyənləşdirilə bilir.
Davamı →

Tanınmış ginekoloqdan hamilələrə 12 faydalı məsləhət

Elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Analıq hissi dünyanın heç bir hissi ilə müqayisə edilə bilməz və bu, Tanrının qadınlara bəxş etdiyi ən gözəl duyğudur. Amma bəzən hamiləlik zamanı edilən yanlış davranışlar onun pozulmasına və dölün tələf olmasına səbəb olur. Bəs bu arzuolunmaz halların qarşısını almaq üçün nə etmək lazımdır? Tanınmış azərbaycanlı ginekoloq, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun hamiləlik zamanı diqqət edilməsi vacib olan məqamlarla bağlı faydalı məsləhətlər verib.


1. Hamilə qadınlar vaxtlı-vaxtında qidalanmalıdırlar, əks halda bu, onların zəifləməsinə və mədə turşuluğunun artmasına səbəb ola bilər. Qida rasionuna yumurta, tərəvəz kimi məhsullar əlavə edilməlidir. Yeməklər arasında fasilə ən az gündə 3-5 dəfə yemək üçün uzun olmalıdır.
Davamı →

Bakterial vaginoz

Bakterial vaginoz yaxud qardnerellyoz dedikdə uşaqlıq yolu disbakteriozu nəzərdə tutulur. Xəstəliyin törədicisi qardnerella vaginalis adlanan bakteriyadır. Əsasən cinsi partnyorunu tez-tez dəyişən, hormonal və antibiotik tərkibli vaginal şamlardan uzun müddət və ya tez-tez istifadə edən, şəxsi gigiyenaya əməl etmiyən insanlarda rast gəlinir.

Törədici bakterialar uşaqlıq yolunda artıb çoxalaraq öz həyat fəaliyyəti məhsulları (ifrazatları)ilə, normal halda qadın uşaqlıq yollarında yaşayan və qadının sağlamlığı üçün zəruri olan bakteriaların məhvinə səbəb olur.
Davamı →

Hamiləlik zamanı təkrarlanan düşüklər

Hamiləliyin 20-ci həftəsindən öncə baş verən 2 və ya 3 ardıcıl düşüyə təkrarlanan düşük deyilir.
Təkrarlanan düşüklərin bir nömrəli səbəbi genetik faktorlardır.

Düşük, hamiləliyin 20-ci həftəsindən öncə sonlanmasıdır. Hamiləliyin ən çox rast gəlinən fəsadı məhz düşükdür. Hər hamiləliyin düşüklə nəticələnmə ehtimalı 12%-dir. Təkrarlanan düşüklərin cəmiyyətdə rast gəlinmə tezliyi 1%-dir. Düşüklərin əksəriyyəti 12 həftədən öncə, hətta ürək döyüntüsü USM-lə görünmədən baş verir. 12-ci həftədən öncə baş verən düşüklər ilk trimestr düşükləri sayılır. 12-ci həftədən sonra meydana gələn düşüklər 2-ci trimestr düşükləri sayılır.
Davamı →

Hamilələrin 5 şikayətinə çarə

Xanımlar hamiləlik zamanı bədəndə yaranan fizioloji, hormonal dəyişikliklər səbəbindən bir sıra problemlər yaşayır.

Ürək bulanması, qusma, bel ağrısı, halsızlıq, mədədə yanma və qəbizliyi buna misal çəkmək olar. Bu problemlər bəzi hamilələrdə yüngül seyr edilərkən, bəzilərində ciddi narahatlığa səbəb olur. Lazımı tədbirlər görməklə, bunlardan yaxa qurtarmaq mümkündür.

Doğum mütəxəssisi Belgin Selam, hamiləlikdə ən sıx rast gəlinən 5 şikayətdən söz açaraq, bu problemlərdən xilas olmağın yolunu açıqlayıb.
Davamı →

Vaginoplastika

Təbii doğuş zamanı vagina elastikləşib genişlənir, uşağın başı çıxarkən vagina divarlarında cırıqlar yaranır. Çətin, təkrar doğuşlardan sonra vaginanın elastik quruluşu hətta daimi olaraq korlana da bilir. Bu vəziyyətdə cinsi münasibət zamanı tərəflərin qarşılıqlı olaraq zövq alması mümkünsüzləşir.

Bəzi hallarda doğmamış qadınların da vaginası elastikliyini itirə bilir. Vaginanın elastikliyini bərpa etmək istəyən xanımların üz tutduğu bir çox üsullar var ki, onlardan biri də vaginoplastikadır.

Vaginoplastika vaginanın (uşaqlıq yolunun) daralmasını və bərpa olunmasını təmin edən cərrahi əməliyyatdır. Əməliyyat zamanı artıq olan vaginal dəri çıxarılır, vaginanın ətrafında olan yumşaq toxuma və əzələlər bərpa olunur — nəticədə uşaqlıq yolu daraldılır.
Davamı →

Kontraseptivlər haqda bilmədiyiniz faktlar

Bütün dünyada hamiləlik əleyhinə preparatlar (kontraseptiv həblər) arzuolumaz hamiləliyin qarşısını alan və tez-tez istifadə olunan vasitədir.

Müasir hamiləlik əleyhinə həblər daha effektlidir və onların yanaşı təsirləri, əks-göstərişləri daha azdır. Belə həblər arzuolunmaz hamiləliyin riskini 99% azaldır. Bundan əlavə düzgün seçilmiş belə preparat qadın orqanizminə müsbət təsir edir — hormonal fonunu tənzimləyir, bəzi qadın cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır, güclü qanaxmaların və menstruasiya öncəsi sindromun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır və s. Bu səbəbdən hamiləlik əleyhinə həblər bəzi pozulmalar zamanı cinsi həyatı yaşamayan qızlara da müalicəvi vasitə kimi təyin olunur.
Davamı →