Рейтинг
+26.55

göz xəstəlikləri

21 üzv, 49 topik

Uşaqlarda yaxınıgörmə (miopiya)

Yaxınıgörmə patologiyası olan insanlar yaxın məsafədə olan əşyaları yaxşı gördükləri halda, uzaq məsafədə olan əşyaları pis görürlər.

İnsanlar arasında bu xəstəliyə çox rast gəlinir. Statistik məlumatlara əsasən yer üzərində yaşayan hər üç nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir.

Uşaqlarda yaxınıgörmə anadangəlmə və qazanılma (orqanizmin inkişafı dövründə meydana çıxır) ola bilər. Anadangəlmə yaxınıgörməyə uşağın 1-3 yaşlarında diaqnoz qoymaq mümkün olur. İlkin olaraq onun dərəcəsi yüksək olsa da, get-gedə agırlaşma ehtimalı az-az hallarda baş verir.

Adi qazanılmış yaxınıgörmə (onu bəzən “məktəb” xəstəliyi də adlandırırlar) 7-15 yaşlarında inkişaf etməyə başlayır. “Məktəb” yaxınıgörməsi də az-az hallarda get-gedə agırlaşma verə bilir. Məktəb miopiyası zamanı gözün anatomik quruluşunda ya heç bir pozğunluq olmur, ya da cüzi dərəcədə olur.


Ardı →

Optik eynəyi necə seçməli?

Optik eynək seçməzdən əvvəl, ilk növbədə həkimin məsləhətinə qulaq asmaq lazımdır. Əks təqdirdə seçdiyiniz eynək gözlərinizə əks-təsir göstərə bilər, daha doğrusu, gözün görmə qabiliyyətinə mənfi təsir göstərən, müxtəlif problemlər meydana çıxa bilər. Xüsusilə də, uşaqlara eynək seçərkən diqqətli olmaq məsləhətdir. 2-6 yaş arasında olan uşaqlar üçün elastik çərçivələrə və sınmayan orqanik şüşələrə üstünlük verilməlidir. Eynək nömrələri daha sürətlə dəyişdiyi üçün uşaqlar hər 6 aydan bir həkim müayinəsindən keçməlidirlər.

Yuxarıda deyildiyi kimi, eynəyin çərçivələri və şüşələri həkim tərəfindən tövsiyə olunan reseptə uyğun seçilməlidir. Ağır, üz ölçüsünə görə seçilməyən, keyfiyyətsiz, həmçinin istifadəyə yararsız şüşələr problemə səbəb ola bilər. Sifət quruluşuna görə seçilməyən eynəklər estetik baxımdan da məqsədə uyğun deyil.

Açıq havada işləyənlər daha çox geniş eynəklər taxmalıdırlar. Başqa bir problem isə çərçivələrin üzə görə dar olması ilə bağlıdır. Belə ki, çərçivələr üzə görə dar olduqda gicgahlarda təzyiqə və baş ağrısına səbəb olur. Çərçivənin “qolları”nın qulağa tam oturmaması isə mərkəz sürüşmələrinə və görünüşün pozulmasına gətirib çıxarır.

Ağır işlərdə işləyənlər isə (polis, əsgər, idmançı və s. kimi) sınmayan orqanik şüşələr seçməlidirlər. Kompyuterlə işləyənlər isə əksetməyə qarşı xüsusi örtüklü eynəklərdən istifadə etməlidirlər.


Davamı →

Göz yaşının səbəbi

Nə üçün insanlar emossinal hallarda ağlayır və ya digər səbəblərdən gözdən yaş gəlir?

İnsan Yaradanın şüurlu varlığı oldugundan- hiss, həyəcan,emosiyaya qapılma xüsusiyyətləri də insana xasdır.Əbəttə ki,bu zaman ruhun dincəlməsi üçün qeyri ixtiyari gözdən yaş çıxır… Məhz buna görə də bir çoxlarımız, əsasən də qadınlar istər sevincli istərsə də kədərli olduqları anlarda öz hisslərini ağlayaraq büruzə edirlər.


Ardı →

Həkimlər linzalardan xəbərdarlıq edir

Kontakt linzalar istifadə edən şəxslər infeksiya ilə yoluxmağa daha çox təhlükə altındadırlar. Acanthamoeba kimi adlandırılan birhüceyrəli mikroskopik parazit gözə düşər düşməz infeksion xəstəliyin inkişafına səbəb olur.Bu potensial düşmən hər bir linza istifadəçisi üçün təhlükə mənbəyidir.
Onun qidalı mühiti isə toz və ötürücü boru sularıdır.Parazit gözə daxil olan kimi buynuz qişa və göz almasının ön səthini zədələyir,göz qapağının ödeminə,qaşınmaya səbəb olur ki,tezliklə bu nahiyədə şişkinlik və narahatlığa,işığa reaksiyanın zəifləməsinə səbəb olur.Müalicə zamanında başlanılmazsa xəstə tamamilə kor ola bilər.Müalicə isə olduqca uzun və ağrılıdır.Daha mürəkkəb vəziyyətdə isə buynuz qişanın köçürülməsinə də ehtiyac ola bilər.Profilaktika məqsədilə yuyunan zaman linzaların çıxarılmamalı olduğu və onların boru suları ilə yuyulmamalı olduğu bildirilir.

Davamı →

Katarakta

Göz insan həyatını işıqlandıran ən vacib orqandır. Amma təəssüf ki, xəstəliklər ondan da yan keçmir. Ən çox tanınan xəstəlik isə xalq arasında mirvari suyu adı ilə tanınan kataraktadır. Hazırda dünya ölkələrində olduğu kimi katarakta Azərbaycanda da geniş yayılıb. Katarakta gözdə büllurun bulanması nəticəsində əmələ gəlir. Xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığından, buna Mirvari suyu da deyirlər.
Əksər hallarda, kataraktanın səbəbləri kimi irsi faktor və qocalıq çıxış edir. Yəni babada-nənədə varsa, bu özünü gələn nəsildə də göstərir. Yaşlı insanlarda isə qidalanma pozulduğundan, eləcə də gözdaxili mayedə toksiki maddələr yığıldığından, büllur bulanmağa başlayır.
Lakin daha cavan yaşlarda, günəşin ultrabənövşəyi şüalarına həddindən çox məruz qalan, zəif qidalanan və şəkərli diabeti olan xəstələrdə də kataraktaya rast gəlinir. Bu, həmçinin gözətrafı nahiyələrdə zədələr və dəlib keçən yaralanmalar zamanı baş verə bilər.
Ardı →

Katarakta

Katarakta Nədir?Katarakta xəstəliyini necə müalicə etməli?
katarakta (göz xəstəliyi)


Eynək nömrəsindəki sürətli və ani artımlar, baxılan yerdə kölgələr görmə, rəngləri çətin və nəfəs qəbul etmə kataraktın ən əhəmiyyətli əlamətləridir. Katarakt qalıcı korluğa səbəb olurmu? Katarakt şəffaf olan lensin, matlaşmağa başlayaraq gözün qarşısında görmə dəqiqliyini pozan bir sis pərdəsinin meydana gəlməsi kimidir. Gözün hissələri kamera parçalarına bənzər. Gözdə də eynilə kameraların içindəki kimi lensler olar. Fotoaparatın lensi ləkəli olduğunda ya da çəkildiyində fotoşəkilin bulanıq olması kimi, insan gözündəki katarakt nəticəsində də lens şəffaflığını itirər.


Ardı →

Gözdə yanıqlar

Yanıqlar kimyəvi termik yanıqlara və şüa enerjisi yanıqlarına bölünə bilər.

Gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verərək, müxtəlif dərəcədə ağır zədələnmələrə, hətta gözün itirilməsinə səbəb olur. Kimyəvi yanıq baş verdikdə sonrakı müalicələrin effekti müalicə tədbirlərinin sürətlə görülməsindən asılıdır.
Ardı →

Göz müayinəsi

Gözün müayinəsinə göz qapaqlarının, göz qapaqları və göz alması konyuktivalarının yoxlanılması ilə başlanır. Aşağı göz qapağı konyuktivasının müayinəsi zamanı aşağı göz qapağını şəhadət barmağı və ya baş barmaq vasitəsilə aşağıya elə çəkirlər ki, keçid büküşü aydın görünür. Yuxarı göz qapağı konyuktivasının müayinəsində xəstəyə aşağı baxmağı təklif edirlər. Sonra göz qapağının kirpikli kənarını sağ əlin baş və şəhadət barmaqları ilə tutub göz almasından aşağı və qabağa çəkirlər, Tibb bacısı sol əlinin baş barmağı ilə göz qapağının ortasını qığırdağın yuxarı kənarında təsbit edir. Bu zaman yuxarı göz qapağını diyircək üzərində çevrilmə kimi barmaq ətrafında çevirirlər.


Ardı →

Qlaukoma və buynuzlu qişaya düşən cisimlər

Qlaukoma. Kəskin qlaukoma tutması gözdə daxili təzyiqin şiddətlə artması nəticəsində baş verir. Bu təzyiq gözdə qan dövranını pozaraq sağalmayan korluğa səbəb ola bilər. Qlaukoma tutması, bir qayda olaraq, qəflətən başlayır. Bu zaman göz sahəsində, başın müvafiq yarım hissəsində, xüsusən ənsədə ağrı, habelə qusma, ümumi zəiflik baş verir. Gözlər qızarır, göz qapaqları şişir, buynuz qişa tutqunlaşır, bəbək genələrək, həqiqi formasını itirir və çox vaxt qeyri-düzgün forma alır. Görmə itiliyi kəskin azalır. Palpasiya zamanı gözün daxili təzyiqinin çox artdığı gözün bərkidiyi müşahidə olunur.


Ardı →