Özünə Söz Ver

Dünən bir nəfər məndən xoşbəxt olmağın yolunu soruşdu. Xoşbəxtlik qışqırıb sevinmək, hər zaman hiperaktiv olmaq deyil. Onda enerji bitəndə xoşbəxtlik də bitir. Mənimçün xoşbətlik ruh rahatlığıdır, harmoniyadır. Mənim  xoşbəxtlik  düsturum Kristian Larsonun aşağıdakı bir neçə cümləsində toplaşıb. 

Özünə söz ver ki,

— O qədər güclü olacaqsan ki, heç nə sənin ruh sakitliyini poza bilməyəcək,

— Gördüyün hər insanla sağlamlıq, xoşbəxtlik və uğur haqqında danışacaqsan,

— Dostlarına hər imkanda onların nə qədər dəyərli olduğunu hiss etdirəcəksən,

— Hər şeyin işıqlı tərəfinə baxacaqsan və optimizmin ürəkdən gələcək,

— Yalnız ən yaxşı şeylər düşünəcəksən və ən yaxşılar uğrunda çalışacaqsan,

— Başqalarının uğuruna öz uğurun qədər sevinəcəksən,

Keçmişin səhvlərini unudacaqsan və gələcəyin böyük nailiyyətlərini düşünəcəksən,

— Üzündə xoşbəxt ifadə yaradacaqsan və gördüyün hər bir varlığa gülümsəyəcəksən,

Özünü inkişaf etdirməyə o qədər vaxt ayıracaqsan ki, başqalarını tənqid etməyə vaxtın qalmayacaq,

— Narahat olmayacaq qədər böyük, hirslənməyəcək qədər nəcib, qorxmayacaq qədər güclü və kədərlənməyəcək qədər xoşbəxt olacaqsan…

Bəs sənin üçün xoşbəxtlik nədir?

Şəbnəm Alməmmədova, özünə söz ver

Müəllif: Şəbnəm Alməmmədova / www.hellokishi.com

İstifadə zamanı sayta istinad mütləqdir, yazı müəllif hüquqları ilə qorunur

4 şərh

Diamonds
Çox gözəl yazıdır. Amma təkcə bu yazını oxumaq, yaxud xoşbəxt olmağın sirlərini bilmək gərək deyil. Tətbiq etmək lazımdır.


İnsanlar xoşbəxt olmaq istəsələr, onu mütləq əldə edərlər.  A.Linkoln
mirxalid
Gözəl fikirlərdir. Amma həyata keçirilməsi bir o qədər də çətindir, çünki. bu yazılanları etmək üçün çox güclü səbr və təmkin tələb olunur. İndiki dövrdə insanı səbirsizləşdirən o qədər amillər var ki…
Ferbara
Keçmişin səhvlərini unutmaq düz olmaz. Sadəcə səhvlərin səni gələcək addımları atmaqdan qorxutmadan yaddaşında qalmalıdı.
Bir də bəzən bizi gərib əsəbləşdirən şeyləri bir anda buraxmağı bacarmalıyıq. Onda çox sakit olacağıq. 
Rejissor-qiz
Men ozume soz verirem! :)