Xoşbəxt olmağın yeddi sirri

Bəzən insan böyük bir ümüdsüzlüyə düşür və onu nəyin xoşbəxt edəcəyini bilmir. Ümüd edirəm aşağıda qeyd olunanlar xoşbəxt olmağa müsbət təkan verəcək və kimisə xoşbəxt etməkdə köməyi olacaq.

1. Hər şeylə qane olmağı bacarın. Qane olmaq bacarığı sizə xoşbəxtliyin qapısını açacaq. Malik olduğunuz hər bir şeyi dəyərləndirin. Malik olduqlarını dəyərləndirə bilməyənlər xoşbəxt ola bilməzlər;

2. İnamlı olun, özünüzə və qadir olduqlarınıza inanın.
Bu sizin həyatda mövqeyinizi gücləndirəcək və siz insanlar arasında varlığınızı hiss edərək özünüzü xoşbəxt sanacaqsınız;

3. Mərhəmətli olun və bağışlamağı bacarın. Siz bununla ətrafdakılarınıza da xoşbəxtlik bəxş etmiş olarsınız. Xoşbəxt insanların arasında olmaq isə özü bir xoşbəxtlikdir;xoşbəxtlik,xoşbəxt ailə,xoşbəxt olmaq üçün

4. Keçmişdə həyatınızda baş verən xoşagəlməz hadisələri və səhvlərinizi unudun. Keçmişin yükünü çiyinlərində daşıyan insan xoşbəxt ola bilməz. Enerjinizi gələcəyiniz üçün sərf edin. Bu sizi xoşbəxtliyə aparacaq;

5. Daha çox ünsiyyətdə olmağa çalışın. Ünsiyyət tələbatını ödəyə bilməyən insanlarda özünə qapalılıq və psixoloji gərginlik yaranır ki, bu da xoşbəxt olmağın qarşısına dəmir sədlər çəkir;

6. Həyat maraqlarınızı inkişaf etdirin, nə qədər çox maraq və istəkləriniz olsa xoşbəxtliyə gedən yollarınız da bir o qədər geniş olacaq;

7. Yaşamağınızın məqsədini dərk edin. Bu məqsəd uğrunda mübarizə aparın. Çətinliklər sizi yormasın. Düşünün ki, bu çətinliklərdən keçib məqsədinizə nail olanda əsl xoşbəxtliyin ləzzətini dadacaqsınız.

Xoşbəxt olmağa tələsin. Bu sizin öz əlinizdədir.
 

8 şərh

Zeynal
Xoşbəxtlik göy qurşağı kimi gözəl və əlçatmazdı.
Əliyev
əlçatandır,lakin insanın xəbəri olmur ki əli çatıb.Xoşbəxtliyi itirəndən sonra tapır adam.
Fianda
Ömrü boyu xoşbəxt olan insanlar özlərini xoşbəxt hiss etmir.gərək arada əzab çəkək ki,xoşbəxt olanda bunu anlayaq.bir tələbə yoldaşım varidi,bütün arzularına çox tez çatırdı,çox da gözəl qız idi.xoşbəxtlikdən özünü bədbəxt kimi hiss edirdi,deyirdi ki:mən də əzab çəkmək istəyirəm,ama olmur.Qəribədir,elə deyilmi?
Cavid
Həqiqətən çox qəribədir, «xoşbəxtlikdən özünü bədbəxt kimi hiss edirdi» fikri də çox qəribədir.
burla xatun
Doğurdan da elə adamlar var ki hər şeydə bəxtləri gətirir və xoşbəxt ola bilirlər.
Nailə_Qasarayeva
Xoşbəxtlik bizim içimizdədir.
Əla topikdi.
Silen_ce
Xoşbəxt olmaq istəyirsənsə… OL!!!