İtirdiyimiz inamlar
Bilirəm, siz də kimlərəsə inanmırsınız. Amma kimlərsə sizə neyləyiblər axı? Qurunun oduna yaş yanır yavaş-yavaş...
Bu inamın itkisi indinin işi deyil. Babalardan bizə yadigardır! Məsələn: İnsanlar qırıq-qırıq səslərə inanmadılar, sözlər yarandı… İnsanlar radioya inanmadılar, eşitdikləri səsin sahibini görmək istədilər. Televizor yarandı. Və bütün bunlar hər şeyin vizuallaşmasına gətirib çıxardı.
İnsanlar telefona inanmadılar, az istifadə olunsa da, vizual funksiyalara malik telefonlar yarandı. Əvvəllər gəlinlər toyxanalara gətirilməzdi, artıq gəlinlər toylarını öz kürsülərində izləyirlər. “Gəlinlər” də artıq görünürlər. Vizuallıq dünya “qağa”nı bürüdü. Daha əllərini heç kəs arxasında gizləmir. Heç buna ehtiyac da yoxdur...
...insanlar insanlara inanmadılar. İnsanlar insanların işini yarıtmadılar. Robotlar yarandı. İnsanlar vaxtlarını düzgün bölə bilmədilər, hərdən ulduzlar, hərdən günəş adamları aldatdı. Ulduzla, günəşlə vaxtı müəyyən edə bilmədilər, saat yarandı. Sonralar insanlar günəşə, ulduza da inanmadılar.
İnsanlar gözlərinə inamadılar, gözlər də insanları aldatdı və nəticədə eynəklərimiz yarandı. İnsanlar inanmadılar ki, torpaq xəzinədir. Və onu qazıb qızıl çıxardılar, boyunlarına asdılar, barmaqlarına taxdılar. Qorxdular ki, yerdə qalsa o da çürüyüb məhv olar...
İnsanlar göylərə inanmadılar. Uçub gedib planetləri tapdılar. Amma sonra məyus olaraq yerə qayıtdılar. Tapdıqları şeylər işlərinə yaramadı.
İnsanlar İsaya inanmadılar, çarmıxa çəkdilər. İnsanlar ancaq Allaha inandılar, amma düşünmədilər ki, Allah da öz lütflərini İsa kimi bəndələri vasitəsi ilə insanlara ötürür. İndi isə onun, İsanın nə vaxtsa gələcəyinə inanırlar.
Milyon illik bir bəlaya – Eşqə inanmadılar insanlar. İnsanlar Qeysə inandılar, amma ondan daha çox sevən Məcnuna inanmadılar, dəli dedilər...
İnsanlar Allaha sözlə qovuşdular, sözlə müraciət etdilər, amma sözə inanmadılar, sözə gəlmədilər. Nəticədə müqavilələr yox, müharibələr oldu...
İnsanlar insanlara inanmadılar və sığorta şirkətləri yarandı… İnsanlar Allaha inandılar, amma səhər duran kimi yuxularını da yozmağı unutmadılar. İnsanlar alın yazılarına inanmadılar və falçılar yarandı. İnsanlar ayaqqabılarına görə ayaq ala bilmədilər. İnsanları ayaqları apardı, amma beyinləri əmr edən yerə. Allah ona görə ayağı aşağıda yerləşdirib. Ayaq həmişə başın quludu. Ona görə yazıq ayağa inanan yoxdu… Amma bizi inandığımız yerə ayaqlarımız aparır.
Atalar çox şey dedilər, hətta, bir kitablıq. Amma övladlar öz bildiklərini etdilər. Oğullar atalarına inanmadılar. Təəssüf...
Qoy yadımdaykən bunu da deyim: Atalar sözləri kitabı təkcə kitab deyil. O, həm də babalarımızın etdiyi səhvlərin nəticələridi.
İnsanlar insanlara hələ də inanmırlar. Bir ömür boyda təəssüf...İnsanların başlarına düşən daş, yarımçıq qalmış evlərinə yarımadı. Ona görə başımıza düşən daşlara inanmadıq, amma baş daşlarına yaman inandıq...Yalanlar televizordan gözümüzə, radiodan qulağımıza, havadan burnumuza girdi. Amma biz yenə evi yanan çobanın evinə tərəf öz parçımızda su daşıyırıq. Biz yalanlara yaman inanırıq.
Hə dostlarım, Heminquey çalmayacaq “Əcəl zəngi”ni, əcəl zəngini Əzrail çalacaq. Ona görə də bir-birimizi sevək, birbirimizi aldatmayaq! Atamızın adını oğlumuza qoymaqla biz öz varlığımızın müddətini uzada bilmərik. Biz öz varlığımızın, mövcudluğumuzun müddətini bir-birimizə inanaraq, bir-birimizi aldatmayaraq artıra bilərik...
© Fərid Hüseyn

21 şərh
Ümumilikdə, yaxşı yazıdı. Razılaşdığım fikirlər çoxdu. :)
İnam insanın şəxsiyyəti və qarşılağdığı hadisələrin və insanların verdiyi güvənlə bağlı bir şeydi. İnternetdən tanıdığım elə dostlarım var ki, üzlərini və üzümü görməsələr belə bir-birimizə inamımız sonsuzdur. Burda qeyd olunduğu kimi, insanlar insanlara inamadılar, eşitdikləri səsin sahibini görmək üçün televizoru və ya vizual funksiyalara malik telefonlar yaratmaqları inamla bağlı deyil. Qısası mücərrəd fikir dolu bir yazıdır.
Bir də bir-birinə inanan insanların bir-birinə inanmayan insanlardan sayca çox az olduğuna görə inamsızlıq mövzusu aktualdı.
Bu topiki paylaşmağımın ən böyük səbəbi elə son zamanlar heç kimin dilindən düşməyən «heç kimə etibar yoxdu» ifadəsidi.
Mənə görə, sonunda yanılmaq belə olsa inanmaq, etibar etmək lazımdı. Qarşımdakına inanacam, etibar edəcəm inamımı doğruldacaq dəyərli insan qazanacam, yox yanıldacaq dərs alacam. Qazanan yenə mən olacam.
İnanmamaq yerində saymaqdı əslində.
Düzdü, hamı burdakı fikirlərlə tam razılaşmalıdı deyə bir şey yoxdu. Necə deyərlər: «Hamı eyni fikirdədisə, deməli heç kim yetəri qədər düşünmür.» Fərqliliklər gözəldi. )
Maraqlı, hərtərəfli, müzakirəyə açıq topiklər userləri şərh yazmağa, müstəqil fikir söyləmə alışqanlığına cəlb etməyin ən gözəl yollarından birincisidir. Çox istərdim ən az topik nəşr edənlər qədər şərh yazan istifadəçilər olsun. Hanı..? :(
menim fikrimce bu daha yaxsidir, cunki nece nefere inanib aldanmaq -loxlanmaq, haqqinin tapdanmasini esitmek olar.
hec kes senden ustun deyil, ve her kes senin pisliyini isteyir- bu yeni nesilin beynine yeridilen fikirlerdir.
UMID EDIREM KI, INSANLAR BU MUASIR DUNYADA ovladlarimiz bir birini qardas deye cagiracaq ve destek olacaq, dar gunde му sad gunde!