Atlantik okeanı

Sahəsi 93 mln. km2 olub, 4 yarım kürədə yerləşir. O, qərbdən Amerika, şərqdən Avropa və Afrika, cənubdan Antarktida ilə əhatələnib. Ən enli yeri mülayim enliklərdədir, ekvatora yaxınlaşdıqca daralır.
Dənizləri: Azov, Qara, Egey, Adriatik, Ion, Tirren, Aralıq, Baltik, Şimal,Mərmərə, Karib, Sarqass və Uedella.
Atlantik okeanının adı qədim yunan əfsanəsinə görə bu okeanın mərkəzində olmuş və sonradan batmış Atlanta materikinin adı ilə bağlıdır. Bu okeanın öyrənilməsində - Kolumb, Magellan, C. Kuk və s. səyyahların, «Çelencers» və «Vityaz» gəmilərinin böyük rolu olub. Böyük coğrafi kəşflər dövründən bu günə qədər Atlantik okeanı dünyanın əsas su yoluna çevrilib. O, bütün okeanlarla sərbəst əlaqəyə malikdir. O, Panama kanalı, Magellan və Dreyk boğazları ilə Sakit okean ilə əlaqəlidir.
Boğazları: La-Manş, Cəbəlütarix, Dardanel, Kerç, Bosfor, Hudzon. Magellan, Dreyk.
Körfəzləri: Hudzon, Men, Müqəddəs Lavrenti, Meksika, Fandi (Şimali Amerikada), Botnik, Fin, Biskay, Riqa (Avropada), Qvineya (Afrikada).Atlantik okean
Cərəyanları okeanın formasından asılı olaraq meridian istiqamətindədir: Qolfstrim, Şimali Atlantika, Qvineya, Braziliya, Anqola, Şimali və Cənubi Passat (isti); Kanar, Labrador, Bengel, Folklend və Qərb küləkləri cərəyanları (soyuq).
Atlantik okeanının şimalında: Şimali Passat → Qolfstrim → Kanar; cənubunda isə: Cənubi Passat →Braziliya → Qərb küləkləri→Bendel cərəyanları halqavari hərəkət edirlər.
Relyefi: Atlantik okeanında meridian istiqamətində Orta Atlantik sualtı silsiləsi uzanır. O, iki okean tipli tavanın aralandığı sahəyə uyğun gəlir. Bu silsilə iki hissəyə Şimali və Cənubi Atlantika silsilələrinə ayırır. Bu silsilənin hər iki tərəfi dərin çökəklikdir. Okeanın ən dərin çökəkliyi - Puerto-Riko çökəkliyidir. (9207 m)
Iqlimi şimaldan cənuba böyük məsafədə uzandığından bütün iqlim qurşaqlarında yerləşir. Bu okeanın suları Hind və Sakit okeanın sularından daha soyuqdur. Buna səbəb Şimal Buzlu okeanından və Antarktidadan gələn suların və aysberqlərin sərinləşdirici təsiridir. Buradakı duzluluq Dünya okeanındakı orta duzluluqdan çoxdur (37‰). Çünki buxarlanan rütubətin xeyli hissəsi okeanın nisbətən ensiz olması səbəbindən küləklərlə qonşu materiklərə aparılır. Tropiklər arasındakı ərazi daha ensiz olduğundan Atlantik okeanında mərcan adaları azdır.
Atlantik okeanının daha cavan və buzlaşmaya məruz qaldığından heyvanlar aləmi kasıbdır. Bu okeanın şelf zonasında neft, Florida sahilində fosforit hasil edilir.
Yarımadalar: Yukatan, Florida, Labrador, Skandinaviya, Priney, Appenin, Balkan, Kiçik Asiya, Krim, Yutlandiya.
Adalar: Böyük Britaniya, Irlandiya, Islandiya, Siciliya, Korsika, Sardiniya, Kipr, Krit (Avropa), Kanar, Azor (Afrika), Nyufaundlend, Antil (Şimali Amerika).
Atlantik okeanı hal-hazırda öz sahəsini genişləndirir.

2 şərh

bloqçu
Sakit okeandan sonra yer üzündəki ikinci böyük (sahəsinə görə) okean! Həm də sirr dolu!
Dünya okeanı sirlərlə doludur. Sirr deyəndə ki, miflərdən, əfsanələrdən yola çıxaraq bir çoxlarının beynində bəlkə də həqiqətdir deyə düşündüyü hadisələr. Deyərdim ki, ən maraqlı miflərin başında elə məhz «Bermud üçbucağı» durur. Bilmirəm niyə indi bundan söz açdım, bəlkə də atlantik okean deyən kimi ağlıma hər zaman ilk olaraq məhz bu B.Ü gəlir… Bu, şəxsən mənim üçün həmişə maraqlı olub. Hər halda nə qədər mif adlandırılsa da Atlantik okeanın həmin sahəsi hələ də sirr olaraq qalmaqdadır.