Nefrologiya 1

1) Kliniki nefrologiyanın banisi kim olmuşdur?
 A) Y. Tareyev
 B) F. Henle
 C) M. Malpigi
 D) R. Brayt
 E) V. Boumen

Ədəbiyyat: Ə.Əliyev ad. Az.DHTİ-nun 70 illik tarixi, 2005, Bakı

2) Azərbaycanda ilk dəfə nefrologiya kafedrası nə zaman yaranmışdır?
 A) 1976- cu ildə
 B) Bütün sadalananlar düzdür
 C) 1985- cu ildə
 D) 1980- cu ildə
 E) 1983-cu ildə

Ədəbiyyat: Ə.Əliyev ad. Az.DHTİ-nun 70 illik tarixi, 2005, Bakı

3) Nefrologiya kafedrasına ilk dəfə kim rəhbərlik etmişdir?
 A) Dosent F.Z.Sərdarlı
 B) Professor N.Əfəndiyev
 C) Professor S.B.İmamverdiyev
 D) Professor F.H.Hüseynov
 E) Professor M.M.Ağayev

Ədəbiyyat: Ə.Əliyev ad. Az.DHTİ-nun 70 illik tarixi, 2005, Bakı

4) Nefrologiya kafedrasının ilk professoru kim olmuşdur?
 A) Professor M.M.Ağayev
 B) Professor F.H.Hüseynov
 C) Professor İ.H.Fiqarov
 D) Professor S.B.İmamverdiyev
 E) Professor N.Əfəndiyev

Ədəbiyyat: Ə.Əliyev ad. Az.DHTİ-nun 70 illik tarixi ,2005, Bakı

5) İlk dəfə Zakafkaziyada böyrək köçürülməsi əməliyyatı kim tərəfindən və neçənci ildə aparılmışdır?
 A) Professor N.Əfəndiyev, 1982 ildə
 B) Akademik M.C.Cavad-zadə, 1971-ci ildə
 C) Professor M.M.Ağayev, 1980 ildə
 D) P.S.Malkov, 1959 ildə
 E) Professor S.B.İmamverdiyev, 1983 ildə

Ədəbiyyat: Akademik MirMəmməd Cavad oğlu Cavad-zadə,Çaşıoğlu,2002,Bakı
Böyrəklərin anatomiyası və fiziologiyası.

6) Normada sağ böyrəyin skeletopiyasının düzgün variantı hansıdır?
 A) XI döş fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarı qədər
 B) XI döş fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarı qədər
 C) I bel fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarı qədər
 D) XII döş fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarı qədər
 E) I bel fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarı qədər

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

7) Hоmеоstаz nə deməkdir?
 A) Qаnın həcminin sаbitliyidir
 B) Orqаnizmin dахili mühitinin sаbitliyidir
 C) Turşu-qələvi müvаzinətinin sаbitliyidir
 D) Su-еlеktrоlit bаlаnsının sаbitliyidir
 E) Qаnın iоn tərkibinin sаbitliyidir

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

8) Normada böyrək qapısı hansı səviyyədə yerləşir?
 A) I bel fəqərəsinin yuxarı hüdudunda
 B) III-IV bel fəqərələrinin səviyyəsində
 C) XI - XII döş fəqərələrinin səviyyəsində
 D) I-II bel fəqərələrinin səviyyəsində
 E) Qadınlarda kişilərə nisbətən daha yüksəkdədir

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

9) Fəqərə sütununa nisbətən böyrəklərin yerləşməsi hansı bucaq altında olur?
 A) Paralel olaraq
 B) Asimmetrik olaraq 45° bucaq altında
 C) Simmetrik olaraq 45° bucaq altında
 D) Asimmetrik olaraq 30° bucaq altında
 E) Simmetrik olaraq 30° bucaq altında

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

10) Malpigi piramidləri nədən ibarətdir?
 A) Qabıq maddəsindən
 B) Qabıq maddəsindən və daxili beyin təbəqəsindən
 C) Daxili beyin təbəqəsindən
 D) Qabıq maddəsindən və xarici beyin təbəqəsindən
 E) Xarici və daxili beyin təbəqəsindən

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

11) Böyrək "kökü" nədən ibarətdir?
 A) Sidik axarı
 B) Böyrək arteriyası və venası
 C) Sidik axarı, böyrək sinirləri və limfatik düyünlər
 D) Sidik axarı, böyrək arteriyası və venası
 E) Böyrək venası və sidik axarı

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

12) Böyrək arteriyası böyrək qapısına girərək hansı damarlara bölünür?
 A) Gətirici arteriyalara
 B) Payarası arteriyalara
 C) Çıxarıcı arteriyalara
 D) Qövsvarı arteriyalara
 E) Paycıqarası arteriyalara

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

13) Kortikal nefronların çıxarıcı arteriolaları yumaqcıq kapsuladan çıxaraq hansı kapilyarlara bölünürlər?
 A) Henle ilgəyinin nazik siqmentlərini örtük kimi əhalə edən
 B) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin düz arteriyalarını əmələ gətirir
 C) Toplayıcı borucuqları örtük kimi əhatə edən
 D) Proksimal və distal kanalcıqları örtük kimi əhatə edən
 E) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin venulalarını əmələ gətirir

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

14) Yukstamedulyar nefronların çıxarıcı arteriolası, kapsuladan çıxaraq hansı kapilyarlara bölünür?
 A) Düz boruları örtük kimi əhatə edn
 B) Proksimal və distal kanalcıqları örtük kimi əhatə edən
 C) Henle ilgəyinin nazik seqmentini örtük kimi əhatə edən
 D) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin düz arteriyalarını əmələ gətirən
 E) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin venulalarını əmələ gətirən

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

15) Düz arterialar və venalar harada yerləşir?
 A) Malpiqi piramidlərində
 B) Qabıq maddəsində
 C) Qabıq və beyin maddələrin arasında
 D) Beyin maddəsin çıxıntılarında
 E) Xarici və daxili beyin təbəqələrinin arasında

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

16) Böyrəyin limfatik sistemi hansı proseslərin funksional tabesindədir?
 A) Bütün göstərilən proseslərin
 B) Kanalcıqların reabsorbsiyasının
 C) Göstərilən proseslərin hec birinin
 D) Yumaqcıq filtrasiyasının
 E) Kanalcıqların sekresiyasının

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

17) Böyrəklərin kanalcıq aparatının innervasiyasında hansı sinirlər iştirak edirlər?
 A) Adrenergik
 B) Autorequlyasiya olur
 C) Xolinerqik
 D) Adrenergik və xolinerqik
 E) İnnervasiya olmur

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

18) Hansı hüceyrələr yukstaqlomerulyar apparatın əsas morfoloji elementləridir?
 A) Epitelioid və qalın (Macula densa)
 B) Qurmaqtiq
 C) Qalın və qurmaqtiq
 D) Epitelioid (qranulyar) və mezangial
 E) Epitelioid, qalın, mezangial və qurmaqtiq

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

19) Epitelioid hüceyrələr əsasən harada yerləşir?
 A) Vaza afferens divarında
 B) Bütün göstərilən yerlərdə
 C) Yumaqcıqda
 D) Vaza efferens divarında
 E) Vaza afferens və vasa efferens arasında yerləşən üçbucaqda

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

20) Hiperkaliemiya nə zaman müşahidə olunur?
 A) Kəskin böyrək çatmamazlığında
 B) Sadalananlardan heç birində
 C) Xroniki böyrək çatmamazlığında
 D) Bütün sadalanan vəziyyətlərdə
 E) Asidozda

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

21) Hipokaliemiya nə zaman müşahidə olunur?
 A) Poliuriyada
 B) Sadalananlardan heç birində
 C) Xroniki böyrək çatmamazlığında
 D) İnterstisial nefritdə
 E) Bütün sadalanan vəziyyətlərdə

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

22) Ketonuriya (asetonuriya) nə zaman müşahidə olunur?
 A) Şəkərli diabetdə
 B) Bütün sadalananlarda
 C) Karbohidrat aclığında
 D) Sadalananların heç birində
 E) Cərrahi əməliyyatlardan sonra

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

23) Renin hansı hüceyrələr vasitəsi ilə sekresiya edilir?
 A) Epitelioid, qalın, mezangial və qurmaqtiq
 B) Epitelioid (qranulyar)
 C) Epitelioid və qalın (Macula densa)
 D) Qalın və qurmaqtiq
 E) Qurmaqtiq

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

24) Aşağıda göstərilən maddələrin hansı sərt cisim "makula densa" - da ifraz olunur?
 A) Prostaqlandinlər, renin, kallikrein - kinin
 B) Prostaglandinlər
 C) Renin
 D) Renin, prostaglandinlər
 E) Kallikrein-kinin

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

25) Prostaglandinlər hansı effektləri yaradırlar?
 A) Depressor effekt və antidinretik hormonun sekresiyasının stimulyasiyasını
 B) Vazodilatasiyanı və urokinaza sintezinin stimulyasiyasını
 C) Vazodilatasiyanı və Na-urezi
 D) Vazodilatasiyanı və vasopressin sekresiyasının stimulyasiyasını
 E) Depressor effekt və renin sekresiyasının stimulyasiyasını

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

26) Qanın formalı elementləri üçün filtr rolunu nə oynayır?
 A) Bazal membranın məsamələri
 B) Yarığabənzər membranlar
 C) Endotelial təbəqənin məsamələri
 D) Fırça haşiyəsi
 E) Podositlərin çıxıntıları

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

27) Henle ilgəyinin hüceyrələrində mitoxondrilər harada yerləşir?
 A) Mitoxondrilər çoxdur
 B) Mitoxondrilər yalnız Henle ilgəyinin qalxan hissəsində yerləşir
 C) Mitoxondrilər yalnız yukstamedulyar nefronlarda yerləşir
 D) Mitoxondrilər yoxdur
 E) Mitoxondrilər yalnız kortikal nefronlarda yerləşir

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

28) "Distal nefron" nədən ibarətdir?
 A) Nefronun bütün hissəsi Henle ilgəyinin yoğun qalxan şöbəsindən başlayaraq
 B) Nefronun bütün hissəsi Henle ilgəyinin nazik şöbəsindən başlayaraq
 C) Distal qıvrım kanalcıqlarından
 D) Yığıcı borulardan və bellini axınından
 E) Nefronun bütün hissəsi distal qıvrım kanalcıqlardan başlayaraq

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

29) Böyrəklər hansı maddələrin mübadilə proseslərində iştirak edirlər?
 A) Karbohidratların
 B) Mineralların
 C) Zülalların
 D) Piylərin
 E) Bütün göstərilən maddələrin

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

30) Yumaqcıqlarda ultrafiltrasiya prosesi hansı təzyiq hesabına əmələ gəlir?
 A) Plazma zülallarının onkotik təzyiqi
 B) Bütün göstərilən səbəblər
 C) Provizor sidiyin osmotik təzyiqi
 D) Səbəblərin heç biri
 E) Qanın hidrostatik təzyiqi

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

31) Hüceyrəxarici mayenin həcminin requlyasiyasına aldesteronun təsir mexanizmi nədən ibarətdir?
 A) Kaliumun ekskresiyasının artması
 B) Kanalcıqlarda natriumun reabsorbsiyasının artması
 C) Antidiuretik hormonun sekresiyası
 D) Kaliumun ekskresiyasının azalması
 E) Kalsiumun ekskresiyasının artması

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

32) Hansı hüceyrə elementləri böyrəklərin alıtorequlyasiya funksiyasını təmin edir?
 A) Yumaqcıqların mezangial hüceyrələri
 B) Epitelioid hüceyrələr
 C) Bütün sadalananalar düz deyil
 D) Bütün sadalananlar düzdür
 E) Qalın hüceyrələr "Makula densa"

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

33) Nefroloji təcrübədə yumaqcıq filtrasiyasının sürəti hansı maddənin klirensi ilə müəyyən edilir?
 A) Kreatininin
 B) Elektrolitlərin
 C) Sidik cövhərinin
 D) Qlükozanin
 E) Albuminin

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

34) Yumaqcıq bazal membranının elektrik yükü hansıdır?
 A) Müsbət
 B) Mənfi
 C) Neytral
 D) Kortikal nefronlarda müsbətdir
 E) Yukstamedulyar nefronlarda müsbətdir

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

35) Böyrəklərdə sidik cövhəri və sidik turşusu hansı proseslərə məruz qalır?
 A) Filtrasiya, sekresiya
 B) Filtrasiya, reabsorbsiya
 C) Sidik cövhəri filtrasiya olunur, sidik turşusu sekresiya olunur
 D) Filtrasiya, reabsorbsiya, yalnız sidik turşusu sekresiya olunur
 E) Filtrasiya, reabsorbsiya, sekresiya

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

36) Reninin təsirindən hansı proseslər yaranır?
 A) Gətirici arteriolanın sıxılması
 B) Bazal membranın məsamələrinin kiçilməsi
 C) Zülal reabsorbsiyasının azalması
 D) Gətirici arteriolanın genəlməsi
 E) Yumaqcığın kapilyar ilgəklərinin hipertrofiyası

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

37) Nefronun hansı hissəsində su reabsorbsiya olunmur?
 A) Yığıcı borularda
 B) Henle ilgəyinin qalxan seqmentində
 C) Proksimal kanalcıqlarda
 D) Bütün nefron boyu
 E) Henle ilgəyinin enən seqmentində

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

38) Antidinretik hormon harada təsir göstərir?
 A) Yığıcı borucuqlarda
 B) Proksimal kanalcıqlarda
 C) Distal kanalcıqlarda
 D) Henle ilgəyində
 E) Bütün nefron boyu

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

39) Eritropoetin hansı effektləri yaradır?
 A) Bütün göstərilən proseslər
 B) Eritropoetinin bərpası
 C) Eritrositlərin həyat müddətlərinin uzadılması
 D) Eritropoetik porfiriya
 E) Anabolik effekt

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

40) D3 vitamini Ca rezorbsiyasını harada stimullaşdırır?
 A) Yığıcı borularda
 B) Kanalcıqlarda və bağırsaqda
 C) Kanalcıqlarda
 D) Yığıcı borularda və kanalcıqlarda
 E) Bağırsaqda

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

41) Reninin sekresiyası nə zaman artır?
 A) Hipovolemiya zamanı
 B) Bütün göstərilən vəziyyətlərdə
 C) Göstərilən vəziyyətlərin heç birində
 D) Natrium az miqdarda orqanizmə daxil olduqda
 E) Afferent arteriolalarında perfuzion təzyiqin enməsi zamanı

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

42) Normada böyrəklərin uzunluğu neçə santimetrdir?
 A) 5 sm
 B) 3 sm
 C) 20 sm
 D) 12 sm
 E) 30 sm

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

43) Normada sol böyrəyin skeletopiyasının düzgün variantı hansıdır?
 A) XII döş fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarına qədər
 B) XI döş fəqərəsindən III bel fəqərəsinin yuxarı kənarına qədər
 C) I bel fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarına qədər
 D) XII döş fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarına qədər
 E) I bel fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarına qədər

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

44) Böyrəklərin inkretor funksiyasına nə aiddir?
 A) Reninin ifrazı
 B) Kininlərin sintezi
 C) Prostaqlandinlərin sintezi
 D) Eritropoetinin əmələ gəlməsi
 E) Bütün sadalananlar

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

45) Böyrəklərin inkretor fəaliyyəti nəticəsində hansı maddələr xaric olmur?
 A) Renin
 B) Prostaqlandinlər
 C) Sidik cövhəri
 D) Endotelin
 E) Eritropoetin

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

46) İltihab əleyhinə qeyri steroid preparatlar hansı maddələrin sintezini pozur?
 A) Eritropoetininin
 B) Sadalananların heç birini
 C) Bütün sadalanan maddələri
 D) Reninin
 E) Prostaqlandinlərin

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

47) Saluretiklərin təsir mexanizmləri hansıdır?
 A) Fosforun reabsorbsiyasını blokada edirlər
 B) Natriumun reabsorbsiyasına təsir göstərmirlər
 C) Natriumun reabsorbsiyasını blokada edir
 D) Natriumun reabsorbsiyasını artırırlar
 E) Sulfat ionlarının reabsorbsiyasını blokada edir

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

48) Normada böyrəklərin ölçülərinin düzgün variantı hansıdır?
 A) Uzunluğu 10-12 sm; eni 2-3 sm; qalınlığı 1-2 sm
 B) Uzunluğu 12-14 sm; eni 5-7 sm; qalınlığı 2-3 sm
 C) Uzunluğu 10-12 sm; eni 5-7,5 sm; qalınlığı 2,5-3 sm
 D) Uzunluğu 12-14 sm; eni 7-8 sm; qalınlığı 5-6 sm
 E) Uzunluğu 8-10 sm; eni 2-3 sm; qalınlığı 1-2 sm

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

49) Böyrək qapısında böyrək arteriyası, venası və sidik axarı hansı ardıcıllıqda yerləşir? (baxış qabaqdan)
 A) Vena- arteriya- sidik axarı
 B) Arteriya- vena - sidik axarı
 C) Sidik axarı- arteriya - vena
 D) Heç bir variant düz deyil
 E) Sidik axarı-vena- arteriya

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

50) Böyrək parenximasının hansı hissəsınin qan dövranı normada daha yaxşıdır?
 A) Bütün hissələrin qan dövranı eynidir
 B) Daxili beyin maddənin
 C) Xaric beyin maddənin
 D) Böyrək məməcikləri hissəsi
 E) Qabıq maddənin

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

51) Böyrək (Malpigi) cismini nə əmələ gətirir?
 A) Boumen-Şumlyanski kapsulası, yukstaqlomerulyar apparatı
 B) Boumen-Şumlyanski kapsulası, proksimal kanalcığın qıvrım hissəsi
 C) Yumaqcıq kapillyarları, Boumen-Şumlyanski kapsulası
 D) Yalnız Boumen-Şumlyanski kapsulası
 E) Yalnız yumaqcıq kapillyarları

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

52) Böyrəyin beyin maddəsini nə təşkil edir?
 A) Piramidlər
 B) Nefronlar
 C) Proksimal kanalcıqlar
 D) Yığıcı borucuqlar
 E) Distal kanalcıqlar

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

53) Yukstamedulyar nefronlar hansılardır?
 A) O nefronlar ki, böyrək cisimlərinin böyrək kapsulasından 1mm həddində yerləşir
 B) O nefronlar ki, böyrək cisimlərinin daxili beyin maddəsində yerləşir
 C) O nefronlar ki, böyrək cisimlərinin qabıq və beyin maddəsinin sərhəddinin üstündə yerləşir
 D) O nefronlar ki, böyrək cisimlərinin xaric beyin maddəsində yerləşir
 E) O nefronlar ki, böyrək cisimlərinin qabıq maddəsinin mərkəzində yerləşir

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

54) Böyrəyin yukstaqlomerulyar apparatı harada yerləşir?
 A) Boumen-Şumlyanski kapsulasında
 B) Distal qıvrım kanalcıqda
 C) Böyrək cisminin afferent və efferent arteriolaların arasında
 D) İnterstisiyada
 E) Proksimal qıvrım kanalcıqda

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

55) Homeostaz nə deməkdir?
 A) Sadalananların heç biri
 B) Hüceyrədaxili mühitin sabitliyi
 C) Hüceyrəxarici mühitin sabitliyi
 D) Daxili mühitin sabitliyi
 E) Bütün sadalananlar

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

56) Hüceyrədaxilində əsasən hansı kation yerləsir?
 A) K
 B) Cl
 C) Na
 D) Ca
 E) Fe

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

57) Hüceyrəxaricində əsasən hansı kation yerləsir?
 A) K
 B) Cl
 C) Ca
 D) Fe
 E) Na

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

58) Böyrəyin struktur vahidi hansıdır?
 A) Kanalcıqlar
 B) Piramidlər
 C) Şumlyanski-Boumen kapsulası
 D) Bütün sadalananlar
 E) Nefron

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

59) Nefronun hansı hissəsində Na-un reabsorbsiyası baş verir?
 A) Proksimal
 B) Birləşdirici borular
 C) Henle ilgəyi
 D) Distal
 E) Bütün şöbələrdə

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

60) Antidiuretik hormonun nefronda təsir yeri haradır?
 A) Distal hissə
 B) Henle ilgəyinin qalxan hissəsi
 C) Birləşdirici borucuqlar
 D) Henle ilgəyinin enən hissəsi
 E) Proksimal hissə

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

61) Nefronun hansı hissəsində suyun fakultativ reabsorbsiyası baş verir?
 A) Birləşdirici borucuqlar
 B) Distal hissə
 C) Bütün şöbələrdə
 D) Henle ilgəyinin
 E) Proksimal hissə

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

62) Antidiuretik hormon harada əmələ gəlir?
 A) Hipofizin arxa payı
 B) Hipofizin ön payı
 C) Hipotalamus
 D) Böyrəküstü vəzin qabıq qatı
 E) Böyrəküstü vəzin beyin qatı

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

63) Aldosteron harada əmələ gəlir?
 A) Böyrəküstü vəzin qabıq qatı
 B) Hipofizin ön payı
 C) Böyrəküstü vəzin beyin qatı
 D) Hipotalamus
 E) Hipofizin arxa payı

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

64) Antidiuretik hormonun təsir mexanizmi nədir?
 A) Suyun sekresiyası
 B) Na sekresiyası
 C) Suyun reabsorbsiyası
 D) Na reabsorbsiyası
 E) Bütün sadalananlar

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

65) Parat hormon nəyin reabsorbsiyasına təsir göstərir?
 A) Amin turşuların
 B) Maqneziumun
 C) Natriumun
 D) Fosfatların
 E) Kaliumun

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

66) Aldosteronun təsir mexanizmi nədən ibarətdir?
 A) K sekresiyasından
 B) Suyun reabsorbsiyasından
 C) Na sekresiyasısindan
 D) Na reabsorbsiyasından
 E) Bütün sadalananlardan

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

67) Adekvat diurez nə deməkdir?
 A) Qəbul və xaric olunan mayelər bərabərdir
 B) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər azdır
 C) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər çoxdur
 D) Qəbul olunan maye 300-400 ml xaric olunan mayedən çoxdur
 E) Qəbul olunan maye 300-400 ml xaric olunan mayedən azdır

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

68) Böyrəyin yukstaqlomerulyar apparatını nə təşkil edir?
 A) Qurmaqtiq hüceyrələri, afferent arteriola, efferent arteteriola
 B) Mezanqial hüceyrələr, afferent arteriola, efferent arteteriola
 C) Qranulyar hüceyrələr, bərk cismin hüceyrələri,Qurmaqtiq hüceyrələri, mezanqial hüceyrələr
 D) Bərk cismin hüceyrələri, afferent arteriola, efferent arteteriola
 E) Qranulyar hüceyrələr, afferent arteriola, efferent arteteriola

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

69) Böyrəklərin funksiyaları hansılardır?
 A) Su-elektrolit balansının requlyasiyası, mübadilənin son məhsullarının ekskresiyası, yad kimyəvi birləşmələrin ekskresiyası, zülalın sintezi, hormonların sekresiyası
 B) Su-elektrolit balansının requlyasiyası, mübadilənin son məhsullarının ekskresiyası, yad kimyəvi birləşmələrin ekskresiyası, qlukoneogenez, hormonların sekresiyası
 C) Sadalanların heç biri düz deyil
 D) Su-elektrolit balansının requlyasiyası, mübadilənin son məhsullarının ekskresiyası, qlukoneogenez, hormonların sekresiyası
 E) Su-elektrolit balansının requlyasiyası, mübadilənin son məhsullarının ekskresiyası, yad kimyəvi birləşmələrin ekskresiyası, qlukoneogenez, zülalın sintezi

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

70) 1,25 dihidroksi vitamin D3 yaradan hüceyrələr böyrəkdə harada yerləşir?
 A) Yığıcı borularda
 B) Distal kanalcıqlarda
 C) Yumaqcıq ilgəklərində
 D) Proksimal kanalcıqlarda
 E) İnterstisiyada

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

71) Peritubulyar kapilyar toru nədir?
 A) Sadalananlardan hamısı düzdür
 B) Boumen-Şumlyanski kapsulasını qidalandıran tor
 C) Proksimal qıvrım, distal qıvrım kanalcıqları qidalandıran tor
 D) Malpiqiyev cismini qidalandıran tor
 E) Sadalananlardan hec biri düz deyil

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

72) A.rectae renalis harada yerləşir?
 A) Daxili beyin maddədə və xarici beyin maddədə
 B) Hec biri düz deyil
 C) Xarici beyin maddədə
 D) Daxili beyin maddədə
 E) Qabıq maddədə

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

73) Hansı fikir düzdür?
 A) Hec biri düz deyil
 B) Böyrəkdə kortikal (böyük) və yukstamedulyar (kiçik) qan dövranı yoxdur
 C) Böyrəkdə bir qan dövranı var: yukstamedulyar (kiçik)
 D) Böyrəkdə iki qan dövranı var: kortikal (böyük) və yukstamedulyar (kiçik)
 E) Böyrəkdə bir qan dövranı var: kortikal (böyük)

Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

74) Truet şuntu nə deməkdir?
 A) Bu şunt ilə qan qabıq maddəni ötərək piramidlərə axır
 B) Sadalananlardan hamısı düzdür
 C) Sadalananlardan heç biri düz deyil
 D) Bu şunt gətirici və çıxarıcı arteriola arasında yerləşir
 E) Bu şunt ilə qan beyin maddəni ötərək qabıq maddəyə axır

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

75) Glomerulyar kapillyar hansı qatlardan ibarətdir?
 A) Endoteldən
 B) Endoteldən, bazal membrandan, epiteldən
 C) Endoteldən və epiteldən
 D) Bazal membrandan
 E) Epiteldən

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

76) Yarığabənzər diafraqma glomerulyar filtrın hansı qatında yerləşir?
 A) Qatların heç birində
 B) Bazal membranda
 C) Bütün qatlarda
 D) Endotelial qatda
 E) Epitelial qatda

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

77) Hansı fikir düzdür?
 A) Bazal membrana kiçik dispersli zülallara keçici, hüceyrə elementlərinə keçici deyil
 B) Bazal membrana yalnız zülallara keçici deyil və hüceyrə elementlərınə keçicidir
 C) Bazal membrana kiçik dispersli zülallara və hüceyrə elementlərinə keçicidir
 D) Bazal membrana zülallara və hüceyrə elementlərinə keçici deyil
 E) Bazal membrana zülallara və hüceyrə elementlərinə keçicidir

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

78) Mezangial matriks harada yerləşir?
 A) Yumaqcıq kapillyarların ilgəklərinin arasında
 B) Proksimal kanalcıqlarda
 C) İnterstisiyada
 D) Yığıcı borucuqlarda
 E) Distal kanalcıqlarda

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

79) Sidiyin turş reaksiyası Ph-ın hansı göstəricisində müşahidə olunur?
 A) Ph=7
 B) Ph=8
 C) Ph =4,5
 D) Ph=6
 E) Ph=6,5

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

80) Sidiyin qələvi reaksiyası Ph-ın hansı göstəricisində müşahidə olunur?
 A) Ph=5
 B) Ph=7,5
 C) Ph=5,5
 D) Ph=6
 E) Ph=4,5

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

81) Sidiyin turşlanmasına hansı məhsullar səbəb olur?
 A) Tərəvəz
 B) Ət
 C) Süd
 D) Meyvələr
 E) Çörək

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

82) Sidiyin qələviləşməsinə hansı məhsullar səbəb olur?
 A) Bulyonlar
 B) Qaraciyər
 C) Kolbasa
 D) Paxlalılar
 E) Süd məhsulları

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

83) Sadalanan halların hansında dehidratasiya müşahidə olunmur?
 A) Ağır yanıqlarda
 B) Böyrək sancısında
 C) Dayanmadan qusmada
 D) Poliuriyayada
 E) Profuz qanaxmalarda

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

84) Hansı kanalcıqların hüceyrələrinə fırça haşiyəsi xarakterikdir ?
 A) Yığıcı boru
 B) Henle ilgəhi
 C) Düz distal
 D) Proksimal qıvrım
 E) Distal qıvrım

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

85) Böyrək kanalcığının hansı hissəsində 60% elektrolitlər, 90% çox bikarbonatlar və su, tam amin turşuları, şəkər, kiçik dispersli zülallar reabsorbsiya olunur?
 A) Düz distal
 B) Distal qıvrım
 C) Yığıcı boru
 D) Henle ilgəhi
 E) Proksimal qıvrım

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

86) Böyrək kanalcığının hansı hissəsində elektrolitlərin və suyun reabsorbsiyası (aldesteron, antidiuretik, prostaqlandinlər) hormonları ilə tənzimlənir?
 A) Proksimal qıvrım
 B) Henle ilgəyinin enən hissəsi
 C) Henle ilgəyinin qalxan hissəsi
 D) Distal
 E) Proksimal düz

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

87) Nefronun hansı hissəsində makula densa (bərk cism) yerləşir?
 A) Düz proksimal
 B) Yığıcı boru
 C) Distal qıvrım
 D) Henle ilgəhi
 E) Proksimal qıvrım

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

88) Yukstamedulyar nefronların yumaqcıqları harada yerləşir?
 A) Sadalananlar düzdür
 B) Daxili beyin maddədə
 C) Qabıq maddədə
 D) Piramidlərdə
 E) Xaric beyin maddədə

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

89) Yığıcı borucuqlar haraya açılırlar?
 A) Sidik axarına
 B) Kiçik kasacıqlara
 C) Boumen-Şumlyanski kapsulasına
 D) Böyük kasacıqlara
 E) Böyrək ləyəninə

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

90) Anatomik olaraq normada böyrəklərdə hansı elementlər çoxdur?
 A) Kiçik kasacıqlar
 B) Böyük kasacıqlar
 C) Eyni miqdardadırlar
 D) Piramidlər
 E) Böyrək məməcikləri

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

91) Ultrafiltrasiya prosessi harada keçir?
 A) Henle ilgəhində
 B) Proksimal qıvrım kanalcıqda
 C) Distal kanalcıqda
 D) Böyrək yumaqcıqlarında
 E) Proksimal düz kanalcıqda

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

92) Böyrəklərdə ultrafiltrasiya prosessi nədən asılıdır?
 A) Bütün parametrlərdən
 B) Yalnız kapillyarlarda hidrostatik təzyiqdən
 C) Yalnız kapilyarlarda zülalların onkotik təzyiqindən
 D) Başqa parametrlərdən
 E) Yalnız yumaqcıq kapsulasının təzyiqindən

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

93) Böyrəklərin hansı hissəsində osmotik qatılıq yüksəkdir?
 A) Sadalananların hamısında
 B) Daxili beyin maddədə
 C) Qabıq maddədə
 D) Xaric beyin maddədə
 E) Bütün bölmələrdə eynidir

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

94) Sidiyin osmotik qatılığında nə əsas rol oynayır?
 A) Sadalananların hamısı
 B) Sadalananların heç biri
 C) Sidik cövhəri
 D) Şəkər
 E) Zülal

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

95) Maddənin klirensi nə deməkdir?
 A) Sadalananların hamısı
 B) Ultrafiltratın 1 ml olan maddənin miqdarıdır
 C) Vaxt vahidi ərzində maddənin böyrəklərlə təmizlənən qan həcmi
 D) Sadalananların heç biri
 E) Vaxt vahidi ərzində böyrəklərdən filtrasiya olunan maddə miqdarı

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

96) İnulinin klirensi nəyə bərabərdir?
 A) YFS-dən aşağıdır
 B) 0 bərabərdir
 C) Yumaqcıq filtrasiyasının sürətinə (YFS)
 D) YFS-dən yuxarıdır
 E) Düzgün cavab yoxdur

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

97) Yumaqcıq filtrasiyasının sürətini (YFS)təyin etmək üçün, istifadə edilən maddələr hansı tələblərə cavab verməlidirlər?
 A) Tam filtrasiya, reabsorbsiya və sekresiya olmalıdırlar
 B) Tam filtrasiya və sekresiya olmalıdırlar, reabsorbsiya olmamalıdırlar
 C) Filtrasiya, reabsorbsiya və sekresiya olmamalıdırlar
 D) Tam filtrasiya olmalıdırlar, reabsorbsiya və sekresiya olmamalıdırlar
 E) Filtrasiya olmamalıdırlar, reabsorbsiya və sekresiya tam olmalıdırlar

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

98) Yumaqcıq filtrasiyasının sürətini (YFS) təyin etmək üçün, istifadə edilən hansı maddələrdir?
 A) Sidik cövhəri
 B) Endogen, ekzogen kreatinin
 C) Qeyd olunanların hamısı
 D) Qeyd olunanlardan heç biri
 E) İnulin

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

99) Yumaqcıq filtrasiyasının sürəti (YFS) neçəyə bərabərdir?
 A) Kişilər və qadınlar üçün eynidir
 B) Kişilər üçün 130-150ml/dəq; qadınlar üçün 128-140 ml/dəq
 C) Kişilər üçün 97-137ml/dəq; qadınlar üçün 88-128 ml/dəq
 D) Sadalananların heç biri düz deyil
 E) Kişilər üçün 60-97ml/dəq; qadınlar üçün 50-88 ml/dəq

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

100) Yumaqcıq filtrasiyasının sürətinin (YFS) normada artması hansı vəziyyətlərdə ola bilər?
 A) Hamiləlik zamanı
 B) Çox miqdarda maye qəbul etdikdə
 C) Hamiləlik zamanı və yüksək zülallı qida qəbul etdikdə
 D) Fiziki yüklənmədə
 E) Yüksək zülallı qida qəbul etdikdə

Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

 

0 şərh