Kompüterdə yeni yazı dilini necə quraşdırmalı.

Misal kimi Azərbaycan dilinin kompüterdə quraşdırılmasını izah edəcəm. İşçi stolun (başqa sözlə desək, monitorun) aşağı sağ küncündə siz dil, saat, tarix və sairə görə bilərsiniz. 

dil və saat

Şəkildə dil (EN) yazısı olan düymədi. Həmin düymənin üzərinə kursoru gətirib mouse-un sağ düyməsini basaraq menyu açırıq. Bu menyudan Параметры (Properties) sol düymə ilə seçilir.

Menyu

Языки и службы текстового ввода adlı kiçik pəncərə açılacaq.


Pəncərə

Bu pəncərədə Əlavə et (Add) düyməsini basıb açılan ikinci pəncərədən yeni dil əlavə edə bilərik. 


İkinci pəncərə

Bu pəncərədə bütün dillərin siyahısı var. Siyahıdan «Азербайджанский, латиница (Азербайджан)» tapıb qarşısındakı + düyməsinə basaraq altsiyahını açırıq və Азербайджанская (латиница) qeyd edərək (yəni quş qoyuruq) aktivləşdiririk. Ok düyməsini basırıq. İkinci pəncərə bağlanır.

Pəncərə dil

 Birinci pəncərədə Azərbaycan dilinin əlavə olunduğunu görəcəksiniz. Əgər Azərbaycan dilinin siyahıda yerini dəyişmək istəyirsinizsə. Azərbaycan dilini kursorla seçib həmin pəncərənin sağında yerləşən Yuxarı, ya da Aşağı düymələrindən istifadə edə bilərsiniz. Bundan sonra Ok düyməsini basmaqla işi tamamlamış olacaqsınız.

6 şərh

pascal
Nə gözəl… Əyani-vəsait kimi topik. Sağ olun Ferbara. Arada belə topiklər də lazımdır. Ehtiyacı olanlar istifadə edə bilər.
Ferbara
Sadə dildə yazdım ki, rahat olsun. :) Dəyərə görə təşəkkür. :)
pascal
Ferbara, çox gözəl aydınlatmısınız. Davamı da olsa, əla olar. Mütləq deyil ki, kiməsə nəsə lazım olsun, istəsin, sonra bura yerləşdirəsiz. :)
Ferbara
İnşallah, başqa sahələri də nəzərdən keçirib topik yerləşdirərəm. :)
Deha
Məndə Pascal-a qoşuluram.Bu yazının mənə də çox köməyi olub.Təşəkkürlər Ferbara
azadmamedov90
Məndə bu var. Az Font da var, ama yazı yazanda nə isə öz özünə dəyişir. Məndəki Az Fontdadı məsələ deyəsən. yenədə təşəkkürlər.