İnformasiya cəmiyyətinin 100 əsas anlayışı (1-20)

Sizə İnformasiya cəmiyyətinin 100 əsas anlayışını təqdim etmək istəyirəm.

1. Aktiv idarəetmə

Müəssisələr, təşkilatlar və vətəndaş qrupları tərəfindən öz maraq və arzularının formalaşdırıl­ma­sını, hüquqlarının, vəzifələrinin həyata keçirilməsini, eləcədə fikir ayrılıqlarının aradan qaldırılmasını nəzərdə tutan prosesdir. Bu proses cəmiyyətin istər yerli və regional, istərsə də milli və qlobal səviyyədə daha şəffaf və səmərəli idarəetmə formalarından istifadə etməsini təmin edən, elmi cəhətdən əsaslandırılmış metodların tapılmasını zəruri edir.

2. Biznes üçün biznes

1. Qeyri-formal termindir, kompaniyalar arasında mal, xidmət və informasiya mübadiləsi prosesini ifadə edir. Bu prosesdə malın və ya xidmətin son fiziki istehlakçısı iştirak etmir. Adətən müəyyən sahələrə aid olan portalların tərkib hissəsədir.

2. Müəssisələr arasındakı razılaşmaların elektron formada həyata keçirilməsini nəzərdə tutan, biznesin elektron modelidir.

3. Biliklərə əsaslanan iqtisadiyyat

Ümumi daxili məhsulun böyük bir payının informasiya və biliklərin istehsalı, işlənilməsi, saxlanması və yayılması fəaliyyəti nəticəsində təmin olunan iqtisadiyyat.

4. Dünya hörümçək toru(www termini ilə sinonimdir.)

1. Dünyanın müxtəlif coğrafi məkanında yerləşmiş serverlərdəki informasiyalara müraciəti təmin edən İnternet xidmətidir.

2. Hipermediadan istifadə etməklə informasiya məkanı formalaşdıran İnternet xidmətidir. Hər bir sənəddən təsvirlərə, səslərə və ya digər sənədlərə linklər ola bilər.

5. Distant təhsil
(Distance education)

1. Elektron və ənənəvi rabitə vasitələrinin köməyi ilə təhsil mərkəzindən məsafədə yerləşən şəxslərin tədris-idrak fəaliiyətlərinin məqsədyönlü və metodik təşkil olunmuş rəhbərliyi.

2. İKT-nin istifadəsinə əsaslanan və məsafədən tədris materiallarının mübadiləsini, tədris prosesinin müşayiət və idarə edilməsini təmin edən xüsusi təlim sisteminin köməyi ilə bilik, bacarıq və vərdişlərin əldə olunması prosesidir.

6. Distant təlim

Öyrədənlə öyrənən arasında doğrudan-doğruya kontakt olmadan, müasir informasiya və telekom­munikasiya texnologiyalarından istifadə etməklə məsafədən tədris prosesini həyata keçirməyə imkan verən yeni tədris üsuludur.

7. Elektron hazırlıq (e-Readiness) – İnformasiya cəmiyyətinə hazır olmaq

Ölkənin informasiya-kommunikasiya infra­struktu­ru­nun inkişafını, elektron iqtisadiyyatını, distant təhsilini, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadəni və İKT sahəsində dövlətin siyasətini əhatə edən meyarlarla qiymətləndirilən sosial iqtisadi inkişafın səviyyəsidir.

8. Elektron kitabxana

Müxtəlif tipli elektron sənədlərin (mətn, qrafik, audio-video və s.) etibarlı saxlanmasını və istifadəçi üçün rahat şəkildə qlobal kompüter şəbəkəsi vasitəsilə effektli istifadə olunmasını təmin edən informasiya sistemidir.

9. Elektron poçt

1. Ən geniş istifadə olunan İnternet xidmətidir. Kompüter istifadəçilərinin biri-birinə elektron məlumatlar göndərməsinə imkan verir.

2. Kompüterin köməyi ilə məlumatların mübadiləsi. Məktub və məlumatların şəbəkə vasitəsi ilə bir kompüterdən digərlərinə ötürülməsi.

10. Elektron ticarət

İnternetdə elektron sənəd dövriyyəsinin köməyi ilə həyata keçirilən ticarət.

11. Elektron imza (rəqəmli imza)

1. Elektron imza – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini fərdiləşdirməyə imkan verən verilənlər.

2. Gücləndirilmiş elektron imza – imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu fərdiləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza.

3. Fiziki şəxsin imzasının analoqu olub, gizli açardan istifadə etməklə elektron məlumatların kriptoqrafiya üsulu şəkildəyişməsi nəticəsində əldə edilən və açıq açarla istifadəçiyə həmin məlumatın tamlığını və məxfiliyini, eləcə də gizli açarın sahibini təyin etməyə imkan verən simvolların ardıcıllığı.

12. Elektron iqtisadiyyat

1. Geniş mənada – informasiyadan, biliklərdən və İKT-dən geniş istifadə etməyə əsaslanan iqtisadiyyat.

2. Məhdud mənada – şəbəkə texnologiyalarına və "biznes-biznes" (B2B) və "biznes-istehlakçı" (B2C) modellərinə əsaslanan iqtisadiyyat.

13. Elektron hökumət

Dövlət idarəetmə orqanlarının və cəmiyyətin İKT-dən istifadə etməklə qarşılıqlı əlaqəsinin təmin edilməsi. Elektron hökumətin yaradılması əsasən 3 məsələnin həllinə yönəlmişdir:

1. dövlət xidmətlərinin keyfiyyətinin və əlyetərliyinin artırılması və bu xidmətlərin təqdim olunması prosedurunun sadələşdirilməsi, tezləş­diril­məsi və xərclərin azaldılması;

2. dövlət qurumlarının fəaliyyəti haqqında şəffaflığının artırılması, vətəndaşların və təşkilat­larının qərarlarının qəbulu prosesində iştirakı imka­nının genişləndirilməsi;

3. inzibati-idarə prosesinin keyfiyyətinin yaxşılaşdırılması, dövlət orqanlarının işinə nəzarətin səmərəli təşkili.

Elektron hökumətin G2C- dövlət qurumları ilə vətəndaşlar arasında, G2B- dövlət qurumları ilə biznes sektoru ilə, G2G- dövlət qurumları arasında qarşılıqlı əlaqəni tənzimləyən modelləri mövcudddur.

14. Elektron biznes

Elektron kommersiya, internet, biznes – sinonimlər.

Elektron ticarətdən daha geniş anlayış olub, İnternetdə öz saytının, virtual mağazasının, kompa­niya­ları idarəetmə sistemlərinin, "biznes-biznes", "biznes-istehlakçı" modellərin olması ilə səciyyələnir.

15. Ev kompüterləşməsi
(Home computerisation)

1. İnformasiyalaşdırma üzrə dövlət siyasətinin elementi olub, əhalinin bilavasitə evdən informasiya və biliklərə olan tələbatını İnternet vasitəsilə ödəməyə imkan verir.

2. Evlərin elektron qurğularla (xüsusi ilə də kompüter texnikası ilə) ilə təchiz olunması prosesidir.

16. Fasiləsiz təhsil

İnsanın həyatı boyu təhsil alma və öz biliyini artırma arzusunu ödəyən və təhsilin bütün səviyyələrinin həm təşkilati, həm də məzmunca bütövlüyünü və varisliyini təmin edən dövlət, özəl və ictimai təhsil müəssisələri kompleksidir.

17. Fərdi elektron köməkçi

İnformasiyanın saxlanması, işlənməsi və ötürülməsi funksiyalarını yerinə yetirən miniatür elektron qurğu.

18. İnformasiyalaşdırma sahəsində dövlət siyasəti

Ölkənin sosial və iqtisadi inkişafının informa­siya təminatının ümumdövlət prioritet istiqamətlərinin təyin olunmasını və informasiya cəmiyyətinə keçidi təmin edəcək siyasi, hüquqi, iqtisadi, sosial-mədəni və təşkilatı tədbirlərin kompleksidir.

19. İnformasiya və biliklərə çıxış
(Access to information and knowledge)

Biliklərin daha effektiv istifadəsini təmin edən üsul, vasitə və vərdişlərin əlyetərliliyi, başqa sözlə cəmiyyətdə şəxsiyyətin siyasi və sosial-mədəni hüquq­larının tam olaraq reallaşdırılmasını üçün lazım olan şəbəkə infrastrukturunun, xidmətlərin, eləcə də informasiya resurslarına çıxışın təmin olunması; vətəndaş­ların relevant xarici mühitlə təmasda olmasına imkan verən vasitələr.

20. İnformasiya azadlığı haqqında qanun
(1966-cı il)

İnformasiya cəmiyyətinin inkişafı tarixində əlamətdar hadisədir. Bu qanuna görə, ABŞ-ın bütün federal qurumları vətəndaşların, milli müdafiə, hüquq-mühafizə orqanlarına aid olan maliyyə və şəxsi sənədlər istisna olmaqla, istənilən informasiyanı sərbəst şəkildə əldə etməsini təmin etməlidirlər. Bir sözlə, bu qanunla hər bir vətəndaşın informasiya almaq hüququ vardır.

Həmçinin bax:

Mənbə: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi. İnformasiya cəmiyyətinin 100 əsas anlayışı. - Bakı, 2007.

6 şərh

Silen_ce
Niyə mənfi?..
Cavid
Yəqinki kimsə oxumadan öz qərarını yanlış verib, çox maraqlıdır təşəkkürlər.
Silen_ce
Sizə də diqqətiniz üçün təşəkkürlər.
Muza
Mən də müsbət səs verdim
Xrizoberil
məncə də maraqlı məlumatlardır… təşəkkürlər