Azərbycanda “Marketplace” biznes modeli

“Marketplace”  – Məhsul və xidmətlərin çoxsaylı müxtəlif şirkətlər tərəfindən təqdim edildiyi onlayn alış-veriş saytıdır. Avropa, ABŞ və Çində çox geniş yayılmış bu biznes modeli Unimall.az sayəsində artıq Azərbaycanda da populyarlıq qazanır.
“Marketplace” modeli sayt ilə əməkdaşlıq edən şirkətlərə nə qazandırır:
  1. Fiziki mağaza açmadan onlayn biznes qurma imkanı
  2. Marketinq xərclərinə qənaət
  3. Alıcı qarşısında güvən
  4. Spesifik hədəf kütləsinə çatma imkanı

Davamı →

Oyuncaq satışı saytı

Çoxlarımızın evində körpə var, ya da yaxın gələcəkdə körpə olacaqJ
Körpə olan evdə isə oyuncaqların olması mütləqdir. Oyuncaqlar uşağın həm fiziki, həm də əqli inkişafını sürətləndirir, onların fantaziyasını genişləndirir.
Pedaqoqlar deyir ki, uşağın böyüməsində onun validenylərdindən sonra ikinci əsas rolu məhz oyuncaqlar tutur.

Yaşına uyğun oyuncaq seçilsə, körpənin zəka inkişafına böyük təkan vermiş oluruq. Uşağın ad günündə də oyuncaqdan yaxşı hədiyyə tapmaq çətindir.
Bəs yaxşı,oyuncağı hardan və necə almalı?


Ardı →

Elektron maliyyə mənbələri

Statistik məlumatlara görə dünyanın ən inkişaf etmiş ölkələrində ən böyük gəlirlər informasiya texnologiyalarından (İT) əldə edilir. Daha böyük gəlirlər isə, internet üzərindən həyata keçirilən reklamlar vasitəsi ilə əldə edilir. Buna əyani misal olaraq, dünyada informasiya-kommunikasiya texnologiayaları sektorunda ən çox gəliri olan şirkət kimi tanınan Google korporasiyasını göstərmək olar. Bu şirkətin yaranma tarixinə qısa nəzər salsaq görərik ki, Google fəaliyyətə başlayanda genişmiqyaslı layihələr həyata keçirmək üçün investisiya yatırmaq iqtidarında olmayıb. Sadə dildə desək, dünyanın nəhəng İT şirkəti hər şeyi sıfırdan başlayıb. Amma çox keçmir şirkət internet üzərindən reklam yaymaqla məşğul olur ki, bu da uğurlu fəaliyyətin başlanğıcı olur.


Ardı →

İnformasiya cəmiyyətinin 100 əsas anlayışı (1-20)

Sizə İnformasiya cəmiyyətinin 100 əsas anlayışını təqdim etmək istəyirəm.


1. Aktiv idarəetmə


Müəssisələr, təşkilatlar və vətəndaş qrupları tərəfindən öz maraq və arzularının formalaşdırıl­ma­sını, hüquqlarının, vəzifələrinin həyata keçirilməsini, eləcədə fikir ayrılıqlarının aradan qaldırılmasını nəzərdə tutan prosesdir. Bu proses cəmiyyətin istər yerli və regional, istərsə də milli və qlobal səviyyədə daha şəffaf və səmərəli idarəetmə formalarından istifadə etməsini təmin edən, elmi cəhətdən əsaslandırılmış metodların tapılmasını zəruri edir.


Ardı →

2.2 E-biznes

E-biznes adı altında kompaniyanın biznes fəaliyyətini aparması üçün elektron vasitələrdən və platformalardan istifadə etməsi başa düşülür. Internet kompaniyalara daha tez, dəqiq və daha az məsrəf­lərlə fəaliyyət göstərməyə kömək edir, zaman və məkan çərçivələrini genişləndirir, təklifləri kastomizə və personalizə etməyə imkan verir. Təşkilatlar web-saytları informasiyaların yayılması, əmtəə və xidmətlə­rin irəlilədilməsi məqsədilə yaradırlar. Onlar Intra­net­­dən işçilər arasında daxili kommunikasiyaları asanlaşdırmaq, Ekstranetdən isə malgöndə­rən və distribyuterlərlə məlumatlar, sifarişlər və ödənişlərin müba­dilələ­rini yüngülləşdirmək üçün istifadə edirlər. Microsoft kompaniyasının rəhbəri Bill Qeyts bildirir ki, onun kompaniyası demək olar ki, bütün­lük­lə elek­tro­­nika vasitəsilə fəaliyyət göstərir; kağızların hər hansı bir hərəkəti çox az əhə­miyyətə malikdir, belə ki, istənilən sənədi kompüterin monitorunda görmək mümkündür.


Ardı →