Рейтинг
+26.75

internet aləmi

37 üzv, 50 topik

Tanyanın tanışı

Giriş əvəzi. «Tanya» adını «tanış» sözünə görə həmahəng olduğundan yazdım, əslinə qalanda bu sözün yerində dünyada mövcud olan bütün qız adlarını göz önünə gətirə bilərsiniz. Yəni bütün kişilər Məryəmlərin, Vasilisaların, Annaların, Nataşaların, Elladaların tanışı olur.
Hər şey isə deyilənə və bilinənə görə tanışlıqdan başlayır. Öncə «privet», «merhaba», «hi», «salam» sözləri tanış olmaq istədiyin insana deyilir, sonra isə başqa sözlər.
Ardı →

Facebook -da rekord sayda şərh yığan millli şirkət

Bir statusda 6 mindən çox şərh yazılmağın səbəbi sən demə qeyri-adi viktorinadır. 
Yarışın qaydalarına əsasən aşağıda göstərilən ünvana daxil olub sadəcə bir şərh yazıb 3G dəstəkli müasir telefon qazanmaq mümkündür. Bircə şərt var: yazılan şərh sonuncu olmalı və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamalıdır. 
Ardı →

Google ən populyar 1000 sayt

Dünya üzrə ən məşhur saytların reytinqi üçün Alexa reytinq uzun müddət idi ki,fəaliyyət göstərirdi.Səhv məlumat versə də(o yalnız brauzerində Alexa toolbar yükləmiş istifadəçilərin girdiyi saytları sayırdı),müəyyən qədər populyar idi.Dünyada ən populyar saytlar hansıdır sualının cavabını bilmək üçün çox vaxt http://www.alexa.com/topsites basmaq kifayət idi.Amma artıq Google öz yeni məhsulu ilə onun da rəqibi oldu. http://www.google.com/adplanner/static/top1000/ ünvanına dsxil olmaqla ən məşhur 1000 saytı görmək olar.Google özünü bura daxil etməyib:)
yerisaytın adıkateqoriyaunikal ziyarətçisəhifə baxışı
1facebook.comsosial şəbəkə540,000,000570,000,000,000
2yahoo.comWeb Portal490,000,00070,000,000,000
3live.comsxtarış sistemi370,000,00039,000,000,000
4wikipedia.orglüğət və ensiklopediya310,000,0007,900,000,000
5msn.comWeb Portal280,000,00011,000,000,000
6microsoft.comSoftware230,000,0003,300,000,000
7blogspot.combloq servisi230,000,0004,400,000,000
8baidu.comWeb Portal230,000,00027,000,000,000
9qq.comEmail & çatlaşma170,000,00025,000,000,000
10mozilla.comInternet Clients & Browsers140,000,0002,100,000,000



Kifayət qədər maraqlıdır.
Davamı →

Google Reader haqda hələ də yazmaq olar

Azərbaycanda google reader-dən istifadə niyəsə aşağı səviyyədə.İnanıram ki Azəricə bu web-imkan barəsində daha ətraflı bilgiləndirmələrə ehtiyac var. bir addım da mən atıram bəs həm ona görə bu Greader-i tövsiyə edməni önəmli sayıram ki özüm netdə olanda ən çox baş vurduğum yer orası olur. yəni bağımlılıq yaradıb məndə və həm çox yararlı olduğunu düşünürəm. yəni bir an üçün təsəvvür eləyin ki netdə oxuduğunuz hər bir sayt, önəm verdiyiniz səhifələr bir yerdə cəmləşib və lazım deyil ki onları oxumaq üçün addresslərini dənə dənə biləsən yaxud uzun yollara əl atasan.

Ardı →

Bing axtarış sistemi

Bing, bing.com ünvanında yerləşən,Microsofta məxsus axtarış sistemidir. Bing təkamül yolu ilə inkişaf edib:
1. —2006-cı illə qədər o MSN Search (http://search.msn.com/)
2.2007-ci ilin martına qədər Windows Live Search (http://search.live.com/) adlanırdı.Sonralar isə Microsoft şirkəti onun adını dəyişdirdi və Bing qoydu. Hazırda dünyada ikinci ən böyük axtarış sistemi məhz Bing sayılır.Bəzi mənbələrə görə isə üçüncü sayılan Bing, Google və Yahoo! axtarış sistemləri ilə mübarizə aparır. Amma kəskin rəqabət şəraitində Microsoft və Yahoo! razılığa gəliblər ki, Yahoo Bing-in köməyindən yararlanacaq.


Davamı →

Feysbuk səhifə yaradılması, tənzimləmələr

Hamı bu gün daraşıb facebook-a. Bəziləri dost-tanışnan gününü keçirir, bəziləri səhifələrdə yatır, bəziləri səhifə açır, bəziləri açmaq istəyir, amma bilmir.

Mənim bu yazım axırıncı iki qrupa aiddir: səhifə necə açılır, hansı tənzimləmələri var? Əgər xüsusi bir resursunuz (maddi və qeyri maddi) bunu niyə ictimaiyyətə çatdırmayasınız (gəlir yaxud könüllülük prinsipi ilə)?

Başlayaq:

Ardı →

İctimai nişanlama (əlfəcinləmə) nədir?

Ssenari


Bu günlərdə Anar bir çox işini Veb üzərinden görür. Xəbər oxuyur, işi ilə əlaqəli olaraq axtarış aparır. Anar bir neçe yerdən məlumat almaqdadır: e-məktub vasitəsiylə peşəkar təşkilatlardan və kolleqalardan məlumat bülletenləri, bir çox RSS nəşrlər və axtarış motorlarından istifadə edərək hal hazırda və ya gələcəkdə lazım olacaq vəsait və məlumat tapmağa çalışır.


Əldə etdiyi məlumatı şəxsi Veb bələdçinin əlfəcin və ya nişanlama xassəsini istifadə edərək nizama salma metodu artıq səmərəsiz olmaqdadır. Belə ki, əgər məlumat bir neçə kateqoriyaya aid isə, bir neçə qovluğa qeyd etmək lazım olur.


Ardı →

Google Translate prikolları

Google tranlate xidmətində ingilis dilindən tərcümə edəndə American pop musician and popular actor Justin Timberlake tərcüməsi Amerika pop musiqiçi və məşhur aktyor Xumar Qədimova kimi alınır.

Ardı →

“@”işarəsi internetin rəmzi simvoluna necə çevrilib?

Keçən əsrin 70-ci illərində kompyuter rabitəsi təzəcə formalaşdığı bir vaxtda alimlər əlaqə xətti ilə kompyuterlər arasında yalnız müəyyən faylları mübadilə edə bilirdilər, şəxsi mesaj və ya məktub göndərmək isə mümkün olmurdu. Bu problemi vaxtı ilə ARPA (Advanced Research Projects Agency — Perspektiv Tədqiqat Layihələri Agentliyi) şəbəkəsinin yaradılmasında iştirak etmiş BBN (Bolt, Beranek və Newman) texnologiyalar kompaniyasının əməkdaşı Rey Tomnilson adlı gənc mütəxəssis 1971-ci ildə həll etdi.

Tomnilson bir növ hakerlik edərək ARPANET-də istifadəçini kompyuterdən ünvan vasitəsi ilə ayırmaq metodunu tapır. Proqramçı şəbəkədə şəxsin və onun istifadə etdiyi kompyuterin adlarını “@” işarəsi ilə ayırmaqla yeni ünvan yaradır. Misal üçün user@computer göstərir ki, “user” adlı istifadəçi filan kompyuterdədir.
Ardı →

Facebook üçün html səhifələr

Mən əsl azərbaycanlı olduğum üçün canımda bir balaca tənbəllik var. Bu yazını əvvəlki yazımdan (bu keçidi izlə) bir həftə sonra yazmaq planlaşdırırdım.

Bu yazımı əsasən facebook səhifə idarəçiləri (admin) üçün nəzərdə tutmuşam. Öz biznes və ya azarkeş səhifələri üçün primitiv «Xoş Gəlmişsiniz» səhifələri yaratmağa bir ətək pul verənlər üçün kifayət edər məncə. Beləliklə başlayaq!  


Ardı →