Hz. Məhəmmədin (s.ə.s) vəfatından sonra

Hz. Məhəmməd (s.ə.s) həyatda ikən vəhy alır və onu ümmətə təbliğ edirdi. Halbuki indi Peyğəmbər vəfat etmiş, vəhyin gəlməsi isə kəsilmişdi. Lakin istər Qurani-Kərim, istərsə də onda açıqlanmayan məsələlər haqqındakı sünnə, əshabın hafizəsində idi. Peyğəmbərin vəfatından sonra bununla əməl edilməyə başlandı. Ancaq hədislərin hamısı bir nəfərdə deyil, ayn-ayn səhabələrdə idi. Bunun üçün bəzi səhabənin bilmədiyini digər səhabə bilə bilirdi. Bir çox məşhur səhabə fitva verərkən özlərində mövcud olmayan hədisi-şəriflər üçün digər səhabələrə müraciət edərdi. Əgər sünnədə bir açıqlıq tapmazlarsa, qarşılaşdıqları çətinliklərin həlli üçün öz rəyləri və qiyaslan ilə ictihad edərək, onunla əməl edərdilər. Beləliklə, ilk əsrdən etibarən ictihad qapısı açılmış oldu. Məşhur səhabələrin və digər müctəhidlərin bir məsələdə ittifaq etmələri ilə şübhəyə yer qalmırdı. Nəticədə, “İcmai-Ümmət” deyilən dini bir dəlil metodu meydana çıxmış oldu.

Belə ki, məsələlərin həllində vəhyin və sünnənin yerinə iş rəy və ictihada qalınca, müşkillərin həllində insanlıq gərəyi fərqliliklər yaşanmağa başladı. Digər insanlar da fikirlərini mənimsədikləri alimlərə tabe olmağa və onların hökmü ilə əməl etməyə başladılar. Belə ki, Hz. Peyğəmbərin vəfat günündən belə ixtilaflar çıxdı. Xilafət məsələsi kimi, hədislərdə açıqlıq olmayan mövzularda əshab ixtilafa düşdü.
Ana xətlərinə toxunduğumuz hadisələr bizə göstərir ki, ümmətin peyğəmbərsiz bir həyata uyğunlaşması heç də rahat olmamışdır.
Peyğəmbərin sağlığmda qarşılaşdıqları bir çox hadisə vəhy və sünnə ilə açıqlanarkən, indi bir çox məsələlərin həllində aralarında ixtilaflar çıxır, ictimai həyatda bir çox narahatçılığın meydana gəlməsinə səbəb olurdu. Bu bir baxımdan, irəlidə böyük hadisələrin olacağına işarə idi.
Müsəlmanlar arasında meydana gələn bu hadisələri iki başlıqda toplamaq mümkündür. Əsasən hadisələrin çıxış zamanı bunu gərəkli etməkdədir. Belə ki, əshab arasında olan bəzi fikir ayrılıqlarının Hz. Peyğəmbər vəfat etmədən, xəstəliyi əsnasında çıxdığını görürük.
Mövzumuzun əsasmı təşkil edən düşüncə fərqliliklərini və buna səbəb olan hadisələri, meydana çıxma vəziyyətlərinə görə Hz. Məhəmmədin (s.ə.s) vəfatından əvvəl və sonra ortaya çıxan ixtilaflar şəklində ələ almaq və Hz. Əbu Bəkr dövrü ilə bitirmək daha uyğun olacaqdır.
 
Kırtas Hadisəsi
Hz. Məhəmmədin (s.ə.s) xəstəliyi əsnasında meydana gəldiyi rəvayət olunan önəmli bir hadisədir. Rəvayətə görə Hz. Peyğəmbər, xəstəliyinin artması səbəbiylə əshabından bəzilərini hüzurunda toplamışdı. Rəsulullah (s.ə.s): “Mənə kağız qələm gətirin, sizə bir vəsiyyətnamə yazdırım ki, məndən sonra dəlalətə düşməyəsız”x buyurdu. Hz. Peyğəmbərin bu əmri üzərmə orada olan əshab arasında ixtilaf çıxdı. Bəziləri bu istəyi Peyğəmbərin bir sözü qəbul edib, yerinə yetirilməsini vacib sayarkən, Hz. Ömərin də içində olduğu bir qrup: “Vəsiyyətnaməyə nə hacət? Rəsulullahın bu xəstə halında bu münasib deyildir. Əlimizdə Allahın kitabı yoxdurmu, o bizə kifayət edər, onun belə istəkdə olması xəstəliyi səbəbilədir”, dedi.
Müsəlmanlar arasında mübahisə düşdü. Hətta, yanındakılar Peyğəmbərin hüzurunda olduqlarını unudub yüksək səslə danışaraq mübahisə etdilər. Bunu görən Allah Rəsulu: «Peyğəmbərin hüzurunda əshabın mübahisə etməsi uyğun deyildir”, buyuraraq vəsiyyətnamə yazdırmaq fikrindən əl çəkərək, onları hüzurundan çıxardı.
Ancaq Hz. Məhəmmədin (s.ə.s) vəfatından bir-iki gün öncə baş verən bu hadisə bəzi qruplar üçün siyasi alət oldu. Siyasi bir anlayışın təmsilçisi olaraq ortaya çıxan Şiəlik bunu “İmamət” nəzəriyyəsində sünnədən dəlil göstərdi. Şiə anlayışına görə, Hz. Məhəmməd (s.ə.s) ölmündən əvvəl, dövlət başçısı olacaq şəxsi (Hz. Əlini) təyin etmək istədi. Bu işi yazılı olaraq açıqlamaq istədiyi üçün, yanında olanlardan yazı yazılacaq şeylər gətirmələrini tələb etdi. Onun nə vəsiyyət edəcəyini yaxşı bilən Ömər və onun kimilər bu hadisənin gerçəkləşməsinə mane olmağa çalışdılar. Yenə də Hz. Məhəmməd (s.ə.s) üç vəsiyyət etdi. “Məndən sonra müşrikləri və kafirləri Hərameynə buraxmayın, elçiləri və müsafirləri mənim qarşıladığım kimi qarşılayın, Əli sizin imamınızdır! Bu vəsiyyətimi yerinə yetirsəniz əsla ayrılığa düşməzsiniz”, dedi.
 
Hz. Məhəmmədin Vəfatı və Dəfni Məsələsi
Bu mövzuda şübhə yoxdur. “O, gerçəkdən ölmədi, Rəbbi onu rəf (yüksəltmək) etdi, onun öldüyünü deyənin başını kəsərəm” kimi bəzi səhabələrin söylədiyi iddia edilən sözlər isə Rəsulullaha olan böyük sevginin bir təzahürü olaraq dəyərləndirilməlidir. Ölüsü olan bir çox insanların da bəzən belə sözlər dediyini eşitməkdəyik.
Eyni şəkildə Hz. Əbu Bəkrə beyət edildikdən sonra Hz. Peyğəmbərin dəfiıi ilə məşğul olmağa başlanıldı. Sağlığında ondan aynlmaq istəməyən müsəlmanlar, vəfatı əsnasmda da onun yanında olmaq istədilər və basdırılacağı yer mövzusunda ixtilaf etdilər. Mühacirlər onun Məkkədə basdırılmasını istəyərkən, ənsar Mədinədə basdırılmasını arzu edirdi. Onların arasında Məscidi-Əqsaya aparılıb orada dəfiı edilməsini söyləyənlər də vardı. Rəsullahın dəfiıi ilə əlaqədar bu fikir ayrılığı Hz. Əbu Bəkr tərəfindən həll edildi. O, “Mən, Rəsulullahın (s.ə.s) peyğəmbərlər öldükləri yerə dəfiı olunurlar” dediyini eşitdim və hələ unutmadım- dedi. Bunun üçün Hz. Peyğəmbərin vəfat etdiyi yer olan Hz.
Aişənin otağındakı yatağı götürüldü və qəbir qazıldı. Oraya dəfiı edildi. Bu gün, “Rövzeyi-Mutahhara” deyə anılan yer oradır.

Hz. Peyğəmbərin Mirası
Rəsuli-Əkrəm vəfat etdiyi zaman, zəruri ehtiyaclarından başqa bir gümüş möhür, iyirmi dəvə, yüz qoyun, altı-yeddi keçi, silahlan ilə ağ qatır və bir miqdar ərazi qalmışdı. Hz. Əbu Bəkr silahlan ilə qatın Hz. Əliyə vermiş və “bunlann xaricindəkilər sədəqədir”, buyurmuşdu. Hz. Peyğəmbər, Xeybərin Fədək ərazisinin məhsulunun bir miqdarını Əhli-Beytinə ayırmış, artığını yolçulara və fəqirlərə vəqf etmişdi. Hz. Əbu Bəkr də bunlan bu minval üzrə buraxdı.
Hz. Məhəmmədin (s.ə.s) vəfatından sonra qızı Hz. Fatimə, atasından özünə qalan mirasın verilməsini Hz. Əbu Bəkrdən istəmişdi. Ancaq Hz. Əbu Bəkr, Rəsulullahdan eşitdim: “Biz peyğəmbərlərə kimsə varis olmaz. Bizim buraxdığımız şey sədəqədir” buyurduğunu nəql etdi və onun istəyini bunun üçün yerinə yetirmədi. Bu hədisin Peyğəmbərlər tarixi də göz önündə tutularaq dəyərləndirilməsi gərəkdir. Belə ki, Fədək ərazisinin Hz. Məhəmmədə (s.ə.s) baş komandir və dövlət başçısı olduğu üçün beşdə bir hissə olaraq verildiyini, onun da bu ərazinin gəlirlərini Əhli-Beytin və fəqir müsəlmanların ehtiyaclarının qarşılanmasına xərclədiyini, qalanını isə xəzinəyə verdiyini görmək mümkündür.

Mürtəd və Mürtəcelərlə Döyüş
Bir hissəsi Rəsulullahın sağlığında, bir hissəsi də vəfatından sonra meydana çıxan mürtədlər və mürtəcelərlə döyüşülməsi mövzusunda səhabələr arasında fərqli fikirlər vardı. Dinin və dövlətin bütünlüyünü açıqca təhdid edən mürtədlərlə döyüşülməsi mövzusunda ixtilaf olmasa da, müsəlman olduqları halda dinin bəzi fərz əmrlərini yerinə yetirməyən, cəmiyyətin hüzur və rahatlığını pozmağa çalışan mürtəcelərlə döyüşülməsi mövzusu fikir ayrılığına səbəb oldu. Nəticədə, onlarla döyüşülməsinə qərar verildi.
Belə ki, buraya qədər zikr etdiyimiz “ixtilaflı məsələlər” müsəlmanların bölünməsinə və parçalanmasına yol açmadı. Normal və keçici fikir ayrılıqları idi ki, edilən müzakirələr nəticəsində həll edildi. Ancaq, Hz. Məhəmmədin (s.ə.s) vəfatından sonra ən önəmli məsələ olaraq “Xilafət-İmamət” məsələsi Şiə, Xarici və Sünni qruplara bölünməyə yol açdı.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh