Hz. Məhəmmədin (s.ə.s) peyğəmbər seçilməsi

Hz. Məhəmməd (s.ə.s) 40 yaşında peyğəmbər oldu. 23 illik peyğəmbərlik dövrünün 13 ili Məkkədə, 10 ili Mədinədə keçdi. Beləliklə peyğəmbərlik dövrünün:
  • Peyğəmbərlikdən hicrətə qədər davam edən 13 illik müddətinə “Məkkə Dövrü” (610- 622)
  • Hicrətdən vəfatına qədər olan 10 illik müddətinə də “Mədinə Dövrü” (622-632) deyilir
  • Məkkə Dövrü

Davamı →

Hz. Məhəmmədin (s.ə.s) evliliyi

Ticarət Həyatı
Bütün Məkkəlilər kimi Hz. Məhəmməd də (s.ə.s) əmisiylə birlikdə ticarət edirdi. İstər uşaqlığında, istərsədə ticarət həyatmda, dürüstlüyü ilə tanınmışdı. Sözündə durmadığı, yalan danışdığı, başqalarına zərər verəcək bir davranışda olduğu, bir kimsəni incitdiyi əsla görülməmiş, əksinə dürüstlüyü dillərə dastan olmuşdu. Buna görə Məkkəlilər ona “əl-Əmin” (hər mövzuda etibarlı adam) deyirdilər. Onun bu yüksək əxlaqını öyrənən Qüreyşin zəngin qadınlarından Xədicə, ona sərmayə verərək ticarət ortaqlığı təklif etdi. Beləcə Peyğəmbər (s.ə.s) ilə Xədicə arasında ticarət ortaqlığı başladı.

Davamı →

İnsanın yaradılış hikməti

Kainatın yaradıcısı və onun yeganə sahibi və hakimi Uca Allah, ucsuz-bucaqsız aləmlərin kiçik bir hissəsi olan dünyamızda, digər varlıqlarla birlikdə insanı da yaratmışdır. Varlıqlar içində ən mükəmməl bir şəkildə yaratdığı insanı, dünyada xəlifə təyin etmiş və insan nəslini yer üzündə iman üçün vəzifələndirmişdir. Varlıqlar içində yalnız insanlara və insanların duyğu orqanlanyla idrak edilə bilməyən varlıqlar olan cinlərə düşünmə, anlama, öyrənmə və iradəsini istifadə etmə qabiliyyəti verərək bu iki varlıq növünə ilahi əmrlərə tabe olmağı əmr etmişdir. Yalnız insanlara və cinlərə verilən bu qabiliyyətlərə sahib olmayan digər bütün canlılar isə, ümumi mənada instinktləriylə (hisləriylə) hərəkət edərlər. Hərəkətləri müəyyən və məhduddur, özləri üçün təyin olunmuş dairənin xaricinə çıxa bilməzlər.

Davamı →

Hz. Məhəmmədin (s.ə.s) vəfatından sonra

Hz. Məhəmməd (s.ə.s) həyatda ikən vəhy alır və onu ümmətə təbliğ edirdi. Halbuki indi Peyğəmbər vəfat etmiş, vəhyin gəlməsi isə kəsilmişdi. Lakin istər Qurani-Kərim, istərsə də onda açıqlanmayan məsələlər haqqındakı sünnə, əshabın hafizəsində idi. Peyğəmbərin vəfatından sonra bununla əməl edilməyə başlandı. Ancaq hədislərin hamısı bir nəfərdə deyil, ayn-ayn səhabələrdə idi. Bunun üçün bəzi səhabənin bilmədiyini digər səhabə bilə bilirdi. Bir çox məşhur səhabə fitva verərkən özlərində mövcud olmayan hədisi-şəriflər üçün digər səhabələrə müraciət edərdi. Əgər sünnədə bir açıqlıq tapmazlarsa, qarşılaşdıqları çətinliklərin həlli üçün öz rəyləri və qiyaslan ilə ictihad edərək, onunla əməl edərdilər. Beləliklə, ilk əsrdən etibarən ictihad qapısı açılmış oldu. Məşhur səhabələrin və digər müctəhidlərin bir məsələdə ittifaq etmələri ilə şübhəyə yer qalmırdı. Nəticədə, “İcmai-Ümmət” deyilən dini bir dəlil metodu meydana çıxmış oldu.

Davamı →