HƏZRƏTİ MƏHƏMMƏDİN PEYĞƏMBƏRLİYİ. MƏDİNƏ DÖVRÜ

“İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək istəyənlər (ənsar) — məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur (onların dostluğundan sizə heç bir mənfəət və ya qohum olsanız belə, aranızda heç bir varislik yoxdur). Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!”
Mədinə, Məkkənin şimalında, üç tərəfi dağlarla əhatəli, cənubu isə düzənlik olan bir şəhərdir. Havası gözəl, torpağı əkinçiliyə əlverişli, xurmalıqları boldur.
Rəsulullahın (s.ə.s) hicrəti əsnasında, Mədinədə Evs və Həzrəc adlı iki ərəb qəbiləsi ilə, Kaynuka, Nadir və Kurayzaoğullan adlı üç yəhudi qəbiləsi var idi. Ərəb qəbilələri bura “Seylül-arim” deyilən sel fəlakətindən sonra Yəməndən, yəhudilər isə, romalılann Qüdsü işğal etdikdən sonra Qüdsdən gəlib yerləşmişdilər.
Başlanğıcda, bir müddət ərəblərlə yəhudilər yaxşı dolansalarda, yəhudilərin mənfəətçi davranışları üzündən zamanla aralan dəymiş, ərəblər yəhudiləri məğlub etdikdən sonra Mədinədə hakim vəziyyətə gəlmişdilər. Lakin, çox keçmədən yəhudilərin intriqalan ilə Evs və Həzrəc qəbilələri bir-birlərinə düşdülər və iki qardaş qəbilə uzun illər döyüşdülər. Bu döyüşlərin ən sonuncusu Buas döyüşüdür. Hicrətdən təxminən 5 il əvvəl sona çatan və bəzi fasilələrlə tam 120 il davam edən bu döyüşdə hər iki tərəf də böyük itki verərək zəif düşmüşdürlər. Buna görə, hicrət əsnasında yəhudilər, xüsusilə iqtisadi yöndən Mədinədə hakim vəziyyətdə idilər.
Evs və Həzrəc qəbilələri, aralarındakı bu düşmənliyin ancaq Rəsulullahın (s.ə.s) hakimliyi, islamın gətirdiyi ədalət, sevgi və qaynaşma ilə ortadan qalxa biləcəyini anlayaraq islama sıx bağlandılar. Həqiqətən, Hz. Peyğəmbərin (s.ə.s) Mədinəyə gəlməsiylə, bu iki qardaş qəbilə arasında uzun zamandan bəri davam edən kin və düşmənlikdən əsər-əlamət qalmamışdır. “Hamılıq-la Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!”
 
Məscidi-Nəbivinin İnşası
Hicrət əsnasında Mədinədə məscid yox idi. Rəsulullah (s.ə.s) namaz vaxtında harada olsa namazı orada qıldırardı. İlk məscid, hicrətin ilk günlərində Kubada inşa edildi.
Hicrət əsnasmda, Rəsulullahın (s.ə.s) dəvəsinin çökdüyü, Xalid b. Zeydin evinin qarşısındakı boş torpağa məscid tikiləcəkdi. Nəccaroğullanndan iki yetim uşağa aid olan bu torpağı, Nəccaroğullan hədiyyə etmək istədilərsə də Peyğəmbər (s.ə.s) əfəndimiz bunu qəbul etmədi. Əvəzi olan 10 misqal (40.9 qr) qızılı Hz. Əbu Bəkir ödədi.
Torpaqda müşrik qəbirləri, yabanı xurmalar və kələ-kötürlüklər vardı. Qəbirlər başqa yerə nəql edildi. Xurma ağacları kəsildi, çuxurlar düzləndi. Məscidin inşasında şəxsən Rəsulullahda (s.ə.s) bir işçi kimi işlədi. Təməli daşdan, divarları kərpicdən, dirəkləri xurma ağaclarından idi. Üzəri də xurma budaqlanyla örtüldü və zəmini isə torpaq idi. Qibləsi Qüdsə doğru olan bu məscidin, biri mehrabın qarşısındakı ana qapı, biri Rəsulullahın (s.ə.s) evinə açılan qapı, digəri də “Bab-ı Rəhmət” deyilən qapı olmaqla üç qapısı vardı. Qiblənin dəyişməsindən sonra, ana qapı ilə mehrabın yerini dəyişdirdilər.
 
Xaneyi-Səadətin İnşası və Rəsulullahın (s.ə.s)
Hz. Aişə ilə Evlənməsi
İnşası 7 ay davam edən Məscidin birtərəfinə Rəsulullah (s.ə.s) və ailəsinin iqaməti üçün otaqlar (hücrələr) tikildi. Bu otaqların sayı daha sonra doqquza çıxarılmışdır. Otaqlardan hər birinin genişliyi 3-3,5 arşın, uzunluğu 5 arşın, yüksəkliyi isə bir adam boyu qədər idi. Hz. Aişə, Safiyyə və Sevdanın otaqları məscidin cənubunda, Ümmü Sələmə, Ümmü Həbibə, Meymunə, Cüveyriyə, Zeynəb bint Caxş və Zeynəb bint Huzeymənin otaqları isə məscidin şimalında idi. Rəsulullahın (s.ə.s) indi “Qəbir-i Səadət”inin olduğu yer, Hz. Aişəyə təsis edilən otaqdı.
Məscid və hücrələrin inşası tamamlanınca, Hz. Peyğəmbər (s.ə.s), qonaq qaldığı Xalid b. Zeydin evindən buraya köçdü. Övladlığı Zeyd b. Harisə və Əbu Rafini Məkkəyə göndərib öz ailəsi ilə Əbu Bəkrin ailəsini də Mədinəyə gətiridi. Öz ailəsi, Hz. Xədicənin vəfatından sonra evləndiyi Hz. Sevda ilə qızları Ümmü Gülsüm və Fatimə idi. Qızlarından Ruqiyyə daha əvvəl yoldaşı Hz. Osmanla birlikdə hicrət etmişdi. Digər qızı Zeynəb, əri hələ müşrik olduğu üçün gələ bilməmişdi. (Zeynəb, Bədir döyüşündən sonra hicrət edə bildi)
Əbu Bəkrin ailəsi isə, arvadı Ümmü Ruman ilə uşaqlan Abdullah, Əsma və Aişədən ibarət idi. Bunlarla birlikdə Zeyd b. Harisənin yoldaşı Ümmü Eymən ilə oğlu Üsamə də Mədinəyə gəldilər.
Hz. Əbu Bəkrin qızı Aişə ilə Rəsuli-Əkrəm (s.ə.s) hicrətdən əvvəl Məkkədə ikən nişanlanmışdılar. Hicrətdən 8 ay sonra, Şəvval ayında Mədinədə evləndilər. Beləcə, Rəsulullah (s.ə.s) ilə Hz. Əbu Bəkir arasındakı mənəvi bağ, qohumluq bağı ilə daha da qüvvətlənmiş oldu.
Hz. Aişə son dərəcə ağıllı, məlumatlı və mədəni bir xanım idi. Dini hökmlərin, müsəlman qadınlara öyrədilməsində böyük səyi ilə bərabər, xüsusilə Rəsulullahın (s.ə.s) ev və ailə həyatıyla əlaqədar məlumatları müsəlmanlar ondan öyrənmişlər. Ondan 2210 hədis rəvayət edilmişdir.
 
Suffə Səhabələri (Əshabi-Suffə)
Məscidin bir tərəfinə də, ətrafi açıq, üstü xurma budaqlanyla örtülü bir kölgəlik, (çardaq, suffə) tikildi. Evi və ailəsi olmayan kasıb müsəlmanlar burada qaldıqları üçün onlara “əshab-ı suffə” deyilmişdir.
Suffə səhabələri son dərəcə kasıb idi. İş tapdıqları zaman işləyər, digər zamanlarda məsciddə elm və ibadətlə məşğul olardılar. Bura islam tarixində ilk müəllim məktəbi vəziyyətində idi. Bu məktəbin dərsxanası məscid, yataqxanası suffə, şagirdləri suffə səhabələri, müəllimləri də şəxsən Rəsulullah (s.ə.s) idi. Mədinənin xaricində yeni müsəlman olan birliklərə islamı öyrətmək üçün bir müəllim göndərmək lazım olduğunda, bunlar arasından göndərilirdi. Saylan 70 ilə 400 arasında dəyişən Suffə səhabələrinin ehtiyacları, əshabın zənginləri tərəfindən qarşılanırdı. Rəsulullah (s.ə.s) hər axşam bunlardan bir qismini öz süfrəsinə dəvət edər, bir qismini də səhabələr arasında paylayardı. Gətirilən sədəqələri tamamilə onlara göndərər, özünə gələn hədiyyələrdən də suffə səhabələri üçün hissə ayırardı.169 Rəsulullahdan (s.ə.s) ən çox hədis rəvayət etmiş olan Əbu Hüreyrə də suffə səhabələrindən idi. O, 5374 hədis rəvayət etmişdir.
 
Fərz Namazların Dörd Rükət Olması
Meracdan əvvəl müsəlmanlar axşam və səhər olmaqla iki vaxt namaz qılırdılar. Beş vaxt namaz meracda fərz qılındı. Ancaq, hicrətdən əvvəl, axşam namazının fərzi üç rükət, digər vaxtların hamısı da iki rükət idi, Hicrətdən sonra, günorta, ikindi və şam namazlarının fərzləri dörd rükətə çıxarıldı. Səfər zamanlarında isə ilk fərz qılındığı kimi qaldı.
 
Azanın Məşruiyyəti
Məscid-i Nəbinin inşası bitdikdən sonra, namaz vaxtlarının müsəlmanlara eşitdirilməsinə ehtiyac hiss edildi. Çünki, namaza erkən gələnlər vaxtın girməsini gözləyib işlərindən qalırlar, gec gələnlər isə camaata yetişə bilmədikləri üçün kədərlənirdilər.
Rəsulullah (s.ə.s) vəhy gəlməyən mövzularda səhabələri ilə müşavirə edərdi. Bu mövzuda edilən müşavirə əsnasında, namaz vaxtlarının “zəng və ya boru çalınaraq, atəş yandırılaraq, yüksək bir yerə bayraq qaldırılaraq eşitdirilməsi” təklifləri edildi. Rəsulullah (s.ə.s), “zəng çalmaq xristianların, boru çalmaq yəhudilərin, atəş yandırmaq atəşpərəstlərin adətidir.” deyərək qəbul etmədi. Bayraq qaldırma təklifi də bəyənilmədi. Müşavirə nəticəsində heç bir şeyə qərar verilmədi.
Ənsardan Abdullah b. Zeyd yuxusunda əlində zınqırov olan birisini görmüş, namaz vaxtlarını eşitdirmək üçün bu zınqırovu satın almaq istəmiş, yuxusunda gördüyü bu şəxs ona:
-“Mən sənə daha gözəlini öyrədim” deyərək əzan sözlərini söyləmişdir. Abdullah oyanınca, Rəsulullaha (s.ə.s) gələrək yuxusunda gördüklərini xəbər verdi. Rəsuli-Əkrəm (s.ə.s):
-“İnşallah haqq yuxudur. Bilalın səsi səninkindən gurdur. Gördüyünü ona öyrət. Namaz vaxtında əzanı o oxusun”, buyurdu. Bilalın oxuduğu əzan, Mədinənin hər tərəfindən eşidildi. Eyni yuxunu Hz. Ömər də görmüş, lakin Abdullah daha əvvəl xəbər vermişdi. Daha sonra Bilal, səhər azanlarına “əs-salatu xayrun mmən-nəvm” (namaz yuxudan xeyirlidir.) cümləsini də əlavə etmişdir.
Əzan, şəair-i islamiyədəndir. Vacib dərəcəsində qüvvətli bir sünnədir. Tək yuxu ilə deyil, Rəsulullahın (s.ə.s) sünnəsi və daha sonra enən ayələrlə də sabitdir.
 
Ənsar ilə Mühacirlər Arasında Qardaşlıq
Məkkəli müsəlmanlar, dinləri uğrunda bütün sərvət və varlıqlarını Məkkədə buraxmış, Mədinəyə hicrət edərək mühacir olmuşdular. Mədinəli müsəlmanlar, onları özlərindən belə çox sevərək onlara hər cür köməyi etmiş, onların bütün ehtiyaclarım qarşılamışdılar. Lakin, mühacirlər ənsara yük oluruq, öz qazancımız yoxdur, deyə kədərlənirdilər.
Rəsulullah (s.ə.s), mühacirlərin bu kədərini aradan qaldırmaq, aradakı sevgi və səmimiyyəti gücləndirmək üçün hicrətin 7-ci ayında mühacirlərlə ənsarı, Ənəs b. Malikin evində topladı. Burada, bir mühaciri, bir ənsarla qardaş edərək 90 (və ya 360) nəfər arasında qardaşlıq bağı qurdu. Ənsar, mühacir qardaşlarını götürüb evlərinə apardılar. Mallarına ortaq etdilər. Rəsuli-Əkrəmə (s.ə.s) müraciət edərək:
-Ya Rəsulullah, xurmalıqlarımızı mühacir qardaşlanmızla aramızda paylaşdır… dedilər. Rəsulullah (s.ə.s):
-Xeyr, mülkiyyət sizə aiddir. Mühacir qardaşlanmzla birlikdə işləyin, sonunda məhsulu paylaşacaqsınız… buyurdu. İki tərəf buna razı oldular. Qardaşlar bir-birlərinə o dərəcə bağlandılar ki, başlanğıcda qohumlardan əvvəl bir-birlərinə varis belə oldular.

Ənsardan Sad b. Rəbi, mühacir Əbdürrəhman b. Avfa:
-Mən mal baxımından ənsarın ən zənginiyəm. Rəsulullah (s.ə.s) ikimizi qardaş etdi. Malımın yarısı sənindir. İki arvadım var, dilədiyini boşayacağam. Onu danikahlayarsan… dedi. Əbdürrəhman:
-Allah malım da, arvadı da sənə mübarək etsin. Mənim bunlara ehtiyacım yoxdur.Sən mənə bazan göstər… dedi.

Əbdürrəhman ticarətə başladı və qısa zamanda zəngin oldu. Mühacirlərin böyük qismi ticarətlə həyatlarını qurdular.
Ənsar və mühacirlərdən müəyyən şəxslər arasında Hz. Peyğəmbər tərəfindən edilən qardaşlıq, daha sonra “Möminlər ancaq qardaşdırlar” (Hucurat, 49/10) ayəsi ilə daha da təsdiqləndi. Lakin bu qardaşlığın, mirasla əlaqədar hökmü, Bədir döyüşündən sonra “...Qohum olanlar (miras barəsində) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındır..” (Əhzab, 33/6) və “Allahın Kitabında (miras barəsində) qohumlar bir-birlərinə daha yaxındır.” (Ənfal, 8/75) ayeyi-kərimələri ilə qaldırıldı.180 Çünki mühacirlər işləyib, ticarət edərək ilk çətin günlərindən xilas oldular. Bədir döyüşü qənimətlərindən də faydalandıqdan sonra, artıq ənsarın köməyinə ehtiyacları qalmadı.
 
Müsəlmanlarla Yəhudilər Arasında Vətəndaşlıq Razılaşması
Rəsulullah (s.ə.s) Məkkəli mühacirlərlə, Mədinəli ənsarı qardaş edərək bir-birlərinə bağladıqdan sonra, Mədinəni xarici düşmənlərə qarşı müştərək müdafiə etmək məqsədiylə mühacirlər, ənsar və Mədinədəki yəhudilər arasında yazılı bir “vətəndaşlıq razılaşması” hazırladı. Bu razılaşmaya görə:

    1. Diyet və fidyələrə aid qaydalar, köhnədən olduğu şəkildə davam edəcək
    2. Yəhudilər öz dinlərində sərbəst olacaqlar
    3. Müsəlmanlarla yəhudilər, barış içində yaşayacaqlar
    4.  İki tərəfdən biri, üçünçü bir tərəflə döyüşsə, digər tərəf köməkçi olacaq
    5. Tərəflərdən biri Qüreyşlə dostluq qurmayacaq və onları himayəsinə götürməyəcək
    6. Çöldən bir təcavüz olsa, Mədinə birlikdə müdafiə ediləcək
    7. İki tərəfdən biri, üçüncü bir tərəflə sülh etsə, digər tərəf bu sülhü tanıyacaq
    8. Müsəlmanlarla yəhudilər arasında çıxacaq hər cür anlaşılmazlıqda Hz. Peyğəmbər (s.ə.s) hakim qəbul ediləcəkdi.

Mədinədə Müsəlmanların Vəziyyəti
Müsəlmanlar mədinəyə köç etməklə rahatlığa qovuşmuş olmadılar. Bir baxıma təhlükə və düşmənləri daha da çoxaldı. Hicrətdən əvvəl qarşılarında düşmən olaraq yalnız məkkə müşrikləri vardı. Hicrətdən sonra bütlərə sitayiş edən müşriklər, münafiqlər və yəhudilər olmaqla üç sinif düşmənlə qarşı-qarşıya qaldılar.
Bütlərə sitayiş edən müşrik ərəblər: Ərəbistanın müxtəlif bölgələrində Kəbəni və bütlərini ziyarətə gələn ərəb qəbilələri sayəsində bol qazanc əldə edən Məkkəlilər, maddi mənfəətlərini bütpərəstliyin yaşamasında gördükləri üçün, islama düşmən oldular və müsəlmanları yox etmək üçün əllərindən gələn hər şeyi etdilər. İslamın, Şam ticarət yolu üzərində olan mədinədə yayılması da onların maraqlarına uyğun gəlmədi. Bu səbəblə hicrətdən sonra, müsəlmanları rahat buraxmadılar. İslamı hələ qüvvətlənmədən yox edə bilmək üçün bildikləri hər üsula müraciət etdilər.
Yəhudilər: Evs və Həzrəc qəbilələri arasındakı mübarizəni qızışdıraraq onları zəiflədib, mədinədə iqtisadi yöndən hakim vəziyyətə gələn yəhudilərin də, islam dini mənfəətlərinə uyğun gəlməmişdi. Peyğəmbər əfəndimiz bunlardan gələcək təhlükələrin qaşısmı almaq üçün yəhudi qəbilələrinin hər biriylə ayn-ayn razılaşmalar etmişdi. Lakin, bunlar razılaşmalara sadiq qalmırlar, Qüreyş qəbiləsi və müsəlmanlara düşmən olan digər qəbilələrlə əməkdaşlıq edirdilər.
Münafiqlər: Hicrətdən əvvəl Həzrəc qəbiləsinin liderlərindən Abdullah b.Übeyin həzrəc qəbiləsinə rəis olması qərarlaşdırılmışdı. Tərəfdarları ona bəzəkli bir tac belə hazırlamışdılar. İslamın Mədinədə sürətlə yayılması və Rəsulullahın (s.ə.s) buraya hicrət etməsi, Abdullahın rəisliyinə mane oldu. Buna görə Abdullah və tərəfdarları islama düşmən oldular. Lakin mübarizələrini daha təsirli edə bilmək üçün, iman etmədikləri halda müsəlman kimi göründülər. Beləcə bir də “Münafiqlər zümrəsi” meydana gəldi. Peyğəmbər əfəndimiz (s.ə.s) bunları bilir, lakin ayıblarını üzlərinə vurmurdu.

Məkkəli müşriklər, Mədinədəki yəhudilərlə münafiqləri, müsəlmanlara qarşı əl altından davamlı təşviq və təhrik edirdilər. Mədinə ətrafındakı müşrik ərəb qəbilələriylə razılaşmalar edərək Mədinəyə basqın etməyə hazırlanırdılar. Münafiqlərin rəisi Abdullah b. Übeyə bir məktub yazaraq:
“Siz Məhəmmədin (s.ə.s) yurdunuzda sığınmasına icazə verdiniz. Onu öldürməz və ya bizə təslim etməz, yaxud da Mədinədən çıxarmasanız hamınızı öldürmək, əsir etmək və qadınlarınıza təcavüz etmək üçün Mədinəni tutacağıq”182 deyə münafiqləri belə hədələmişdilər. Mədinəlilərin gözlərini qorxutmaq və müsəlmanlara kömək etməkdən imtina etdirmək üçün bir dəfə də Kürz b. Cabirin əmrindəki bir qrup ilə Mədinəlilərin otlaqda otlamaqda olan heyvanlarını sürüb aparmışdılar.
Göründüyü kimi müsəlmanlar, Mədinədə hicrətdən sonra da güvən içində olmadılar. Buna görə Peyğəmbər əfəndimiz (s.ə.s), Mədinəni müdafiə etməklə əlaqədar tədbirlər gördü. Mədinədəki yəhudilər və ətrafdakı müşrik ərəb qəbilələri ilə razılaşmalar imzaladı. Ətrafa səriyyələr (kiçik əsgəri birliklər) göndərərək, düşmənin hərəkətlərini idarə altına aldı. Məkkəlilərin Şam ticarət yolunu bağladı. Müşriklərin gecə basqını ehtimalına qarşı gecələri Mədinə küçələrində səhabələr keşik tutdu. Peyğəmbər əfəndimiz (s.ə.s) belə ancaq qapısmda növbət çəkildiyi zamanlarda ancaq rahat yata bilirdi.
Müdafiə etmə ilə əlaqədar alman tədbirlər arasında, müsəlmanların sayını bilməyə də ehtiyac görüldüyündən, Rəsulullah (s.ə.s) “Mənə müsəlman olduqlarını söyləyənlərin adlarını yazın,” buyurmuşdur. Siyahıya alma nəticəsində Mədinədə 1500 müsəlmanın olduğu aydm olmuşdur.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh