MƏKKƏ MÜŞRİKLƏRİNİN MÜSƏLMANLARA QARŞI DAVRANIŞLARI

İslamın Məkkədə yayılmağa başlaması ilə Məkkə xalqı iki hissəyə ayrıldı.

    1. Müsəlmanlar
    2. Müsəlmanlığı qəbul etməyən müşriklər.

Müşriklərin, müsəlmanlara qarşı davranışlarını beş mərhələdə toplamaq mümkündür: Alay (lağ), təhqir, işgəncə, əlaqələri kəsmə (boykot), şəhərdən çıxarma və öldürmə (şiddət siyasəti).

Alay və Təhqir Dövrü
Qureyşlilər başlanğıcda Hz. Məhəmmədin (s.ə.s) Peyğəmbərliyinə əhəmiyyət verirmiş kimi görünürdülər. İman etməməklə birlikdə, bütlər əleyhinə söz söyləmədikcə, Hz. Peyğəmbərin (s.ə.s) dəvətinə səs çıxarmadılar. Yalnız, Rəsulullahı (s.ə.s) gördüklərində, “Budur, göydən özünə xəbər gəldiyini iddia edən...” deyərək əylənirdilər. Müsəlmanlarla alay edib onları kiçik görməyə başladılar. Beləcə «alay dövrü ” başlamış oldu.
Qurani-Kərim, onların bu münasibətlərini bizə bildirməkdədir: “Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. (Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adamlarının) yanma qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. Onlar (möminləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” deyərlərdi. (Mutəffifm, 83/29-32)
Bütlərlə əlaqədar, “(Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız!” (Ənbiya, 21/98) mənasındakı ayə enincə, müşriklər son dərəcə əsəbləşdilər. Artıq müsəlmanlara düşmən olub, təhqir etməyə başladılar. Beləcə, “təhqir dövrü ” başladı.
Qüreyşin bütlərə inanmaqda faydalan var idi. Məkkə bütpərəstlərin mə-kəzi vəziyyətində idi. Kəbə və ətrafındakı bütləri ziyarət üçün gələnlərlə Məkkə hər gün dolub daşıyır, buna görə Qüreyş, həm pul, həm etibar qazanırdı. Məkkədə islam yayılsa bütün bu mənfəətlər əldən getdiyi kimi, digər qəbilələr Qüreyşə düşmən ola bilərdilər. Üstəlik islam hər kəsi bərabər sayır, soy-nəsəb, zadəganlıq, zənginlik-kasıblıq fərqi güdmürdü. Buna görə Qüreyşin liderləri islamı öz mənfəətləri üçün təhlükəli gördülər. İslamın yayılmasını önləmək və ortadan qaldırmaq üçün hər çarəyə əl atdılar.

İşgəncə Dövrü
Qüreyşin Əbu Talibə Müraciət Etməsi

Qüreyşin liderlərindən Utbə b. Rəbiə, Şeybə b. Rəbiə, Əbu Cəhil, Əbu Süfyan, Vəlid b. Muğirə, As b. Vail və As b. Hişamdan ibarət olan bir heyət Haşimoğullanmn rəisi Əbu Talibə gələrək:
“Qardaşının oğlu ilahlanmızı təhqir edir, dinimizi tənqid edir, bizi axmaq, babalarımızı anormal göstərir. Ya O bu işdən imtina etsin, yaxud sən himayəndən imtina et ki, biz haqqından gələk...” dedilər. Əbu Talib onları şirin dillə yola saldı.89 Hz. Peyğəmbərin (s.ə.s) əvvəlki kimi vəzifəsinə davam etdiyini görüncə yenidən Əbu Talibin yanına gəldilər.
“Artıq səbr və dözümümüz qalmadı. Nə olacaqsa olsun, iki tərəfdən biri yox olsun, digəri xilas olsun...” deyə hədələdilər. Əbu Talib vəziyyətin çox ciddi olduğunu gördü. Bütün Qüreyşə qarşı çıxa bilməzdi. Qardaşı oğlu Hz. Məhəmmədə (s.ə.s) vəziyyəti izah edərək:
-“Bax oğlum, qohum arasına nifaq salmaq yaxşı olmaz. Sən yenə dininə görə hərəkət et, amma onların bütlərini alçaltma, onlara anormal demə. Özünü də, məni də qoru, mənə gücümün çatmayacağı yük yükləmə...” dedi. Hz. Peyğəmbər (s.ə.s) kədərləndi. Artıq əmisi də onu qoruya bilməyəcəkdi. Müsəlmanlar hələ say baxımından az və zəif idi. Mübarək gözləri yaşlarla dolaraq:
-“Ey əmi, Allaha and içirəm ki, onlar sağ əlimə günəşi, sol əlimə də ayı qoysalar, mən yenə vəzifəmi buraxmaram...” deyərək ayrılmaq üçün yerindən qalxdı. Qardaşı oğlununun kədərlənməsinə dözə bilməyən Əbu Talib:
-“Ey qardaşımın oğlu, istədiyini söylə and içirəm ki, səni heç bir zaman, heç bir şey qarşısında himayəsiz buraxacaq deyiləm.” dedi.90 Daha sonra Əbu Talib, Haşimoğullanm yığaraq vəziyyəti izah etdi və Qüreyşə qarşı ailə şərəfi adma Hz. Peyğəmbərin (s.ə.s) qorunmasını istədi. Əbu Ləhəbdən başqa bütün ailə fərdləri, müsəlman olsun, olmasın, bu təklifi qəbul etdilər.
 
Qüreyşin Hz. Peyğəmbərə (s.ə.s) Müraciət Etməsi
Əbu Talibə etdikləri müraciətlərdən bir nəticə ala bilməyən Qüreyş liderləri şəxsən, Hz. Peyğəmbərin (s.ə.s) yanına gəldilər.
-“Ey Məhəmməd! Sən soy və şərəf cəhətdən hamımızdan üstünsən. Lakin ərəblər arasında, indiyə qədər heç kimin etmədiyini etdin, aramıza ayrılıq saldın, bizi bir-birimizə düşmən etdin. Əgər məqsədin zəngin olmaqdırsa, səni qəbiləmizin ən zəngini edək. Rəislik istəsən, başçı seçək. Evlənməyi düşünürsənsə, Qüreyşin ən zadəgan və ən gözəl qadınları ilə evləndirək. Əgər cinlərin pisliyinə düçar olmusansa, səni müalicə etdirək. İstədiyin hər fədakarlığa dözərik. Bu iddiandan imtina et, nizamımızı pozma...” dedilər. Rəsulullah (s.ə.s):
-“Söylədiklərinizdən heç biri məndə yoxdur. Məni Rəbbim sizə peyğəmbər göndərdi, mənə kitab endirdi. Allah təalanın əmrlərini sizə təbliğ edirəm. İman etsəniz, dünya və axirətdə xoşbəxt olarsınız. İnkar etsəniz, Allah təala aramızda hökm edənə qədər səbr edib gözləyəcəyəm. Bütlərə ibadətdən imtina edib, yalnız Allaha ibadət edin....” deyə cavab verdi.
— “Bizim 360 dənə bütümüz Məkkəni idarə edə bilməzkən, bir tək Allah dünyanı necə idarə edər?” deyərək getdilər.
“Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır! Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir.”. (Sad, 38/4-5)
 
İlk Müsəlmanların Gördükləri Əzab və Cəfalar
Müşriklər, Əbu Talib və Hz. Peyğəmbərlə etdikləri görüşmələrdən bir nəticə əldə edə bilmədikləri üçün müsəlmanlara əzab və işgəncə verməyə başladılar.
Hz. Əbu Bəkir, Hz. Osman kimi qüvvətli və etibarlı bir ailəyə mənsub olanlara çox toxuna bilmirdilər. Lakin kimsəsiz, kasıb müsəlmanlara, xüsusilə kölə və xidmətçilərə dünya tarixində mislinə rast gəlinməyən vəhşilik dərəcəsində işgəncələr edirdilər. Əbu Füheykə, Habbab, Bilal, Suheyb, Am-mar, Yasir və Sümeyyə bunlardan idi.
Safvan b. Ümeyyənin köləsi olan Əbu Füheykə, əfəndisi tərəfindən hər gün ayağına ip bağlanaraq qumlar üzərində sürüklədilirdi.
Dəmirçi olan Habbab, köz halmdakı kömürlərin üzərinə yatırdılmış, kömürlər sönüb qaralana qədər, sinəsinə basılaraq yandırılmışdı.
Ammann atası Yasir, ayaqlarından iki ayrı dəvəyə bağlanıb, dəvələr tərs yönlərə sürülərək parçalanmış, ərinin bu şəkildə vəhşicə öldürülməsinə dözə bilməyib müşriklərə qarşı gələn Sümeyyə, Əbu Cəhlin atdığı bir oxla ölmüşdü.95
Ümeyyə b.Xələf, köləsi Həbəşli Bilalı hər gün çılpaq şəkildə qızğın qumlar üzərinə yatırdar, sinəsinə böyük bir daş qoyaraq günəşin altında saatlarla saxlayar, Hz. Peyğəmbərə (s.ə.s) söyməsi, islamı tərk etməsi üçün əzab edərdi. Bir gün, əllərini ayaqlarım sıx bağlayaraq boynuna bir ip keçirmiş, küçə uşaqlarının əlinə verərək çılpaq bədənini qızğm qumlar üzərində Məkkə küçələrində sürütmüştü. Dərisi üzülüb qanlar içində qalan Bilal, bu vəziyyətdə yan huşsuz halda belə “Əhad, Əhad” (Allah birdir, Allah birdir) deyirdi.96 97
Ana və atası vəhşicə öldürülən Ammar, gördüyü işgəncələrə dözə bilməmiş, müşriklərin istədikləri sözləri söyləmişdi. Əllərindən xilas olunca, ağlayaraq Hz. Peyğəmbərə (s.ə.s) vəziyyəti izah etmiş, Rəsulullah da (s.ə.s) ona: “Sənə təkrar əziyyət etsələr, xilas olmaq üçün yenə elə söylə” demişdi. ,,9S
Hz. Əbu Bəkir, müşrik sahiblərinin işgəncələrindən qurtarmaq üçün, yeddi müsəlman kölə və xidmətçini böyük qarşılıq ödəyərək satın alıb azad etmişdi. (Lübeynə, Zinnirə, Nəhdiyyə, Ümmü Abis və s.) Rəsulullahın (s.ə.s) müəzzini Bilal bunlardan biri idi.»
Haşimilərdən çəkindikləri və Əbu Talibin himayəsində olduğu üçün əvvəllər Rəsulullahın (s.ə.s) özünə toxuna bilmirdilər. Zamanla “məcnun, falçı, şair, sehirbaz” kimi sözlər söyləməyə başladılar. Nəhayət fürsət tapdıqca ona da təhqir, işgəncə və hər cür pisliyi etməkdən çəkinmədilər. Keçəcəyi küçələrə tikanlar tökür, üzərmə murdar şeylər, qan və pislik bulaşdırılır və evinin önünə pislik atırdılar. Bir dəfə Hərəm-i Şərifdə namaz qılarkən “Ukbə b. Əbi Muayt” hücum edib boğmaq istəmiş, Hz. Əbu Bəkir qurtarmışdı.98 99 Başqa bir zaman, Kəbənin yanında namaz qılarkən, Ukbə b. Əbi Muayt, Əbu Cəhlin təşviqiylə yeni kəsilmiş bir dəvənin iç orqanlarını, səcdəyə getdiyində üzərinə atmış, qızı Fatimə gəlib üzərindəki pislikləri təmizlədikdən sonra, başını səcdədən qaldıra bilmişdi.100 Müşriklərin hərəkətləri gedərək dözülməz bir həddə çatmışdı ki, bunun nəticəsində də müsəlmanlar Məkkədə yaşaya bilməz hala gəlmişdilər.

Həbəşistana İlk Hicrət Edənlər (615 m.)
“Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş (kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər!” (Nəhl, 16/41)
Müşriklərin əzabları dözülməz bir hal almışdı. Müsəlmanlar sərbəstcə ibadət edə bilmirdilər. Bu səbəblə Rəsulullah (s.ə.s) müsəlmanların Həbəşistana hicrət etmələrinə icazə verdi.
Müsəlmanlar Həbəşistana iki dəfə hicrət etdilər. İlk dəfə 11 kişi və 4 qadm cəmi 15 nəfər Məkkə dövrünün (Peyğəmbərliyin) 5-ci ilinin (615 m.) Rəcəb ayında Məkkədən gizlicə ayrılaraq Qırmızı dəniz sahilində birləşdilər. Başlarında bir rəisləri yox idi. Buradan kirayəyə götürdükləri bir gəmi ilə Həbəşistana keçdilər. İçlərində, Hz. Osman yoldaşı Ruqiyyə, Zübeyr b. Av-vam, Əbdürrəhman b. Avf və Abdullah b. Məsud kimi möhtərəm şəxslər də vardı.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh