Yəhudilərin Müşriklərlə Əməkdaşlığı

Mədinədən sürgün edilən Bəni Nadir yəhudilərinin rəisləri, Xeybərə sığınmışdılar. Müsəlmanlardan qisas almaq istəyirdilər. Başda Huyey b.Ahtab olmaqla, 20-ə yaxın yəhudi lideri 70 nəfərlik bir heyət ilə Məkkəyə getdilər.
Müsəlmanlar gün keçdikcə qüvvətlənir. Onlara qarşı birlikdə hərəkət etməliyik. Biz döyüş üçün hazırıq. Mədinədəki Bəni Kurayzalı qardaşlarımız da döyüşdə müsəlmanları arxadan vuracaq… deyə müşriklərə əməkdaşlıq təklif etdilər. Özləri “ahl-i kitab” və tək tanrı inancında olduqları halda, bütpərəst müşriklərə xoş görünmək üçün: -”(Ey Rəsulum!) Kitabdan (Tövratdan və ya yazıb-oxumaqdan) bir pay (az bir şey) verilənləri (yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta (bu adda iki bütə, yaxud Cibt adlı bütə və Tağut deyilən Şeytana) inanır və kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”, — deyirlər. Onlar Allahın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən!” (Nisa, 4/51-52) dedilər. Daha sonra Məkkə xaricindəki Qətəfan, Əsəd, Kinanə, Süleym, Fəzarə, Mürrə, Əşca və Əsləm… kimi bədəvi ərəb qəbilələriylə görüşdülər. Xeybərin bir illik xurma məhsulunu verməyi vəd edərək, onların da döyüşə qatılmalarım təmin etdilər.

Məkkəlilər 300-ü atlı, 1500-ü dəvəli olmaqla 4000 nəfərlik bir ordu hazırladılar. Məkkə xaricindəki bədəvi qəbilələrin qatılmasıyla ordunun sayı 10 minə çatdı. İndiyə qədər belə bir qüvvə toplanmamışdı. Mədinəni tutub islamı yox edəcəkdilər. Ordunun baş komandiri Əbu Süfyan idi.
B. Mədinə Ətrafına Xəndək Qazılması
Rəsulullah (s.ə.s) Məkkədəki hazırlıqları, Qüreyş ordusu hələ hərəkət etmədən əvvəl xəbər aldı. Səhabələrini yığaraq, bu qorxunc hücumun qarşısınının necə alınması barəsində müşavirə keçirdi. Müzakirə əsnasında, əslən İranlı olan Səlman-ı Farisi:

-Ya Rəsulullah, İranda düşmən hücumundan qorunmaq üçün, şəhərin ətrafina, xəndək qazarlar. Biz də elə edək, dedi.

Əsasən Mədinənin üç tərəfi, evlərin yüksək xarici divarları, yalçın qayalıqlar və sıx xurmalıqlarla əhatələnmişdi. Düşmən hücumuna qarşı, yalnız şimal yönü açıq idi. Bu tərəfə də, düşmənin keçə bilməyəcəyi dərinlikdə bir xəndək qazılsa, müdafiə olunmaq asanlaşardı.
Ərəblər tərəfindən bilinməyən bu müdafiə etmə şəkli uyğun görüldü. Hücuma əlverişli olan şimal tərəfdə xəndək qazılacaq yerlər müəyyənləşdirildi.
Rəsulullah (s.ə.s), səhabələrini 10 nəfərlik qruplara ayırdı. Hər qrupun qazacağı qismi təyin etdi. Mövsüm qış, hava soyuq idi. Əsən külək, xəndəkdə çalışanların əllərini ayaqlarım sanki dondururdu. Mədinədə qıtlıq vardı. Müsəlmanlar üç gün bir şey yemədən ac çalışdılar.259 Rəsulullah (s.ə.s) belə aclıqdan qamma daş bağlamışdı.260 Səhabələrlə birlikdə Hz. Peyğəmbər (s.ə.s) şəxsən xəndək qazır, aclığa, soyuğa, yorğunluğa qarşı əhval yüksəldici sözlər söyləyirdi. Bir ara sərt bir qaya çıxmış, kimsə parçalaya bilməmişdi. Rəsulullah (s.ə.s) xəndəyə endi, ilk vuruşda, qayanın üçdə biri qopdu. Hz. Rəsulullah (s.ə.s):

  • Allahu Əkbər, mənə Şamın açarları verildi. Bu anda Şamın qırmızı köşklərini görməkdəyəm, dedi. İkinci vuruşda qayanın yarısı daha qopdu. Rəsulullah (s.ə.s):
  • Allahu Əkbər, mənə Fars ölkəsinin açarları verildi. Bu anda, Kisranın ağ köşklərini görməkdəyəm, buyurdu. Üçüncü zərbədə qaya, tamamilə parçalandı. Rəsuli-Əkrəm (s.ə.s):
  • Allahu Əkbər, mənə Yəmənin açarları verildi. İndi mən Sənanın qapılarını görürəm, buyuraraq bütün bu ölkələrin çox yaxında müsəlmanların olacağını müjdələdi.261 Münafiqlər, Rəsulullahın (s.ə.s) bu müjdələrini xəyal sayırdılar.

«O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: “Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir. (Biz zəfər çala bilməyəcəyik)” — deyirdilər.”
 
Aclığa, soyuğa və hər cür çətinliyə baxmayaraq, təxminən 5,5 km uzunluqda bir atın qarşıya sıçraya bilməyəcəyi genişlik və dərinlikdə qazılan xəndək, düşmən gəlmədən əvvəl, iki həftə içində tamamlandı.
Müşriklər, Mədinə ətrafında indiyə qədər bənzərini görmədikləri dərin bir xəndəklə qarşılaşınca çaşdılar. Bir hücumda Mədinəni alt-üst edib, müsəlmanları yox edəcəklərini xəyal etmişdilər. Bunun asan olmayacağım gördülər. Xəndək boyunca, aşağı-yuxan irəlilədilər, keçəcək bir yer tapa bilmədilər. Sonunda, Qureyşlilər xəndəyin qərbində, Bədəvi qəbilələr də şərq hissəsində qəraıgah qurdular. Beləcə Mədinəni mühasirəyə aldılar.
 
Çətin Günlər
10 min müşrik ordusu qarşısında, müsəlmanların sayı 3 minə yaxın idi. Yalnız 36 atlan vardı. Önlərində xəndək, arxalarında isə Sel dağı vardı. Ancaq Bəni Kurayza razılaşmanı pozub müşriklərlə əməkdaşlıq etsə, müsəlmanlar çox təhlükəli bir vəziyyətə düşəcəkdilər. Bu təqdirdə, müsəlmanlar Xəndək qarşısında düşmənlə məşğul olarkən, yəhudilərin Mədinəyə basqın edib, qadınları və uşaqlan qılıncdan keçirmələri mümkün idi.
Qarşılıqlı ox və daşlann atılmasıyla başlayan mühasirə, fasiləsiz 27 gün davam etdi. Müsəlmanlar aclıq və səfalət içində, çətin və sıxıntılı günlər keçirdilər. Döyüşün ən təhlükəli bir anında, Bəni Nadir rəisi Huyey b.Ahtabın təşviqiylə Bəni Kurayza yəhudiləri də razılaşmanı pozub, müşriklərlə əməkdaşlığına başladılar. Rəsulullahın (s.ə.s) nəsihət üçün göndərdiyi Evs qəbiləsinin rəisi Sad b. Muazı dinləmədilər. Düşmənliklərini açıqca bildirdilər.
Müsəlmanlar, xəndək qarşısında 10 min müşrik ordusuna qarşı dayanmağa çalışarkən, bir tərəfdən də, Mədinəni yəhudilərin basqınından qorumaq məcburiyyətində qaldılar. Belə təhlükəli bir anda, münafiqlər də ara qarışdırmağa başladılar. Həm döyüşü buraxdılar, həm də döyüşçülərin mənəviyyatım sarsıdıcı propaqanda etdilər. (“O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” — demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)” — deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.”
Mühasirənin uzanması müşrikləri də bezdirdi. Əsasən onlar, belə günlərlə uzun müddətli mühasirə üçün deyil, bir neçə saatda nəticəyə çatılacaq bir zəfər üçün gəlmişdilər. İşi bir an əvvəl bitirmək üçün bütün gücləriylə ümumi bir hücuma keçdilər. Bir tərəfdən müsəlmanların üzərinə ox yağışı yağdırarkən içlərindən (Dırar, Cübeyrə, Novfəl, Əmr b. Abdivədd kimi) bir neçəsi də, əlverişli bir yerdən atlanyla xəndəyi keçdilər. Bunların hər biri, ərəblər arasında min cəngavərə bərabər sayılırdı. Ən məşhurları olan Əmr b. Abdivədd mübarizə nəticəsində Hz. Əli tərəfindən öldürüldü, digərləri isə qaçdılar. Novfəl qaçarkən xəndəyə düşdü və Hz. Əlinin qılınc zərbəsindən sonra can verdi.
Sabahısı gün, döyüşün ən çətin günü oldu. Bir tərəfdən müşriklər, digər tərəfdən Bəni Kurayza yəhudiləri hücuma keçdilər, fasiləsiz axşama qədər ox yağışını davam etdirdilər. Rəsulullah (s.ə.s) və müsəlmanlar, o gün namaz qılmaq üçün belə fürsət tapa bilmədilər. Günorta, ikindi və axşam namazlarını, şamdan əvvəl, tək azanla qəza etdilər.
 
Hərb Hiylədir
Qətəfan qəbiləsindən Nuaym b. Məsud, döyüş əsnasmda müsəlman olmuşdu. Bundan kimsənin xəbəri yox idi. Rəsulullahla (s.ə.s) gizlicə görüşərək, müşriklərlə yəhudilərin arasım vurmaq üçün icazə istədi. Rəsulullah (s.ə.s):

  • Hərb hiylədir, əlindən gələni et, buyurdu. Nuaym əvvəl Bəni Kuray-zaya getdi.
  • Mənim sizə olan dostluğumu bilirsiniz. Sizin üçün narahat oluram. Məkkəlilər bu işdən bezdi, döyüşü buraxıb gedərlərsə, müsəlmanlar qarşısında tək başına qalacaqsınız. O zaman halınız necə olacaq? Onlardan bir neçə girov istəyin, əks halda kömək etməyin… dedi. Sonra Əbu Süfyanın yanma gəldi:
  • Eşitdinmi, Bəni Kurayza razılaşmanı pozduğuna peşman olmuş, sizi buraxıb müsəlmanlarla yenidən razılaşmağa başlamış, sizdən girov götürərək onlara təslim etməyi vəd etmişlər, dedi. Əbu Süfyan əsasən yəhudilərə çox güvənə bilmirdi. Sabahısı gün, sınamaq üçün yəhudilərdən kömək istədi. Yəhudilər dərhal girov istədilər. Əbu Süfyan istəklərini qəbul etməyincə, hər iki tərəf də:
  • Nuaym doğru söyləmiş, dedilər. Aralarında güvən qalmadı.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh