Mutə döyüşü

Döyüşün Səbəbi
Mutə döyüşü, müsəlmanlarla xristianlar (ramlar və xristian ərəblər) arasında edilən ilk döyüşdür. Səbəbi Rəsulullahın (s.ə.s) elçisinin öldürülməsidir.
Rəsulullah (s.ə.s) islama dəvət üçün hökmdarlara elçilərlə məktublar göndərdiyi əsnada, Suriyada Busra (indiki Sinaqoqun) əmiri Şürahbilə də, Haris b. Umeyr ilə bir məktub göndərmişdi. Qassani ərəblərindən Şürahbil, xristian idi. Bizansın himayəsində olurdu.
Haris, Şürahbilə Qüdsün iki mil cənubunda olan Mutə qəsəbəsində rast gəldi. Elçi olduğunu söyləyərək Hz. Peyğəmbərin (s.ə.s) məktubunu ona verdi. Lakin Şürahbil, insanlığa zidd davranaraq Rəsulullahın (s.ə.s) elçisini öldürtdü.
İndiyə qədər Hz. Peyğəmbərin (s.ə.s) elçilərindən heç biri öldürülməmişdi. Bir elçinin öldürülməsi, tarix boyunca bütün cəmiyyətlərdə insanlığa və hüquq qaydalarına zidd bir davranış sayıldığı kimi, göndərənə də ən böyük təhqir və meydan oxuma demək idi. Bu səbəblə Rəsulullah (s.ə.s) üç min nəfərlik bir ordu hazırlayaraq, azadlı köləsi Zeyd b. Harisənin əmrində yola çıxardı.328 Rəsulullah, elçi Haris b. Umeyr şəhid edildiyi Mutəyə qədər gedilməsini, Şürahbil və əmrindəkilərin islama dəvət edilməsini, qəbul etməzlərsə döyüşülməsini əmr etdi.329 “Qadınları, uşaqları, yaşlıları öldürməyin, evləri yıxıb xarab etməyin, ağacları kəsib, təxribat törətməyin!" -dedi. Ordunu “Səniyyətül-Vida” deyilən ayrılıq təpəsinə qədər yola salan Hz. Peyğəmbər (s.ə.s):
— “Zeyd şəhid olsa Cəfər, Cəfər də şəhid olsa, Abdullah b. Rəvaha komandir olsun. ” buyurdu. ”
İslam ordusunun hərəkətini Şürahbil eşitdi. Dərhal Lahm, Cüzam, Qayın, Bəlkin, Bəhra kimi xristian ərəb qəbilələrindən böyük bir ordu hazırladı. Bundan əlavə vəziyyəti Bizans imperatoruna bildirərək, ondan da kömək istədi. Beləcə Şürahbil, 200 min nəfərlik böyük bir ordu yığdı. Bunun 100 mini Rumlardan, 100 mini də xristian ərəblərdən meydana gəlmişdi.331 İmperator Herakl da işə əhəmiyyət verərək, Bəlkadakı Məab şəhərinə qədər gəldi.
Müsəlmanlar, ancaq Suriya torpaqlarına girdikdən sonra düşmənin gücü və hazırlıqları haqqmda məlumat əldə edə bildilər.
İki tərəf arasında istər ədəd, istərsə də silah və təchizat baxımından böyük bir fərq vardı. Tarixdə, iki tərəf arasında belə böyük bir fərq görülməmişdir. 200 min (bəzi rəvayətlərdə 100 min) nəfərlik bir ordu qarşısında üç min mücahid nə edə bilərdi? Lakin, döyüşmədən geri dönə bilməzdilər. Komandir Zeyd, Maanda mücahidlərin liderləriylə toplanıb vəziyyəti müşavirə etdi. Görəsən, vəziyyəti Rəsulullaha (s.ə.s) bildirib alınacaq cavaba görəmi hərəkət edilməli idi? Lakin, Abdullah b. Rəvaha bütün tərəddüdləri yox etdi.

— Yoldaşlar, çəkindiyimiz şey, ələ keçirmək üçün yola çıxdığımız şeydir, yəni şəhid olmaqdır. Dinimizi ucaltmaq üçün döyüşək. Ya şəhid, ya qazi olacağıq. Bunun ikisi də gözəl deyilmi? dedi.

Abdullahın çıxışı mücahidlərin döyüş ruhunu yüksəltdi. Hamısı da: — Abdullah doğru söyləyir. Döyüşməliyik, dedilər.
 
Komandirlər Növbəylə Şəhidlik Şərbətini İçdilər
İki ordu Mutədə qarşılaşdı. Zeyd, əlində bayraq irəli atıldı. Qəhrəmanca vuruşdu və ölümdən qorxmadığını göstərdi. Lakin, düşmən mizraqlarının arasında şəhid oldu.
Zeyd şəhid olunca, bayrağı dərhal Cəfər aldı. Bənzərsiz qəhrəmanlıqlar göstərdi. Əvvəl sağ əli kəsildi, bayrağı sol əliylə tutdu. Sol əli də kəsilincə, qollanyla bayrağa sarıldı. Bir çox yara aldığı halda son nəfəsinə qədər bayrağı buraxmadı. Nəhayət o da şəhid oldu.
Cəfərdən sonra bayrağı Abdullah b. Rəvaha aldı. O da şeirlər söyləyərək, qəhrəmanca döyüşdü. Bədəni dəlik-deşik oldu. Sonunda o da şəhid oldu.
 
Xalid b. Vəlidin Üstün Məharəti
Abdullah da şəhid olduqda, ordu komandirsiz qaldı. Ümumi bir çaxnaşma başladı. Dağılan ordunun qaçışına Xalid b.Vəlid mane oldu. Mücahidlər, Xalidin ətrafında yenidən toplandılar. Xalid bayraq əlində axşama qədər vuruşdu. O gün əlində tam doqquz qılınc parçalandı.335 Bu, müsəlman olduqdan sonra Xalidin qatıldığı ilk döyüş idi.
Gecə olunca, Xalid ordunu yenidən düzənlədi. Öndəkiləri arxaya, ar-xadakılan önə, sağdakılan sola, soldakılan sağa keçirdi. Beləcə düşmənə, kömək üçün yeni qüvvələr gəlmiş intibahını verdi. Səhər olunca da qəflətən şiddətli bir hücuma keçərək düşməni məğlubiyyətə uğratdı. Bu fürsətdən faydalanaraq, əsgərini məharətlə geri çəkdi. Böyük bir itkiyə məruz qalmadan Mədinəyə döndü. İslam ordusunu böyük bir fəlakətdən qurtardı.
200 min nəfərlik orduya qarşı edilən bu çətin döyüşdə, müsəlmanlar yalnız 12 şəhid vermişdilər. Bu vəziyyət, komandirlərin döyüşü çox müvəffəqiyyətli idarə etmələri və canlarını fəda etməkdən çəkinməmələrinin bir nəticəsi idi.
 
Rəsulullahın (s.ə.s) Mədinədən Döyüşü Seyr Etməsi
Rəsulullah (s.ə.s) döyüşün bütün mərhələlərini, Mədinəyə hələ heç bir xəbər çatmadan səhabələrinə bildirmişdi. Allah təala, zaman, məkan və məsafə anlayışlarını qaldıraraq, sevimli Peyğəmbərinə döyüş meydanını olduğu kimi göstərmişdi. Məscid-i Nəbidə minbərdə oturmuş olan Allah Rəsulu (s.ə.s) gözlərindən yaşlar axaraq: -Bayrağı Zeyd aldı, Zeyd vuruldu, şəhid edildi. Sonra Cəfər aldı, O da şəhid oldu. Sonra Abdullah aldı, O da şəhid oldu. Ən sonunda bayrağı, Allahın qılınclarından bir qılınc, Xalid b. Vəlid götürdü. Allah ona fəthi müyəssər etdi, buyurdu.
Rəsulullah (s.ə.s), Zeyd, Cəfər və Abdullahın şəhid düşdüklərini xəbər verdikcə, hər biri üçün istiğfar etmiş və cənnətə girdiklərini də müjdələmişdi. Bayrağı Xalid aldıqda isə: -Allahım Xalid sənin qılınclarından bir qılıncdır. Sən ona qalibiyyət ehsan et, deyə dua etmişdi.338 Bundan sonra Xalidə “Sey-fullah” (Allahın qılıncı) deyildi.
Cəfərin şəhidlik xəbərini eşidincə, ailəsi fəryada başladılar. Rəsulullahda (s.ə.s) son dərəcə kədərləndi. Çox sevdiyi, ən qiymətli yoldaşlarını itirmişdi. Cəfərin ailəsini təsəlli etdi. Hüzünlüdürlər, yemək hazırlaya bilməzlər, deyə evinə yemək göndərdi.
-Allah Cəfərə, Mutədə kəsilən iki qoluna əvəz, iki qanad verdi. Onu cənnətdə mələklərlə birlikdə uçarkən gördüm, deyə müjdələdi.340 Bu səbəblə Cəfər, bundan sonra Cəfəri Təyyar deyə xatırlandı.
 
Zatüs-Səlasil Döyüşü (Cəmaziəlaxir 8 h./629 m.)
Kudaa qəbiləsinin Uzrə və Bəli qolları, Mədinədəki heyvanlarını yağ-malamaq üçün, Vadil-Kura yaxınlığında toplanmışdılar. Rəsulullah (s.ə.s) vəziyyətdən xəbərdar oluqda, bunların üzərinə Amr b. Asın əmrində 30-u atlı 300 nəfərlik bir səriyyə göndərdi. Bunlar arasında Sad b. Əbi Vakkas, Sad b. Ubadə, Səid b. Zeyd, Amr b. Rəbiə kimi ənsar və mühacirlərdən tanınmış şəxslər də vardı.
Amr b. As. səhabələrin böyüklərindən deyildi. Hələ bir il əvvəl müsəlman olmuşdu. Lakin, babası Vailin anası Bəli qəbiləsindən olduğu üçün Amnn bu qəbilə ilə əlaqəsi vardı. Amr, eyni zamanda döyüş üsulunu yaxşı bilən, son dərəcə ağıllı bir kimsə idi. Bu səbəblə Rəsulullah (s.ə.s), komandirliyə onu seçmişdi.
Amr, Vadil-Kura ətrafında Səlasil suyuna çatınca, düşmənin sayca üstün olduğunu öyrəndi. Burada yerləşərək, bir xəbərçi ilə Rəsulullahdan (s.ə.s) kömək istədi. Bunun üçün Rəsulullah (s.ə.s) Əbu Ubeydə b. Cərrahın əmrində 200 nəfərlik əlavə qüvvə göndərdi. Hz. Əbu Bəkir və Hz. Ömər də bunların arasında idi. Rəsuli-Əkrəm (s.ə.s), Əbu Ubeydəni göndərərkən:

— Ayrılığa düşməyin, əməkdaşlıq edin, buyurmuşdu. Amr b. As, Əbu Ubeydənin döyüşçülərə imam olaraq namaz qıldırmasına etiraz etdi.
— Sən mənə köməyə gəldin, komandir mənəm, namazda mən imam olacağam, dedi.

Əbu Ubeydə yumşaq təbiətli bir şəxs olduğu üçün, buna heç etiraz etmədi.
— Ya Amr! Rəsulullah (s.ə.s) əfəndimiz, ixtilafa düşməməmizi əmr etdi. Sən mənə uymazsansa, mən sənə uyaram, təlaşa ehtiyac yoxdur, deyə cavab verdi. Amr bütün müsəlmanlara səfər müddətində imam olub namaz qıldırdı. Beləliklə, Hz. Ömər və Hz. Əbu Bəkr də Amnn idarəsinə girmiş oldular. Halbuki Rəsulullah (s.ə.s), Amn ilk 300 döyüşçüyə, Əbu Ubeydəni də 200 döyüşçüyə komandir təyin etmişdi. Əbu Ubeydəni Amnn əmrinə deyil, köməyinə göndərmişdi.

Amr, düşmənə yaxınlaşınca lazımi tədbirləri aldı. Hava çox soyuq və sərt olduğu halda, gecə atəş yandırmağı qadağan etdi. “Kim atəş yandırsa, onu yandırdığı atəşin içinə ataram” deyə hədələdi. Döyüşçülər, soyuqdan Əbu Bəkir və Ömərə müraciət etdilər. Hz. Ömər:

— Bu necə işdi, hər kəsi soyuqdan qıracaqmı? deyə Amra xəbər göndərdi. Amr b. As:
— Ya Ömər, sən mənə itaətə məcbursan, işimə qanşma deyə, cavab verdi.

Hz. Əbu Bəkir də:
Rəsulullah (s.ə.s), onu döyüş üsulunu yaxşı bildiyi üçün komandir etdi. Madam ki, komandir odur, işinə qarışmamaq lazımdır, dedi. Beləcə gecəni soyuqda keçirdilər. Çünki, atəş yandırılsaydı düşmən müsəlmanların azlığmı öyrənəcəkdi.
Amr, planını kimsəyə söyləmədi. Səhərə yaxın, alaqaranlıqda qəflətən düşmən üzərmə hücuma keçdi və döyüşdə qalib gəldi. Düşmən xeyli miqdarda qənimət buraxaraq qaçdı. Səhabələr, düşməni arxadan təqib etmək istəsələr də Amr buna da icazə vermədi. Bir neçə gün orada qalıb ətrafdakı qənimət olaraq ələ keçən heyvan sürülərini yığdıqdan sonra, Mədinəyə döndü.

Səfər əsnasında Amr b. As cünub olmuş, hava soyuq olduğu üçün qüsul almayaraq təyəmmümlə namaz qıldırmışdı.342 Dönüşdə səhabələr, Rəsulullaha (s.ə.s), Amr b. Asdan:

    1. Hava çox soyuq olduğu halda, gecə atəş yandırtdırmadı,
    2. Qalib gəldiyimiz halda düşməni izlətdirmədi,
    3. Su tapıldığı halda qüsul almayıb, təyəmmümlə namaz qıldırdı, deyə şikayət etdilər.

Amr bu şikayətlərə qarşı:
    1. Sayımızın az olduğunu düşmən anlamasın deyə atəş yandırtdırma-dım.
    2. Kömək üçün qüvvə göndərə biləcəyi düşüncəsiylə düşməni izlətdir-mədim.
    3. Soyuqda yuyunmaq təhlükəli olduğu və Allah təala “Əlinizlə özünüzü təhlükəyə atmayın.” (Bəqərə, 2/195) və “Özünüzü öldürməyin. Şübhəsiz Allah sizə qarşı mərhəmətlidir.” (Nisa, 4/29) buyurduğu üçün qüsul almayıb təyəmmüm etdim, deyə cavab verdi.

Rəsulullah (s.ə.s) Anırın cavablarım təbəssümlə qarşıladı.
Amr b. As, hələ yeni müsəlman olduğu halda, səhabələrin böyüklərinin də olduğu bir orduya komandir təyin edilməsindən ötəri qürurlanmışdı. Döyüşü də qazanaraq dönüncə, Rəsulullahın (s.ə.s) yanındakı dərəcə və etibarını öyrənmək istədi. Rəsuli-Əkrəmə (s.ə.s):
— Ən çox kimi sevirsiniz? deyə soruşdu. Rəsulullah (s.ə.s)

Aişəni deyə cavab verdi.
    — Sonra kimi?
    — Aişənin atasım, Əbu Bəkri.
    — Sonra kimi?
    — Öməri.

Amr, ən sonraya özünün qalacağından qorxaraq soruşmaqdan imtina etdi.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh