Mütəvəkkil Dövründə Abbasilərin Vəziyyəti

Mütəvəkkilin dövründə Abbasilər zəifləməyə başladı. Ölkədə xalqın xilafət məqamındakılann davranışları, Rəsulullahın nəslinə qarşı etdikləri hörmətsizliklər səbəbilə Abbasilərə qarşı düşmənçiliyi artmışdı.
Abbasilərin daxili məsələlərə başınm qarışmasından istifadə edən Bizans İslam torpaqlarına hücumlar etməyə başlamışdı.
Abbasilərin Zəifləməsi
Xəlifə Mötəsimin vəfatından sonra başlayan daxili çəkişmələr və xəlifələrin idarəni əmir və vəzirlərə tapşırmaları Abbasi dövlətinin süqutunu yaxınlaşdırdı. Bu dövrdə hakimiyyətə gələn xəlifələr və onların dövründəki hadisələr qısa olaraq bunlardır:

Ahmed Cevdet Paşa, Kissası-Enbiya, IV, 211-212.
Mustain Billah (862-866)-əmirlərlə yola getmədi. Samirədən Bağdada qaçdı. Əmirlər Abbasi nəslindən olan Mutəzini həbsdən çıxararaq xəlifə elan etdilər. Mustain ilə Mutəzi tərəfdarları arasında toqquşmalar baş verdi. Mustain, bu mübarizələrdən bezərək xilafəti Mutəziyə buraxaraq çəkilsə də 866-cı ildə Mədinəyə gedərkən yolda öldürüldü.
Mutəz Billah (866-869)-onun dövründə də daxili çəkişmələr davam etdi. Özünə rəqib hesab etdiyi qardaşı Muayyədi, əvvəlcə vəliəhdlikdən kənarlaşdıraraq həbs etdirdi, sonra isə öldürtdü. Başqa qardaşı Əhmədi də həbs etdirdi. Amma xilafət ona da yar olmadı. Hərbi bir üsyan nəticə sində həbs olunaraq orda aclıqdan öldü.
Muhtədi Billah (869-870)-xəlifə Vasiqin oğlu idi. Abbasi xanədanında Ömər b. Əbdüləziz dövrünü canlandıraraq, onun kimi hərəkət etmək məqsədi güddüyünü söyləmişdi. Belə də etdi. Dövlətin mənafeyini müdafiə etmək üçün əmirlərin nüfuzunu zəiflətməyə çalışdı. Buna qismən də olsa nail oldu. Lakin onun dövründə baş verən üsyanlar xəlifəni sarsıtdı. Öldürtməyi fikirləşdiyi türk əmirlərindən olan Musa b. Buğa onun bu niyyətini anladı. Ondan xəlifəliyi tərk etməsi tələb olundu. Tərk etmədiyinə görə Musa tərəfindən öldürtdürüldü.
Mutəmid Əlallah (870-892)-dövlət işlərini idarə etməyi qardaşı Mu-vafiäqa həvalə etdi. Bu vaxt xəlifə Mutəzin dövründə mühafizə dəstəsi yaratmaq üçün Afrikadan gətirilən zəncilərlə, Bəsrədə duz mədənlərində işlədilən zəncilər birləşərək dövlətə qarşı üsyan etdilər. Onları bu üsyana təşviq edən Əbdül-Qeys qəbiləsindən olan bir şəxs idi. Özünə Sahib Zənc adı verilən bu şəxs imam Zeydin nəvələrindən olduğunu elan edirdi.
Lakin hərəkətləri bunun əksindən xəbər verirdi. Sözlərinə və hərəkətlərinə baxdıqda onun Xaricilərin Əzariqə qolundan olduğunu bilmək olurdu.
Minbərə çıxanda Osman, Əli, Müaviyə, Talha, Zübeyr və Aişəyə söyür, sünnilərin mallarını və canlarını halal sayaraq onların ailələrini əsir edirdi. Haşimoğullannm qızlarını əsir kimi yanında saxlayırdı.
Sahib Zənc, əmrindəki ordu ilə Atilə, Übüllə, Abadan şəhərlərinin ələ keçirərək talan elədi. Şattul Ərəbdəki gəmiləri ələ keçirərək bir donanma yaratdı. Üzərinə gələn Bəsrə ordusunu məğlub edərək, Bəsrəni xarabazarlığa çevirdi.
Muvaffaq zəncilərlə ilk mübarizəsində məğlub olaraq Übüllləyə çəkildi. Lakin ordusunun digər qolu zənciləri məğlub etdi. Bundan sonra Muvaffaq, zəncilərə yenidən hücum etsə də onları tamamilə yox edə bilmədi.
Səffarilərlə aparılan mübarizədən istifadə edən zəncilər, ətrafi yağ-malamağa başlasalar da Əhvazda məğlub oldular.
Sahib Zənc, 873-cü ildə Vasit şəhərini yandırdı. 879-cuildəNumaniy-yəyə daxil olaraq xalqın bir hissəsini qılıncdan keçirdi, bir hissəsini də əsir aldı.

Muvaffaq, oğlu Əbül-Abbası Sahib Zəncin üzərinə yolladı. Əbül-Abbas on min əsgər və mükəmməl bir donanma ilə zəncilərin üzərinə hərəkət edərək onları məğlub etdi. Müvaffaq da oğlunun yanma gəldi. Birlikdə zənciləri cəzalandırdılar. Vasit və Kufədə ələ keçirilmiş əsirləri qurtardılar. 883-cü ildə zəncilərin Dəclə çayı üzərindəki Muhtara qalasını mühasirəyə aldılar.
Şiddətli mübarizədən sonra ora daxil olduqda Sahib Zənc, geri çəkilərək mübarizəyə davam etdi. Tulunoğullan komandirlərindən Lulunun da köməyi ilə, Sahib Zənc 883-cü ildə tutularaq öldürüldü. Beləliklə bu təhlükə ortadan qaldırıldı.
 
Qərmətilərin Ortaya Çıxması
Mutəmidin dövründə İranda müstəqilliyini elan edən Samanilər dövləti yarandı Bundan əlavə İslam dünyasını qarışdıran Qərmətilər də hərəkətə keçdilər. Sünni inancına qarşı olan bu məzhəbin qurucusu “Qırmıt” adlı bir şəxs olub, Kufədə peyda olmuşdu. Bu şəxs Sahib Zənc ilə görüşmüş “özünə tabe olan yüz min nəfərlə zəncilər birləşsə böyük ordu əmələ gələcəyini ” desə də, Sahib Zənc ilə aralarında fikir birliyi olmadığından razılaşa bilmədilər.87
890-cı ildə Bəhreyndə toplanaraq hərəkətə keçən Qərmətilər, Bəsrəyə hücum edərək üzərlərinə gələn Abbasi ordusunu məğlub etdilər. Aparılan mübarizələr nəticəsində Şama da daxil oldular. Qərmətilər daha çox Kufədə yayılmışdılar.
910-cu ildə etdikləri qırğınlar çox şiddətli olmuşdur. Başçıları Əbu Tahir Qərməti, əmrindəki ordu ilə Məkkəni ələ keçirdi. Hacıları öldürərək, ölülərini Zəmzəm quyusuna atdılar. Məkkəni talan etdilər. Bununla kifayətlənməyən Əbu Tahir Qərməti, Kəbənin örtüyünü də adamları arasında bölüşdürdü. Hacərul-Əsvədi də özü ilə götürərək 930-cu ildə hökumətin paytaxtı olan Hicrə gətirdi.
Mutəzid Billah (890-902)-Muvaffaqın oğlu idi. Əsl adı Əbül-Abbas idi. Zənci üsyanının yatırılmasında əhəmiyyətli rolu olmuşdur. Muhtədi kimi ədalətlə hərəkət etmək istədi. İslamın əmrlərinə uyğun hərəkət etməyə çalışdı. Abbasilərdən ayrılmış Misiri yenidən dövlətə qaytarmaq üçün çalışdı. Onun dövründə Tulun hökmdarından veıgi almağa başladı.
Mutəzid, ölkədə təhlükəsizliyi təmin etmək üçün çox qan axıtdı. Bu səbəblə də ona Səffah ləqəbi verildi. Şiə və xarici üsyanlarını yatırmaq məcburiyyətində qaldı.
Samanilərlə aparılan mübarizədə məğlub olaraq Təbəristanı onlara verməli oldu. Amma Bizansla apardığı müharibələrdə qalib gəldi.
Müqtəfi Billah (902-908)-Mutəzidin oğludur. Yaxşı davranışları ilə xalqın sevgisini qazandı. Şamı, Xümsü, Hama və Muarrə şəhərlərini yağmalayaraq xalqı qılıncdan keçirən Qərmətilərlə mübarizə apararaq onları məğlub etdi.
904-cü ildə Tarsus qaziləri Bizansla müharibədə qalib gələrək Antalyanı fəth etdilər.
Misir, Müqtəfmin 905-ci ildə göndərdiyi ordu tərəfindən ələ keçirildi.
 
Müqtəfi Billahdan Sonrakı Abbasi Xəlifələri
Müqtədir Billah (908-932), Qahir Billah (932-934), Razi Billah (934-940), Müttəqi Billah (940-944), Müstəqfi Billah (944-946), Muti Lillah (946-974), Tai Lillah (974-991), Qadir Billah (991-1031), Qaim Biəmrillah (1031-1075), Müqtədi Biəmrillah (1075-1094), Müstəhzir Billah (1094-1118), Müstərşid Billah (1118-1135), Raşid Billah (1135-1136), Müqtəfi Liəmrillah (1136-1160), Müstəncid Billah (1160-1170), Müstəzi Biəmrillah (1170-1180), Nasir Lidmillah (1180-1125), Zahir Biəmrillah (1225-1226), Müstənsir Billah (1226-1242) və son xəlifə Müs-təsim Billah (1242-1258).

Bu xəlifələrdən Qahir Billah, Müttəqi Billah və Müstəqfi Billah əmirlər tərəfindən xəlifəlikdən salınaraq kor edilmişlər. 16 il kor olaraq gəzən Qahir Billah, dilənçilik eləmək məcburiyyətində qalmışdı. Onun:
“Vaxtilə xəlifəniz olmuş, bu gün sadaqə dilənən bu bədbaxt qocaya rəhm ediri ' deyərək bir vaxtlar idarə etdiyi insanlardan sədəqə istəməsi insanın nə vəziyyətlərə düşə biləcəyindən xəbər verir.
Müttəqi Billah da kor edilmişdir. O da, 20 ildən çox kor yaşamışdır. Müstəqfi Billahın da gözlərinə mil çəkilərək kor edilmişdir.88
Bundan sonrakı xəlifələr dövründə Abbasi dövləti, müxtəlif üsyan və Bizansın hücumları nəticəsində daha da zəiflədi. Bəzi bölgələrə göndərilən vali və komandirlər mərkəzi hökumətin heç nə etməyəcəyini düşünərək müstəqillik elan etməyə başladılar ki, bu da Abbasilərin parçalanmasına səbəb oldu.
Xəlifələr bu əmirlərə heç bir təsir göstərə bilmirdilər. Ölkənin müdafiəsi ucqar nöqtələrdəki qaziliklərə və xırda əmirliklərə buraxıldı. Hətta Xaç yürüşləri əsnasında belə, Qüdsü azad etmək üçün hərəkətə keçmədilər. Bundan istifadə edən xristianlar sadəcə Qüdsü ələ keçirməklə kifayətlənməyib Fələstin, Liviya və Suriya kimi əhəmiyyətli yerləri də ələ keçirdilər. Lakin sonrakı illərdə Səlahəddin Əyyubinin ortaya çıxması Qüdsün yenidən müsəlmanların əlinə keçməsilə nəticələndi. Digər Xaçlı orduları da Məmlukilər tərəfindən ölkədən qovuldu.
 
Monqolların Hücumu və Abbasilərin Süqutu
Ölkədə baş qaldıran məzhəb münaqişələri, Abbasi xilafətini olduqca zəiflətdi. Son xəlifənin dövründə də bu mübarizələr davam etdi. Halbuki həmin əsnada, böyük Monqol təhlükəsi var idi. Müsəlmanların daxili çəkişmələri tərk edərək birləşmələri lazım olduğu halda bu baş vermədi. Bundan əlavə Mötəsim, Monqol xaqanı Hülakünün İsmaililərə qarşı birgə mübarizə aparmaq təklifini də rədd etdi. Beləliklə son fürsəti qaçırdı.
Hülakü göndərdiyi yeni elçi ilə, Bağdad qala divarlarını yıxıb, yerinə vəkil buraxaraq gəlməsini bildirdi. Mötəsim gələn elçi ilə sərt rəftar etdi.
Hülakü, Bağdada hücum edərək şəhəri mühasirəyə aldı. Xəlifə, müqavilə imzalamaq istəsə də Hülakü bunu qəbul etmədi. Xəlifə vəzirin təkidi ilə yaxın adamları ilə birgə Hülakünün yanma getdi.
Hülakü yanma gələn xəlifə və adamlarını təhqir etdi. Onlardan xəzinənin yerinin öyrəndi. Bağdad xalqına silahlan atmağı əmr etməyi xəlifədən tələb etdi. Xəlifə bu əmri verdikdən sonra Bağdaddakı bütün mühafizəçiləri silahlanın buraxaraq geri çəkildilər. Lakin Hülakü onla-nn hamısını qılıncdan keçirtdi. Sonra da xəlifənin yaxınlanm və xəlifəni 1258-ci ildə vəhşicəsinə öldürtdürdü.
İslamın ən böyük mədəniyyət mərkəzi olan Bağdad 1258-ci ildə Hülakünün yüz min nəfər olduğu bildirilən ordusu tərəfindən xarabazarlığa çevrildi. Şəhərdəki xristian, yəhudi, təslim olan və rafizi olduğu rəvayət olunan xəlifənin vəziri İbnul-Əlqaməyə tabe olanlar, monqollarla münasibəti olan tacirlər və onların himayəsindəkilər müstəsna olmaqla bütün Bağdad xalqı öldürüldü. Ölənlərin miqdarı 800 000 ilə 2 000 000 olduğu qeyd edilmişdi. Şəhərdə yaşayan bütün elm adamları şəhid edilmişdi. Bağdadda məscidlərə sığınaraq özlərini müdafiə etməyə çalışanlar da binalarla birgə məhv edilmişdir. Bütün sərvətlər ələ keçiribmiş, xəlifə tərəfində döyüşən Süleymanşah və əsgərləri öldürülmüş, şəhərdə insan cəsədlərindən təpələr meydana gəlmişdi. Kitabların əksəriyyəti Hülakünün yanındakı Nəsrəddin Tusi tərəfindən götürüldü.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 
 

0 şərh