Hz. ƏBU BƏKRİN XİLAFƏT DÖVRÜ

Hz. Məhəmmədin (s.ə.s) vəfatından sonra ən önəmli mövzu, müsəlmanlar üçün kimin xəlifə olacağı məsələsi idi. Hz. Peyğəmbər (s.ə.s) vəfatından öncə, ümməti idarə etmək üçün, yerinə keçəcək şəxsi təyin etmədi. Bu xüsusda Quranda da bir məlumat verilmir. Beləcə, dövlət başçısının seçilməsinin müsəlmanların öhdəsinə buraxılan bir məsələ olduğu, dinin əsaslarından olmadığı xüsusu açıqca ortaya çıxmış oldu. Belə olduqda, dövlət başçısını sərbəst seçmək haqqma sahib olan insanların seçimlərinin və namizədlərinin fərqli olması adi bir haldır. İstər namizədlərin bir-birlərilə yarışması, istərsə də tərəfdarların iqtidarı ələ keçirmək üçün rəqabət və mübarizə aparması çox normal bir hadisədir. Əlbəttə, məkkəlilərlə mədinəlilər, hicazlılar və suriyalılar dövlət qurmaq üçün bir-birlərilə yarışacaqlar və mübarizə aparacaqdılar.

Davamı →