Köprülüzadə Fazil Əhməd Paşa (1661-1676)

Köprülü Məhməd paşanın vəsiyyətinə uyğun olaraq, yerinə 25 yaşlı oğlu Fazil Əhməd paşa vəzir oldu. O, yaxşı yetişdirilmişdi.
Zitvatoruq müqaviləsindən 56 il keçmişdi. Avstriyanın yeni qala tikdirdiyi və müharibəyə hazırlaşdığını görən Fazil Əhməd paşa, 120 min əsgərlə səfərə çıxdı. Avstriya illik vergi və hədiyyə təklif etsə də qəbul edilmədi. Uyvar qalası 37 günlük mühasirədən sonra alındı. Ordu Avropanın mərkəzinə tərəf irəlilədi.124 Qışı Belqradda keçirən Köprülüzadə yeni qalanı tutaraq dağıtdırdı. Məqsədi Yanıqqalam ələ keçirərək Vya-naya nəzarət etmək idi.
Davamı →

Kiprin Fəthi və İnəbaxtı Məğlubiyyəti

Kipr ilk dəfə 649-cu ildə Hz. Osmanın dövründə müsəlmanların əlinə keçmişdi. Anadolu və Suriyaya yaxın olan bu ada Venediklilərin əlində idi.
II Səlim Sokullunun etirazma baxmayaraq adanın fəthinə qərar verdi. Müəzzinzadə Əli paşanın əmrindəki donanma 1570-ci ildə adaya tərəf hərəkətə keçdi. Bununla başlayan fəth hərəkatı 1571-ci ildə adanın fəth olunması ilə nəticələndi. Kipri qurtarmaq üçün Don Juanın əmrində gələn Avropa donanması, İnəbaxtı yaxınlığında Osmanlı donanmasını məğlub etdi. Nəticədə Osmanlı donanması 190 gəmi itirdi. Müəzzinzadə şəhid oldu. Lakin cinahlardan birinə rəhbərlik edən Uluç Əli rəis 40 gəmini qurtararaq “Kapitani-dərya” olaraq, qılınc Əli paşa ünvanını aldı.

Davamı →

Fateh Sultan Məhmədin Hakimiyyəti (1451-1481)

Fateh olaraq adlandırılan və türklərin tarix boyu yetişdirdiyi şəxsiyyətlərin ən böyüyü olan II Sultan Məhməd, 19-20 yaşlarında ikən üçüncü dəfə 1451-ci ildə Osmanlı taxtına keçdi. Vəzir Çandaralı Xəlil paşanı vəzifəsində olduğu kimi saxladı. Karamanoğlunun II Muradın vəfatından sonra Osmanlı ərazilərinə hücumu nəticəsində ilk səfərini onlara qarşı etdi. Onları məğlub edərək bəzi ərazilərini ələ keçirdi və müqavilə imzaladı. Macarlarla da 3 illik bir müqavilə imzaladı. Bu əsnada dövlətlərlə heç bir münaqişənin çıxmamasına çalışdı.

Davamı →

Fətrət Dövrü (1402-1413)

Ankara savaşında Osmanlıların məğlub olması, Teymurun Anadolunu yağmalamasına və xəzinələri ələ keçirməsinə səbəb olmuşdur. Beləliklə Teymur Osmanlı dövlətini zəiflətdiyi kimi, ərazilərim də oğulları arasında bölüşdürərək daha da zəiflətməyi düşündü. Bəyazidin oğulları arasında hakimiyyət uğrunda dava gedən vaxtda belə, balkanlar heç vaxt üsyan etmədilər. Balkanlar bu dövrdə üsyan etməməklə Osmanlı idarəsinin buradakı nüfuzunu və onlardan razı qaldıqlarını nümayiş etdirdilər.

Davamı →

Osmanlı dövlətinin qurulması

Anadolu Səlcuqlu dövləti tarix səhnəsindən silinərkən, Anadolunun qərbində yeni bir türk dövləti yavaş-yavaş qurulmağa başlamışdı. Tarix boyu dövlətsiz qalmayan türk milləti, 3 qitədə hakim olacaq və 600 il yaşayacaq bir dövləti qururdu. Bu dövlət, qurucusunun adı ilə Osmanlı dövləti adlandırılmışdır.
Qaynaqların verdiyi məlumatlara görə Osmanlılar oğuzların sağ qolu olan Günhan qolunun Qayı boyuna mənsubdurlar.
Davamı →

Osmanlının zühuru

Qobu çölündən qopub möhtəşəm Xarəzmi yerlə-yeksan etdikdən sonra monqollar iki hissəyə bölündülər. Bir hissəsi şimala doğru getdi. Çingiz xanın əmri ilə Cəbə və Sabutay noyonların başçılığı altında 30 minlik monqol ordu ilə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddini təqib etmək üçün Azərbaycana girdilər. Bir neçə ildən sonra Cəlaləddinin ölüm xəbərini alan noyonlar işğal etdikləri torpaqları buraxaraq Dərbənddən geri qayıtdılar.

Davamı →

Türkləşmək, islamlaşmaq, müasirləşmək ideyasının ilk təşəbbüskarı kimdir?

Rənglərinin ardıcıllığını əzbər bilməsək də, mənalarını əzbər bildiyimiz, hərdən baş-ayaq asdığımız, bunun üstündə bir-birimizi günahlandırdığımız bayrağımızda əks olunan “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyalarının ilk “uzlaşma təşəbbüskar”ı kimdir?
Azərbaycanda bu sual, ümumiyyətlə, müzakirə olunmur. Bizim üçün ünvan bəllidir. Türkiyədə isə fikir adamlarına görə dəyişir. Bəzilərinə görə, “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasının ilk müəllifi Əli Suavidir, digərlərinə görə isə Əli Suavi olmasa da, konkret olaraq ünvan Əli bəy Hüseynzadə deyil.

Davamı →