Рейтинг
+5.76

islam tarixi

20 üzv, 71 topik

Hz. Əli və Xaricilər

Hz. Əlidən ayrılaraq Harurada toplanan üsyançı qrup, xəlifəni özlərinin başlanğıcda zorla qəbul etdirdikləri “təhkim” mövzusunda günahlandırdılar, ona “lə hukmə illə lilləh, inilhukmə illallah-hökm ancaq Allahındır-amma sən insanları hakim seçdin, Allahın hökmü yerinə bəşərin hökmünü qəbul etdin, beləliklə kafir oldun ” dedilər. Xəlifə küfrə düşdüyü üçün üzərindəki beyətin qalxdığını söyləyən asilər, siyasi və dini bir günah işləmədiklərini, üsyan etmədiklərini, üsyançı sayılmadıqlarını və həqiqətdə inanclarının gərəyincə hərəkət etdiklərini irəli sürdülər.

Davamı →

Hz. Əlinin xilafət dövrü

Hz. Osmanın şəhid edilməsi, islam ümməti içində ardı-arası kəsilməyən daxili çəkişmələrə, məzhəb qarşıdurmalarına səbəb oldu. İki ay davam edən anarxiya, xəlifənin vəfatından sonra da beş gün davam etdi. Hz. Osmanın qatilləri olan üsyançılar Mədinədə vəziyyətə hakimlik edirdilər. İndi isə, Hz. Osmanın yerinə istədikləri şəxsi xilafətə gətirmə zamanı gəlmişdi.

Davamı →

Hakəm Hadisəsi və Xaricilər

Hz. Əlinin Cəməl və Sıffində digər müsəlman qruplara qarşı savaş-ması, hakəm hadisəsindəki münasibəti və xaricilərlə olan mübarizəsi islam tarixçiliyində müzakirə mövzusu olmuşdur. Hakəm hadisəsi və xaricilərin ortaya çıxması belə açıqlanır. Hz. Əli ordusu içində ayrılığa yer verməmək üçün hakimə razı olmamışdı. Fəqət əmrindəkilərə tabe olmaqla həyatmın ən önəmli xətasını işləyirdi. Əmri altındakılann fikirlərinə boyun əyərkən, sanki Müaviyənin xilafətdə haqq sahibi olduğunu qəbul etmiş olurdu.

Davamı →

Hz. Osmanın Öldürülməsi Hadisəsinin İzahı

Hz. Osmanın xilafət dövrü əvvəldə qeyd etdiyimiz kimi iki hissəyə ayrılır. İlk altı illik dövr- sakitçilik və yaxşı idarəetmə dövrü, ikinci altı illik dövr- daxili çəkişmələr və pis idarəetmə dövrü kimi bilinir. Qaynaqlarda ilk altı illik dövr haqqmda hər hansı bir narazıçılıqdan söz açılmır. Bu dövr islam fəthlərinin bütün cəbhələrdə irəlilədiyi bir dövrdür. Ancaq, onun xilafətinin ikinci dövrü həqiqətən də, xüsusilə İraq, Misir və Hicaz kimi bölgələrdə hadisələrin, qarışıqlıqların və dəyişikliklərin meydana gəldiyi, islam ümmətinin müxtəlif qollara ayrıldığı, gündüz vaxtı hər kəsin gözü qabağmda xəlifəsi öldürüləcək özbaşınalığın başladığı bir dövrdür.

Davamı →

İrtidat-İrtica Hərəkatları və Hz. Əbu Bəkrin Mövqeyi

Hz. Məhəmmədin (s.ə.s) vəfatından sonra Ərəbistanın müxtəlif yerlərində bəzi irtidat və irtica hərəkatları başladı. Bu kimsələrdən bir qismi mürtəd, bir qismi də mürtəce idi. İrtidat edənlər, Əsvədi-Ansi ilə Tüleyha, Səlma və Səcahın ətrafinda toplanan kimsələr idi. İrtica edənlər isə, müsəlman qalmaq şərtiylə “Namaz qılarıq, amma zəkat vermərik” kimi sözlərlə dindəki bəzi fərz əmrləri yerinə yetirmək istəməyən kimsələrdi. Məkkə və Mədinədə irtidat hadisəsi olmadığı kimi, Taifdəki Sakif qəbiləsində də belə bir hadisə yaşanmadı. Ancaq, bəzi qəbilələrdə bu hadisələr yaşandı.

Davamı →

Hz. ƏBU BƏKRİN XİLAFƏT DÖVRÜ

Hz. Məhəmmədin (s.ə.s) vəfatından sonra ən önəmli mövzu, müsəlmanlar üçün kimin xəlifə olacağı məsələsi idi. Hz. Peyğəmbər (s.ə.s) vəfatından öncə, ümməti idarə etmək üçün, yerinə keçəcək şəxsi təyin etmədi. Bu xüsusda Quranda da bir məlumat verilmir. Beləcə, dövlət başçısının seçilməsinin müsəlmanların öhdəsinə buraxılan bir məsələ olduğu, dinin əsaslarından olmadığı xüsusu açıqca ortaya çıxmış oldu. Belə olduqda, dövlət başçısını sərbəst seçmək haqqma sahib olan insanların seçimlərinin və namizədlərinin fərqli olması adi bir haldır. İstər namizədlərin bir-birlərilə yarışması, istərsə də tərəfdarların iqtidarı ələ keçirmək üçün rəqabət və mübarizə aparması çox normal bir hadisədir. Əlbəttə, məkkəlilərlə mədinəlilər, hicazlılar və suriyalılar dövlət qurmaq üçün bir-birlərilə yarışacaqlar və mübarizə aparacaqdılar.

Davamı →

Rəsulullahın (s.ə.s) Vəfatının Əshabi-Kiram Üzərindəki Təsiri

Rəsulullahın (s.ə.s) vəfat etdiyi dərhal eşidildi. Bu xəbər, əshabi-kiram üzərində dərin hüzn meydana gətirdi. Daha səhər ayağa qalxmış halda görmüşlər, yaxşılaşır deyə sevinmişdilər. Gözlənilməz acı xəbər, hər kəsi təşvişə saldı. Yola çıxmaq üçün hazırlanan Üsamə ordusu da ordugahdan döndü, komandirlik bayrağı Rəsulullahın (s.ə.s) qapısı önünə sancıldı. Hicrətdə Rəsulullahın (s.ə.s) Mədinəyə girdiyi gün, ən böyük bayram sevinci yaşanmışdı. Bu gün ən böyük ağrılı bir matəm yaşanırdı. Münafiqlər isə, ‘Məhəmməd haqq peyğəmbər olsaydı, ölməz idi...” kimi həyasızca sözlər söyləmişlər, ortalığı bulandırmışdılar. Bu vəziyyətə əsəbiləşən Hz. Ömər, qılıncını çəkərək:

Davamı →

Raci Hadisəsi

Uhud döyüşündən sonra müşriklərin cəsarətləri artdığı üçün, Mədinədə müsəlmanların təhlükəsizliyi xeyli sarsıldı. Rəsulullah (s.ə.s) bir tərəfdən müdafiə etmə tədbirləri görür, bir tərəfdən də islamı yaymaq üçün hər fürsətdən faydalanmağa çalışırdı. İslamı qəbul edib, dinin hökmlərini və Qurani-Kərimi öyrənmək istəyən qəbilələrə mürşidlər (müəllim) göndərirdi.

Davamı →

HUDEYBİYƏ MÜQAVİLƏSİ

“(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatmın başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!.”

Davamı →